İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə130/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   126   127   128   129   130   131   132   133   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



412 

1999-cu  ildə  CorelGala  proqramı  üçün  ilk  makro-virus  aşkar  edilir.  Nəzərə 

almaq  lazımdır  ki,  həmin  ilin  yay  aylarında  ZippedFiles  İnternet-soxulcan 

epidemiyası  tüğyan  edirdi.  Bu  proqramın  maraqlı  cəhəti  ondan  ibarət  idi  ki,  o 

“kobud və ya vəhşi” formada geniş yayılmış ilk sıxlaşdırılmış virus proqramı idi. 

2000-ci  ilin  mayında  Filippində  buraxılmış 

I  love  you

  adlı  qurd,  bəzi 

hesablamalara  görə,  kompüter  istifadəçilərinə  10  milyard  dollardan  artıq  ziyan 

vurmuşdu. Növbəti qurd Code Red adlandırılmışdı. Bu, 14 saat ərzində İnternetə 

qoşulmuş  300  mindən  artıq  kompüteri  yoluxdurmuşdu.  Sonralar  isə  virus 

yaradıcıları  tərəfindən  digər  dağıdıcı  viruslar  da  yaradıldı.  Bunlardan:  Nimda 

(admiN  sözünün  tərs  oxunuşu)  və  çoxvektorlu  qurdu  misal  göstərmək 

mümkündür.  Bu  qurdlar  eyni  vaxtda  müxtəlif  üsullarla,  o  cümlədən,  digər 

qurdların  qoyub  getdiyi  “gizli  yollarla”  kompüterlərin  daxilindəki  elektron 

sxemlərində  yayılırdı.  O  ərəfədə  elektron  poçtla  yayılan  MyDoom  qurdu  ən  cəld 

yayılan qurd kimi məşhurlaşdı. 

2001-ci ildə Hollandiyalı tələbələrdən biri Anna Kurnikova virusunu yaratdığı 

üçün həbs olunur və məhkəməyə müəyyən məbləğ cərimə ödəməklə 150 saatlıq 

islah  işlərinə  göndərilir.  Məhkəmə  virusun  Niderland  iqtisadiyyatına  nə  qədər 

ziyan vurduğunu  hesablaya bilmir. Tələbənin  mənzilində  aparılan  axtarış  zamanı 

7500-dən çox olan virus kolleksiyası aşkar edilir.   

Melissa  virusunu  yaratdığına  görə  2002-ci  ildə  proqramçı  Devid  Smitə 

məhkəmə  20  ay  müddətinə  həbs  cəzası  verir.  Həmin  il  ilk  dəfə  viris  WWW-nin 

işini təmin edən 13 İnternet-serveri sıradan çıxarır.  

Ümumi  qəbul  edilmiş  təsnifata  görə  kompüter  virusları  3  əsas  tipə  ayrılır. 

Ənənəvi  virus  –  bu,  kompüterə  gizli  düşüb  çoxalan  və  müəyyən  problemlər 

yaradan,  məsələn,  faylı  məhv  edən  proqramdır.  “I  love  you”  adlı  virus  rekord 

nəticə göstərmiş, 2000-ci ildə 8 milyard dollarlıq ziyan vurmuşdu. 

“Qurdlar”  kompüterə  şəbəkədən  daxil  olur.  İstifadəçiyə  yoluxmuş  faylı 

elektron poçtla onun siyahısında olan bütün ünvanlara göndərməyə məcbur edir. 

Məsələn,  2003-cü  ildə 

Blaster

  adlı  qurd  1  milyondan  artıq  kompüteri 



yoluxdurmuşdu. 

“Troya  atı”  bilavasitə  özü  kompüterə  ziyan  vurmur,  lakin  kompüterə  daxil 

olan  kimi  xakerlərə  imkan  verir  ki,  başqalarının  informasiyasına  müdaxilə  edə 

bilsinlər.  QAZ  xakerləri  2002-ci  ildə  “Troya  atı”  virusundan  istifadə  etməklə 

Microsoft şirkətinin məxfi proqramlarına müdaxilə imkanı əldə etmişdilər. 

2003-cü  ildə  Slammer  “soxulcanı”  10  dəqidə  müddətində  rekord  sayda  - 

75 000-dən 

çox 


kompüterə 

yoluxmuşdu. 

Virus 

Amerikanın 



Dövlət 

Departamentinin  kompüterlərinə  yoluxur  və  verilənlər  bazasını  zədələyirdi. 

Nəticədə  ABŞ  konsulluqları  dünyada  9  saat  müddətində  viza  verilməsi  prosesini 

dayandırmalı olur.  

Destruktivlik imkanlarına görə virusları aşağıdakı kateqoriyalara bölmək olar: 

 



Zərərsiz viruslsr; 

 



Təhlükəsiz viruslsr; 

 



Təhlükəli viruslsr; 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 413 

 

Çox təhlükəli viruslar. 



Təhlükəsiz  viruslar kompüterin  işinə  demək  olar ki,  təsir  göstərmir.  Bunlar 

təkcə özünün çoxalması hesabına diskdəki boş yaddaş sahəsinin həcmini azaldır. 

Təhlükəsiz  virusların  təsiri diskdə  olan  boş  yaddaş sahəsinin  qrafik,  səs və 

digər effektlərlə azalması ilə məhdudlanır.  

Təhlükəli viruslar kompüterin işində fəsadlara səbəb olur. 

Çox  təhlükəli  virusların  alqoritminə  əvvəlcədən  proqramların  itməsinə, 

verilənlərin  məhv  edilməsinə,  kompüterin  işi  üçün  zəruri  olan  yaddaşın  sistem 

oblastlarına  yazılan  informasiyanın  pozulmasına,  hətta  kompüter  əfsanələrindən 

birində  deyildiyi  kimi  mexanizmlərin  hərəkət  edən  hissələrinin  (deyək  ki,  bəzi 

vinçester  tiplərinin  başlıqlarının)  tez  sıradan  çıxmasına  səbəb  olan  prosedurlar 

daxildir.  

Kompüter  viruslarının  bəzi  tiplərinə  məxsusi  adlar  verilmişdir.  Belə  ki,  icra 

edilən  proqramlardakı  qeyri-dəqiqlikdən  və  onların  təkmilləşdirilməməsindən 

(məsələn, əsas proqramdan alt proqrama giriş və alt proqramdan əsas proqrama 

çıxış zamanı dəyişdirilən ünvanlar) istifadə edən viruslar “tələ”adlandırılır.  

“Məntiqi  bombalar”  və  ya  “gec  açılan  bombalar”  elə  viruslara  deyirlər  ki, 

bunlar destruktiv təsirini həyata keçirmək üçün uzun müddət və cürbəcür hazırlıq 

işləri  aparır,  sonra  müəyyən  şərtlər  kompleksi  yerinə  yetiriləndə  (məsələn,  işin 

müəyyən mərhələsi yerinə yetiriləndə, müəyyən edilmiş vaxt çatanda, proqrama 

müəyyən istifadəçi müraciət edəndə və s.) işə düşür. Belə viruslar ona görə daha 

təhlükəlidir  ki,  onlar  uzum  müddət  dağıdıcı  iş  aparmalarına  baxmayaraq  praktik 

olaraq  ozlərini  büruzə  vermirlər.  Belə  viruslar  o  vaxt  aşkar  edilir  ki,  əməliyyat 

sisteminin proqramlarının əksəriyyəti və ya hamısı demək olar ki, iş qabiliyyətini 

itirmiş olur. Beləliklə kompüter iş qabiliyyətini tamamilə itirmiş olur.  

Soxulcan-viruslar  şəbəkə  və  ya  periferiya  qurğularının  idarə  olunmayan 

əməliyyatları  yerinə  yetirməsinə  (məsələn,  printerdə  kağızın  fasilsiz  hərəkət 

etməsinə, əməliyyat sisteminin daim yenidən yüklənməsinə və s.) imkan yaradır. 

“Troyan atları” elə viruslara deyilir ki, onlar xüsusi təyinatlı proqram təminatı 

ilə  yayılır  və  onların  destruktiv  fəaliyyəti  kompüter  istifadəçiləri  üçün  tamamilə 

gözlənilməz  olur.  Məsələn,  belə  virusa  antivirus  proqramının  özü  yoluxa  bilir. 

“Tpoyanlar”  ilk  baxışda  guya  hansısa  faydalı  (kompüterdə  yaddaşın 

bölüşdürülməsinin  yalançı  optimallaşdırılması,  diskdə  informasiyanın  yalandan 

sıxılması  və  s.  bu  kimi)  funksiyalar  yerinə-yetirir.  Əslində  isə  “Tpoyanlar”ya 

sistemi  dağıdır  (məsələn,  kompüterin  vinçesterini  aşağı  səviyyədə  formatlaşdırır 

və  ya  informasiyanı  çoxsaylı  və  operativ  oxuyub-yazma  əməliyyatlarını  yerinə 

yetirməklə  disk  sürücüsünün  (diskovodun)  mexaniki  sıradan  çıxmasına  şərait 

yaradır), ya da nəzarəti digərlərinin ixtiyarına verir.  

Troyan  viruslarının  növləri  çox  müxtəlifdir.  Onların  bəziləri  ümumiyyətlə 

faydalı funksiya yerinə yetirmir, sadəcə olaraq kompüterin diskində gizli qalır və 

müxtəlif destruktiv funksiyalar yerinə yetirir. Bəziləri isə istifadəçilərdən qətiyyən 

gizlənmir  və  heç  kimin  şübhələnməyəcəyi  manipulyasiyalar  aparır.  Birinci  növ 

viruslara  nümunə  kimi Back  Orifice  adlı  məşhur virusu  göstərmək  olar.  Bu  virus 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə