İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə126/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   122   123   124   125   126   127   128   129   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



402 

 

Qreqori Benford 



1970-ci  ildə  daha  bir  əhəmiyyətli 

hadisə  baş  verdi.  May  ayında  Venture 

jurnalında  Qreqori  Benfordun  (Gregory 

Benford)  fantastik  “Üzü  çapıqlı  adam” 

hekayəsi çap edildi. Həmin hekayədə Virus 

və  Vaccine  adlı  iki  obraz  var  idi.  Bu 

obrazlardan  biri  virus,  digəri  antivirus 

proqramının ilk təsvirləri idi. İki ildən sonra 

Devid  Gerroldun  “Xarli  bir  yaşında  olanda” 

adlı  fantastik  romanında  sistemi zəbt  edən 

qurda bənzər proqram təsvir edilmişdi. 

 

“Qurd”  termini  ilk  dəfə  1975-ci  ildə  Con  Brannerin  “Sarsıdıcı  dalğada”  adlı 



romanında istifadə olunmuşdu. 

“Kompüter  virusu”  termini  ilk  dəfə  1973-cü  ildə  Westworld  adlı  fantastik 

filmdə istifadə edilmişdi. Bu sözbirləşməsi müasir adamların adət etdiyi mənada, 

yəni “kompüter sisteminə soxulan ziyanverici proqram” kimi işlədilmişdi.  

Nəhayət,  1977-ci  il  aprelin  20-də  kütləvi  istifadə  üçün  kompüter  istehsal 

edildi  və  bu  hadisə  özütörəyən  proqramların  özünü  reallaşdırması  şəraitini 

əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. 

1980-ci illərdə kompüterlər xeyli ucuzlaşdı və sayca çoxaldı. Bundan əlavə, 

bu maşınlar  daha  məhsuldar  idi.  Böyük  həvəskar entuziastlar  bu  maşınları daha 

çox əldə etməyə başladılar. Nəticədə bu 10 illik kompüter dünyasında baş verən 

hadisələrlə  olduqca  zəngin  oldu.  Özütörəyən  proqramlar  və  qurd-proqramlar 

yaratmaq  sahəsində  eksperimentlər  aparıldı,  nəticədə  Elk  Cloner  və  Virus  adlı 

proqramlar meydana çıxdı ki, bunlar da ilk kompüter virusları hesab edilir.  

Əgər  əvvəllər  eksperimental  nüsxələr  yeridildiyi  kompüteri  heç  vaxt  tərk 

etmirdisə,  yeni  proqramlar  laboratoriyadan  kənar  kompüterlərdə,  “azadlıqda” 

görünməyə başladılar. 

1981-ci ildə 15 yaşlı məktəbli Riçard Skrenta Apple II fərdi kompüteri üçün 

ilk yükləmə virusunu hazırlayır. Virus çoxda böyük olmayan şeirdən ibarət idi və 

fərdi kompüter istifadəçini salamlamaqla özünü biruzə verirdi.  

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 403 

 

Riçard Skrenta 



 

Virus 


DOS 

əməliyyat 

sisteminə  yoluxmaqla  yayılırdı. 

Proqram  virusa  yoluxmamış 

disketə  rast  gələn  kimi  özünü 

həmin disketə köçürürdü. 

Bu  virusun  təsirindən  ilk 

zərər görənlər Riçardın dostları 

və  tanışları,  həmçinin  onun 

riyaziyyat müəllimi olmuşdu.   

 

 

 



Aşağıda həmin virus nümunə kimi verilmişdir.  

 

ELK CLONER: 



  THE PROGRAM WITH A PERSONALITY 

  IT WILL GET ON ALL YOUR DISKS 

  IT WILL INFILTRATE YOUR CHIPS 

  YES, IT'S CLONER 

  IT WILL STICK TO YOU LIKE GLUE 

  IT WILL MODIFY RAM, TOO 

  SEND IN THE CLONER! 

 

1980-ci  illərdə  artıq  yüzlərlə  dəyişilmiş  fəal  viruslar  mövcud  idi.  Fərdi 



kompüterlərin  meydana  çıxması  və  yayılması  ilə  həqiqi  epidemiya  yarandı.  Belə 

ki,  artıq  minlərlə  virus  var  idi.  Lakin “kompüter virusu”  termini  ilk  dəfə  1984-cü 

ildə  ABŞ-ın  Lexay  universitetində  keçirilən  informasiya  təhlükəsizliyi  üzrə 

konfransda həmin universitetin əməkdaşı F.Koen tərəfindən istifadə edilmişdir. 

İlk  “peşəkar”  viruslar  xeyli  sadə  idi  və  istifadəçidən  gizlənmirdilər,  öz 

dağıdıcı  fəaliyyətlərini  (faylların  silinməsini,  disklərin  məntiqi  quruluşunun 

dağıdılmasını)  ekrana  çıxardıqları  gülməli  şəkillərlə  və  “Kilimancaro  dağlarının 

hündürlüyü  neçə  millimetrdir?”  kimi  mənasız  suallarla  və  “Qeyri-düzgün  cavab 

daxil  edən  kimi  vinçesterdəki  bütün  verilənlər  məhv  ediləcəkdir!!!”  kimi  yersiz 

hədələyici zarafatlarla ört-basdır edirdilər. Belə virusların aşkar edilməsi asan həll 

edilən  məsələ  idi.  Bu  viruslar  *.com  və  ya  *.exe  tipli  fayllara  qoşulduğundan, 

həmin  faylların  ölçülərini  dəyişdirirdi.  İlk  antiviruslar  bu  cəhəti  nəzərə  alaraq 

yoluxmuş faylları təyin edirdi. 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



404 

 

Fred Koen 



 

1984-cü  ilin  sentyabrında  Fred  Koenin 

fayl  virusların  müxtəlifliyinin  tədqiq  edilməsinə 

həsr  edilmiş  məqaləsi  çap  edilir.  Bu  virus 

problemləri  ilə  bağlı  ilk  akademik  tədqiqat  idi. 

Virus terminindən istifadəni təklif edən Koenin 

elmi  rəhbəri  Len  Edlman  olub.  Amma 

“kompüter  virusu”  termininin  müəllifinin  Fred 

Koen  olduğu  qəbul  edilmişdir.    Fred  Koen  isə 

özünün “Kompüter virusları ilə eksperimentlər” 

əsərində    “kompüter  virusu”  termininin 

müəllifinin Len Edlman olduğunu göstərmişdir. 

 

 

Apple  II  üçün  digər  viruslar  A&M  Texass  universitetinin  tələbəsi  Coo 



Dellincer tərəfindən 1981-ci ildə yaradılmışdı. Bu virus həmin komüterdə istifadə 

edilən MS DOS 3.3. -ə hesablanmışdı. Bu virusun ikinci versiyası onun müəllifinin 

xəbəri  olmadan  digərlərinin  də  əlinə  keçir  və  bütün  universitetə  yayılır.  Virusda 

olan  səhv  o  vaxtlar  CONGO  adı  ilə  məşhur  olan  populyar  oyunun  qrafikasını 

korlayırdı.  Nəticədə  cəmi  bir  neçə  həftə  ərzində  həmin  proqramın  bütün  (pirat) 

nüsxələri  işləyə  bilməyən  vəziyyətə  düşürdü.  Müəllif  vəziyyəti  düzəltmək  üçün 

əvvəlki virusun əvəz edilməsi üçün nəzərdə tutulan yeni, səhvi düzəldilmiş virusu 

dövriyyəyə  buraxır.  Virusun  mövcudluğunu  yaddaşda  “(GEN  0000000  TAMU)” 

yoluxma sayğacının  $B6E8 sürüşməsi və  ya yoluxmuş diskin sıfırıncı sektorunun 

sonunda olmasına görə aşkar etmək olurdu. 

Maraqlı cəhət odur ki, ilk viruslar piratlarla (quldurlarla) mübarizə məqsədi 

ilə  yaradılmışdı.  1985-ci  ildə  10  minlərlə  kompüter  Pakistanlı  Əlvi  qardaşları 

tərəfindən  yaradılmış  Brain  virusuna  yoluxmuşdu.  Hiyləgər  Əlvi  qardaşları 

özlərinin proqram biznesini həyata keçirərək bilərəkdən öz proqram məhsullarını 

ziyanverici  elementlə  təchiz  edib  oğurluq  nüsxələrdən  istifadə  edilməsinin 

qarşısını almağa çalışırdılar. Pakistan virusunun meydana çıxmasından keçən 10 il 

ərzində həmin virusun törəmələri bütün dünyaya yayıldı. Bu virusların təhlükəliliyi 

ondadır ki, istənilən proqramda (onun baş və icra faylında) mütləq şəkildə gizlənə 

bilir.  Virusun  kompüterə  daxil  olması  və  oradakı  .com  və  .exe  tipli  faylları 

yoluxdurması üçün proqramı tək bir dəfə işə buraxmaq kifayətdir. 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə