İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə127/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   123   124   125   126   127   128   129   130   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 405 

 

 

Əmcad Fərux Əlvi və Basit Fərux Əlvi qardaşları 



 

1986-cı ildə IBM PC üçün ilk The Brain virusu yaradılır.  

Kompüter  viruslsrının  növbəti  inkişaf  mərhələsi  1987-ci  ildən  başladı.  Bu 

dövrdə  nisbətən  ucuz  IBM  PC  platformalı  kompüterlər  geniş  yayılmağa 

başlamışdı.  Bu  da  virusa  yoluxan  kompüterlərin  sayının  kəskin  artmasına  səbəb 

oldu. Məhz 1987-ci ildə üç böyük kompüter virusu epidemiyası baş verdi.  

Əlvi  qardaşlarının  yaratdığı,  birinci  kompüter  epidemiyasına  səbəb  olan 

Brain virusu 1987-ci ildə aşkar edilir. 

McAfee-nin açıqlamasına görə təkcə ABŞ-da bu virusa (Brain virusu nəzərdə 

tutulur)  18  mindən  çox  kompüter  yoluxmuşdu.  Əslində  bu  proqram  Əlvi 

qardaşlarının  firmasından  proqram  təminatını  oğurlayan  yerli  piratları 

cəzalandırmali  idi.  Proqramda  onu  yazan  qardaşların  adları,  ünvanları  və 

telefonları göstərilmişdi. Lakin heç kimin gözləmədiyi çox tez bir müddət ərzində 

The  Brain  virusu  Pakistan  sərhədlərini  aşaraq  bütün  dünya  üzrə  yüzlərlə 

kompüterə yoluxdu. Brain virusu həm də ilk stels-virus hesab edilir. Ona görə ki, 

yoluxmuş  sektoru  oxumağa  cəhd  edəndə  proqram  yoluxmuş  sektorun  orijinalını 

(yəni yoluxmamış variantını) təqdim edirdi.  

İkinci  epidemiya  kompüterlərə  ABŞ-ın  Lexaysk  universitetindən  noyabr 

ayında  yayılmağa  başlamışdı.  Həmin  virus  bir  neçə  gün  ərzində  universitetin 

hesablama mərkəzinin kitabxanasına aid olan yüzlərlə disketin və tələbələrin şəxsi 

disketlərinin məzmununu məhv etmişdi. Epidemiya müddəti ərzində dörd mindən 

çox kompüter bu virusa yoluxmuşdu. 

1988-ci  ilin  may  ayının  13-də  eyni  zamanda  bir  neçə  universitetdə  və 

firmada “Jerusalem” adlanan virus aşkar edildi. Həmin gün kompüterə yüklənən 

fayllar məhv edilmişdi. Bu, həqiqi epidemiyaya səbəb olan ilk MS-DOS viruslardan 

biri idi. Avropada, Amerikada və Yaxın Şərqdə kompüterlərin bu virusa yoluxması 

barədə xəbərlər yayıldı.  



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



406 

60 000  baytdan  ibarət  olan  bu  proqram  UNİX  Berkeley  4.3  əməliyyat 

sistemini  zədələmək  üçün  yaradılmışdı.  Visus  yaradılanda  əsas  məqsəd  bu 

proqramın  gizli  şəkildə  ARPANET  şəbəkəsi  ilə  əlaqəsi  olan  hesablama  sisteminə 

daxil  olub,  ona  zərər  vermədən  həmin  sistemdə  aşkar  edilmədən  qalması 

olmuşdu.  Bu  virusa  informasiya  sistemində  mövcud  olan  parolları  aşkar  edən 

komponentlər daxil edilmişdi. Bu da həmin proqrama sistemin leqal istifadəçiləri 

kimi  maskalanmağa  imkan  verirdi.  Əslində  isə  proqramın  əsas  işi  çoxalmaq  və 

sürətləri  göndərməkdən  ibarət  idi.  Virus  müəllifin  fikirləşdiyi  kimi  tam  təhlükəsiz 

və qizli qala bilmədi, çünki proqramın hazırlanma məhələsində bəzi səhvlərə yol 

verilmişdi və bu da virusun idarə edilməyən sürətlə özbaşına çoxalmasına səbəb 

olmuşdu. 

Morris soxulcanının törətdiyi bu insidentə görə ən azı 9 milyon saatdan artıq 

vaxt  itkisinə  yol  verilmişdi.  Bu  səbəbdən  itirilmiş  məsrəflərin  ümumi  məbləği  96 

milyon  dollar  təşkil  etmişdi.  Əgər  proqram  əvvəlcədən  dağıdıcılıq  məqsədi  üçün 

yaradılmış olsaydı zərərin məbləği daha çox ola bilərdi.   

Morris soxulcanı 6200-dən çox kompüterə yoluxmuşdu. Bu virusun hücumu 

nəticəsində  şəbəkələrin  çoxu  beş  sutka  müddətinə  sıradan  çıxmışdı.  Şəbəkələr 

üçün  kommunikasiya  funksiyalarını  yerinə  yetirən,  fayl-serverlər  kimi  istifadə 

edilən  və  eləcə  də  şəbəkə  işinin  digər  təminat  funksiyalarını  yerinə  yetirən 

kompüterlər də sıradan çıxmışdı. 

Morris soxulcanı ilə mübarizədə fərdi kompüter istifadəçilərinin işi bir qədər 

asanlaşdı, çünki fərdi kompüterlərdə istifadə olunan platformaların əksəriyyəti və 

əməliyyat  sistemləri  unifikasiya  edildi.  Nəticədə  Microsoft  şirkətinin  hazırladığı 

əməliyyat  sistemi  örtüyü  altında  işləyən  Intel-birgəliyi  olan  kompüterlər bazarda 

üstünlük qazandı. Sonrakı hadisələr böyük sürətlə inkişaf etdi. 

1987-ci ilin son virus epidemiyası yeni il qabaği, dekabrın 30-da başladı. Bu 

virusu (proqramı) İsrailin Yerusəlim universitetində aşkar edilmiş virus çağırmışdı. 

Bu virus əhəmiyyətli fəsadlar törədə biməsə də o, qısa vaxt ərzində bütün düyaya 

yayıla bilmişdi. 

 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 407 

 

Robert Morris 



Virusların  yayıldığı  ərəfədə  qəzet  və 

jurnallarda  informasiya  təhlükəsizliyinə  həsr 

edilmiş  materiallar  nəşr  edilsə  də,  virusları 

kompüter  istifadəçiləri  hələ  də  oyuncaq, 

eksperiment  hesab  edirdi.  Təhlükə  o  zaman 

dərk  edildi  ki,  həmin  “

oyuncaq

”  özünü  ağıllı 



orqanizm  kimi  aparmağa,  yəni  qarşısına 

çıxan  hər  şeyi  yoluxdurmağa  başladı.  Bu, 

1988-ci  il  noyabrın  2-də  baş  verdi.  Həmin 

gün  Kornel  universitetinin  tələbəsi  Robert 

Morris-oğul  qurd-proqram  yaradıb  işə 

buraxdı.  Morris  qurdu  “azadlıqda”  artıb 

yayılan  ilk  şəbəkə qurdu  idi.  Bu, kompüterin 

bufer yaddaşını doldurub daşıran ilk qurd idi. 

 

Ziyanverici  “qurd”  təxminən  saat  yarım  ərzində  6  minə  yaxın  kompüteri 



yoluxdurmuşdu.  Bu  hadisə  cəmiyyəti  şok  vəziyyətinə  salmışdı,  viruslar  şəbəkə 

boyu  yayılmaqda  idi.  Doğrudur,  əvvəlki  viruslar da  şəbəkə  boyu  gəzirdi,  lakin  o 

vaxtadək  hər  10  kompüterdən  birini  sıradan  çıxarmaq  heç  bir  virusa  müyəssər 

olmamışdı.  Təcili  olaraq  sistemlərin  təhlükəsizliyi  tələblərinə  yenidən  baxıldı  və 

CERT  (Computer  Emergency  Response  Team  –  gözlənilməz  kompüter 

situasiyalarına  cavab  əmri)  kimi  institutlar  yaradıldı  ki,  bunlar  da  kompüterlərin 

təhlükəsizliyi ilə məşğul olmağa və virusların ləğv edilməsi üzrə təkliflər verməyə 

başladı. 

1989-cu  ildə  DATACRIME  virusları  geniş  yayılmağa  başladı.  Oktyabrin  12-

dən etibarən bu viruslar fayl sistemini dağıtmağa başladılar. Bu müddətə kimi isə 

onlar  sadəcə  olaraq  çoxalırdılar.  Kompüter  viruslarının  bu  sersiyası  1989-cu  ilin 

əvvəllərində Niderlandda, ABŞ-da və Yaponiyada daha geniş yayılmışdı və həmin 

ilin  sentyabrında  təkcə  Niderlandda  100  mindən  artıq  kompüterə  (FEHM-ə) 

yoluxmuşdu.  Bu  ölkədəki  butün  kompüterlərin  təxminən  10%-ə  qədərini  təşkil 

edirdi.  Hətta  IBM  firması  da  bu  təhlükəyə  reaksiya  verdi  və  VIRSCAN  adlı  virus 

detektoru buraxdı. Bu detektor DATACRIME və digər viruslar üçün xarakterik olan 

sətrləri  (siqnaturaları)  tapa  bilirdi.  Siqnaturalar  yığımı  istifadəçi  tərəfindən 

dəyişdirilə və ona əlavələr edilə bilərdi.  

1989-cu  ildə  ilk  “troyan  atı”  AIDS  virusu  meydana  gəldi.  Virus  sərt  diskdə 

olan informasiyanı əlçatmaz edirdi və ekrana təkcə “Hansısa ünvana 189 dollarlıq 

çek  göndərin”  ifadəsi  çıxırdı.  Proqramın  müəllifi  çeki  reallaşdıranda  tutulur  və 

şantaj maddəsi ilə cəzalandırılır.  

1989-cu  ildə  həm  də  antivirus  proqram  təminatına  əks  təsir  göstərən  The 

Dark  Averger  adlı  ilk  virus  yaradılır.  Bu  virus  antivirus  proqramının  kompüteri 

yoxladığı müddət ərzində yeni faylları yoluxdururdu. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə