İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə123/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   119   120   121   122   123   124   125   126   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



394 

 

Qlobal kompüter şəbəkəsinin struktur sxemi 



 

 

EHM və terminal şəbəkələri verilənləri ötürmə şəbəkəsi vasitəsilə bir-biri ilə 



birləşdirilmiş əsas (Əsas Hesablama Maşınları) və terminal (Terminal Hesablama 

Maşınları) elektron hesablama maşınlarından ibarətdir. Əsas hesablama maşınları 

abonent  məsələlərinin  həlli  üçün,  terminal  hesablama  maşınları  isə  abonent 

kompüterlərini verilənləri ötürmə şəbəkəsinə birləşdirmək üçün nəzərdə tutulub. 



 

ATM TEXNOLOGİYASI 

 

Müasir  böyük  həcmli  hesablama  şəbəkələrində  müxtəlif  növlü  və  sistemli 

kompüter  və  avadanlıqlardan  istifadə  edilir  ki,  onların  da  bir-birilə 

uyğunlaşdırılması  şəbəkə  adminstratorları  üçün  çoxlu  problemlər  yaradır.  Bu 

uyğunlaşmanı  müəyyən  dərəcədə  ATM  (Asynchronous  Transfer  Mode) 

texnologiyası yerinə yetirir: 

 

Lokal və qlobal şəbəkələr üçün ümumi nəqliyyat protokolu; 



 

Hər birinin xidmət keyfiyyəti tələb olunan səviyyədə olmaqla kompüter və 



multimedia trafiklərini eyni nəqliyyat sistemləri çərçivəsində birləşdirmək; 

 



Tələbdən  asılı  olaraq  verilənlərin  ötürülməsi  üçün  Qiqabıt/saniyə  sürətə 

malik iyerarxik sistemin olması. 

Burada  ən  çətin  məsələ  eyni  əlaqə  kanalı  və  eyni  kommunikasiya 

avadanlıqlarından  istifadə  etməklə  kompüter  və  multimedia  trafiklərini  eyni 

vaxtda ötürməkdir. Bu funksiya ATM kommutatorunun köməyi ilə həyata keçirilir. 

THM 


 

ƏHM 


 

THM 


ƏHM 

 

THM 



 

ƏHM 


 

THM 


 

THM 


 

ƏHM 


 

UMPD 


 

UMPD 


ƏQ 

 

ƏQ 



 

ƏQ 


 

ƏQ 


 

ƏQ 


 

 

EHM 



şəbəkəs

Terminal şəbəkəsi 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 395 

Aşağıdakı  şəkildə  ATM  kommutatorunun  köməyi  ilə  üç  mənbədən 

(meynfreym,  lokal  şəbəkə  və  videokonfrans)  qəbul  edilən  siqnalların  ötürülməsi 

texnologiyası göstərilmişdir. Göstərilən ABR (Available Bit Rate - Lazımlı bit sürətli 

servis),  VBR  (Variable  Bit  Rate  –  Dəyişən  bit  sürətli  servis),  CBR  (Constant  Bit 

Rate  –  Sabit  bit  sürətli  servis)  ATM  şəbəkəsinin  müxtəlif  təbiətli  siqnallarının 

ötürülməsi üçün göstərdiyi xidmət növləridir. 

ATM  texnologiyasında  müxtəlif  təbiətli  paketlər  -  kompüter,  telefon  və  ya 

videokanal  paketləri  çox  kiçik  ölçülü  paketlərə  bölünərək  sistemin  girişinə  daxil 

olur.  Paketlərin  uzunluğu  53  bayta  bərabər  olur  ki,  bunlardan  5  bayt  başlığın 

uzunluğu,  48  bayt  isə  verilənlər  olur.  Belə  ATM  paketləri  oyuqlar  adlanır.  Bu 

paketlər böyük sürətli kanalla istifadəçiyə ötürülür. Paketin belə kiçik olması onun 

az vaxt ərzində ötürülməsinə imkan yaradır. Buna baxmayaraq ötürülmənin bir az 

gecikməsi  ötürmə  tempinin  aşağı  düşməsinə  səbəb  olmur.  Məsələn,  prioritetli 

multimedia  sistemlərində  onun  paketləri  ən  pis  halda  53  baytın  ötürülmə  vaxtı 

qədər  gecikə  bilər,  bu  da  155  Meqabit/saniyə  sürət  rejimində  3  mikrosaniyəyə 

(mks) bərabər olur ki, çıxışda bu heç hiss edilmir. 

 

 

ATM şəbəkələrində müxtəlif təbiətli paketlərin eyni kanalla ötürülmə prinsipi 

 

ATM  şəbəkələrində  sonuncu  qovşaqlar  şəbəkəyə  xüsusi  əlaqə  xətləri 



vasitəsilə  qoşulur,  kommutatorlar  isə  öz  aralarında  yüksək  sürətli,  tezlik 

sıxlaşdırma qabiliyyətli əlaqə kanalları vasitəsilə birləşir. Hər bir kommutator ona 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



396 

qoşulmuş  qovşaqların  paketlərini  həmin  kanallar  vasitəsilə  ünvanda  göstərilən 

kommutatorlara ötürürlər.  

Bununla  bərabər  ATM  texnologiyasında  paketlərdə  xidməti  informasiyanın 

az  olması  üçün  qlobal  şəbəkə  standartı  kimi  qəbul  olunmuş  virtual  birləşmənin 

təmin olunma prinsipi tətbiq olunur. Bu zaman nəzərdə tutulmuş axırıncı qovşağın 

20  baytlıq  ünvanı  yalnız  birinci  paketdə  ötürülür  və  əlaqə  yaradılan  kimi  o  biri 

paketlərdə  yalnız  virtual  əlaqənin  nömrəsi  göstərilir.  Ona  görə  də  53  baytın  5 

baytı  xidməti  informasiya,  onun  3  baytı  isə  (20  baytlıq  ünvan  əvəzinə)  virtual 

birləşmə üçün təyin edilir, qalan 48 bayt isə verilənlər üçün nəzərdə tutulur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 397 



 

FƏSIL XV. İNTERNETDƏN TƏHLÜKƏ 

VƏ ONDAN MÜDAFİƏ 

 

 

 

İstifadəçi İnternetə qoşulan zaman İnternetdən fərdi kompüterə daxil olan 



ziyanverici  viruslara  qarşı  həyata  keçirilən  müdafiə  tədbirləri  şəbəkələrarası 

ekranlaşdırıcı  avadanlıqların  köməkliyi  ilə  yerinə  yetirilir.  Belə  avadanlıqlara 

nümunə  olaraq  şəbəkələrarası  ekran  proqramlarını  göstərmək  mümkündür. 

Hesablama  texnikasında  bu  tip  proqramları 

brandmayer

  və  ya 

Firewall 

adlandırırlar. 

Brandmayerlərin  hansı  funksiyanı  yerinə  yetirməsi  onların  necə 

sazlanmasından  asılıdır.  Adətən  onlar  digər  kompüterlərin  Sizin  istifadə  etdiyiniz 

fərdi  kompüterin  resurslarına  daxil  olma  cəhdinin  qarşısını  alır  və  Sizin 

kompüterinizdə  istifadə  olunan  proqramlara  və  İnternetə  göndərilən 

informasiyaya nəzarət edirlər. Məsələn, troyan adlanan viruslar İnternetdən və ya 

elektron  poçtundan  Sizin  kompüterə  daxil  olub  kompüterinizdə  olan  fayllar 

haqqında  informasiya  toplayaraq  pisfikirli  (bədəməlli)  kompüter  istifadəçisinə 

göndərir.  Burada  məqsəd  müxtəlif  ola  bilir:  heç  bir  fəaliyyətə  ziyan  vurmadan 

mümkün  kommersiya  təkliflərinin  qiymətləndirilməsi  üçün  məlumatların 

toplanması  naminə  və  ya  ciddi  sənaye  cəsusluğu  ilə  məşğul  olmaq  üçün  tutarlı 

səviyyədə  əhəmiyyət  kəsb  edən  informasiyaların  əldə  olunması  xatirinə.  Belə 

proqramlar Sizin kompüterə daxil etdiyiniz parolları izləməklə yanaşı digər məxfi 

(konfidensial) proqramları da nəzarətdə saxlaya bilir. 

Brandmayerlərdən  başqa  İnternetlə  bağlı  təhlükələrin  qarşısını  almaqdan 

ötrü  (cəsus  proqramların  axtarılması  və  neytrallaşdırılması) 

spyware


    adlanan 

proqram təminatından da istifadə edilir. 

Troyan  viruslarından  başqa  İnternetdən  rəsmi  şəkildə  təqdim  edilən 

proqram  təminatı  təşkilediciləri  (komponentləri)  bir  çox  hallarda  proqram 

modullarına  malik  olurlar  ki,  onlarda  Sizin  istifadə  etdiyiniz  kompüter  haqqında 

məlumat toplamaqla yanaşı Sizin icanəniz olmadan (Sizdən xəbərsiz) Sizə məxsus 

olan  informasiyanı  proqram  istehsalçılarına  göndərə  bilirlər.  Bir  çox  hallarda 

istehsalçı  şirkətlər  bu  şəkildə  informasiya  toplanmasını  və  İnternet  vasitəsi  ilə 

onlara  çatdırılmasını  istifadəçinin  işinə  ziyan  vurmayacağını  sübut  etməyə  cəht 

göstərirlər və bu əməliyyatın hətta istifadəçiyə müəyyən qədər xeyir gətirəcəyini 

də sübut etmək istəyirlər. Nəzərə alınmalıdır ki, istənilən kompüter istifadəçisi ona 

məxsus  olan  informasiyanı  gizli  saxlamaqla  yanaşı  digər  kompüter  istifadəçisinə 

göndərməməyə  də  tam  ixtiyarı  vardır.  Bu  baxımdan  da  kompüter  istifadəçisinin 

brandmayerdən  istifadəsi  məsləhətdir.  Bununla  o,  fərdi  kompüterini  cəsus 

proqramlarından müdafiə etmiş olur. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə