İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə122/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   118   119   120   121   122   123   124   125   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 391 

 

Altşəbəkə ünvanı; 



 

Altşəbəkədə kompüterin ünvanı. 



Ünvanda  latın  hərflərindən,  rəqəmlərdən  və  digər  simvollardan  istifadə 

etməyə icazə verilir. Kompüterdə öz ünvanları olan istənilən sayda qeydə alınmış 

istifadəçilər  ilə  yanaşı  istifadəçi  domendə  bir  neçə  ünvana  malik  ola  bilər 

(domenin  biri  şəxsi  məktublaşmaq  üçün,  digəri  isə  rəsmi  məktublaşmaq  üçün 

istifadə  olunur).  Bundan  əlavə  müxtəlif  kompüterlərdə  yerləşmiş  bir  neçə 

ünvanlara da malik olmaq mümkündür. 

Ölkəni xarakterizə  edən  yuxarı səviyyəli altdomen  adətən  2 hərfdən  ibarət 

ola bilər: az – Azərbaycan, ru – Rusiya, ca – Kanada, uk – Böyük Britaniya, ua – 

Ukrayna, de – Almaniya və s. 

ABŞ-da  digər  sistemdən  istifadə  edilir.  Yuxarı  səviyyənin  altdomeni  3 

hərfdən ibarət olur və o, aşağıdakı sinfə məxsus istifadəçini göstərir: 

com – kommersiya təşkilatları; 

edu – tədris və elmi təşkilatlar

gov – dövlət təşkilatları; 

mil – hərbi təşkilatlar

net – şəbəkə administratoru; 

org – digər təşkilatlar. 

Rusiya ikinci səviyyə altdomeni şəhər və ya regionları göstərir: 

mck – Moskva; 

spb – Sankt-Peterburq; 

nsk – Novosibirsk. 

Veb sənədlərin ünvanlaşdırılması

. Konkret Veb səhifəyə baxış keçirmək 

üçün  onun  ünvanını  vermək  tələb  olunur.  Bu  məqsədlə  unifikasiyalı  resurs 

göstəricisindən  istifadə  edilir. Unifikasiyalı resurs göstəricisi vasitəsilə  nəinki  Veb 

səhifələri, həmçinin İnternetin digər resurslarını, məsələn, FTP fayl-serverlərini və 

Gopher-in  ünvanlarını,  kompüterin  domen  adını  və  faylın  vacib  olmayan 

xüsusiyyətlərini göstərmək olar. 

Məsələn,  unifikasiyalı  resurs  göstəricisinin  tərkibinə  daxil  olan 

ttp://www.firma.ru/catalog/document/htm-də  komponentlərin  bəzi  səhifələri 

aşağıdakı məna daşıyır: 

 

http - ünvanlaşdırma zamanı istifadə olunan protokol; 



 

www.firma.ru - kompüterin domen adı; 



 

catalog/document/htm - faylın spesifikası. 



Lazımi  istinadı  etmək  üçün  mümkün  olan  resursların  tipləri  aşağıdakı 

cədvəldə verilmişdir: 

 

RESURSUN TİPİ 

ÜNVSANDA GÖSTƏRİCİ 

Veb səhifə 

http:// 

Fayl 


file:// 

Multimedia 

http:// 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



392 

Elektron poçtu 



FTP - server 

ftp:// 

Gopher-server 



gopher:// 

UseNet 


news: 

TelNet 


telnet:// 

 

Əgər  unifikasiyalı  resurs  göstəricisinin  ünvanını  göstərən  zaman,  faylın 



spesifikasiyası göstərilməyibsə, o zaman həmin Veb server üçün səhifə özü açılır. 

Veb  səhifələrlə  işləmək  üçün  əsasən  aşağıdakı  əməliyyatlar  ardıcıllığını 

yerinə yetirmək lazımdır: 

 



Sənədlin adı; 

 



Kodlaşdırmanın dəyişdirilməsi; 

 



Hiperistinadlar vasitəsilə lazımi səhifəyə keçid; 

 



Seçilmiş sənəd faylının saxlanılması; 

 



Sənədin çap edilməsi. 

Sənədin  açılışında  iki  hal  ola  bilər.  Əgər  sənədin  ünvanı  məlum  deyilsə, 

yalnız  tələb  olunan  informasiyanın  xarakteri  məlum  olarsa,  bu  halda  axtarış 

sistemlərinin  birinə  müraciət  etmək  lazımdır.  Internet  Explorer-in  pəncərəsində 

açılmış 

Veb-səhifə 

ekranda  düzgün  təsvir  olunmadıqda  səhifələrin 

kodlaşdırılmasının dəyişdirilməsini yerinə yetirmək lazımdır. 

Hiperistinad  vasitəsilə  sənədin  lazım  olan  səhifəsinə  keçid  –  hiperistinad 

işarələr üzərində mausun sol düyməsini sıxmaqla yerinə yetirilir. Hiperistnad digər 

sənədlərin səhifələrinə də istinad edə bilir. 

 

TCP/IP PROTOKOLLARI AİLƏSİ 



 

Artıq  qeyd  edildiyi  kimi,  TCP/IP  protokolları  müxtəlif  səviyyəli 

kommunikasiya protokollarının tam ailəsini əhatə edir. Bura aşağıdakılar aiddir: 

 



IP (Internet Protocol) – şəbəkələrarası protokol; 

 



TCP (Transmission Control Protocol)- baza nəqliyyat protokolu; 

 



UDP  (User  Datagram  Protocol)-  TCP  protokolundan  fərqlənən  ikinci 

nəqliyyat protokolu; 

 

ARP  (Address  Resolution  Protocol)-  IP  və  Ethernet  ünvanlarının 



uyğunluğunu müəyyən etmək üçün istifadə edilir; 

 



SLIP  (Serial  Line  İnternet  Protocol)-  telefon  xətti  ilə  verilənlərin 

ötürülməsinin kanal protokolu; 

 

PPP  (Point  to  Point  Protocol)-  “məntəqədən  məntəqəyə”  məlumat 



mübadiləsinin kanal protokolu; 

 



FTP (File Transfer Protocol) – fayl mübadiləsinin tətbiqi protokolu; 

 



Telnet –virtual terminalın emulyasiyasının tətbiqi protokolu; 

 



DNS (Domain Name System)- domen adları sistemi; 

 



RIP (Routing Information Protocol)- marşrutlaşdırma protokolu; 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 393 

 

NFS (Network File System)- paylanmış fayl sistemi və şəbəkə çap sistemi; 



 

SNMP (Simple Network Management Protocol)- şəbəkəni idarə edən sadə 



protokol. 

Kanal  səviyyəsinə  SLIP  və  PPP  protokolları,  şəbəkə  (şəbəkələrarası) 

səviyyəsinə IP və ARP protokolları, nəqliyyat səviyyəsinə TCP və UDP protokolları 

aiddir. 


 

QLOBAL ŞƏBƏKƏLƏR 

 

Ərazi  kompüter  şəbəkələri  də  adlandırılan  qlobal  şəbəkələr  (Wide  Area 

Networks - WAN) böyük ərazilərdə, məsələn, oblast, region, dövlətlər, kontinent 

və ya bütün Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək üçün 

yaradılıb. Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin 

qurulması  böyük  xərclər  tələb  edir.  Bura  kabellərin  və  onların  çəkilmə  işlərinin 

qiyməti,  kommutasiya  avadanlıqlarının  və  kanalın  lazımi  keçirmə  zolağını  təmin 

edən  aralıq  gücləndirici  qurğuların  xərcləri,  həmçinin  böyük  ərazilərdə  yayılmış 

şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri daxildir. 

Qlobal  şəbəkələr  adətən  böyük  telekommunikasiya  şirkətləri  tərəfindən 

abonentlərə  pullu  xidmət  etmək  üçün  yaradılır.  Qlobal  şəbəkələrin  qiymətinin 

baha olmasını nəzərə alaraq istənilən tip verilənləri: kompüter verilənləri, telefon 

danışıqları,  fakslar,  teleqramlar,  televiziya  görüntüləri,  telemətn  (iki  terminal 

arasında verilənlərin ötürülməsi), videomətn (şəbəkədə saxlanılan verilənlərin öz 

terminalına  ötürülməsi)  və  s.  ötürə  bilən  vahid  qlobal  şəbəkənin  yaradılması 

daima diqqət mərkəzindədir. 

 

QLOBAL ŞƏBƏKƏNİN STRUKTURU 

 

Qlobal  hesablama  şəbəkələri  müəssisədə  olan  və  ya  uzaq  məsafədə 

yerləşən,  həmçinin  informasiya  mübadiləsinə  ehtiyacı  olan  bütün  abonentlər 

arasında  əlaqə  yaratmaq  imkanına  malik  olmalı  və  kompleks  xidmətlər 

göstərməlidir.  Qlobal  kompüter  şəbəkəsinin  ümumiləşdirilmiş  struktur  sxemi 

aşağıdakı şəkildə göstərilib. 

Qlobal  hesablama  şəbəkəsi  biri-biri  ilə  əlaqədə  olan  üç  altşəbəkədən 

ibarətdir: 

 

Verilənləri ötürmə şəbəkəsi –VÖŞ; 



 

EHM şəbəkəsi; 



 

Terminal şəbəkəsi. 



Verilənləri  ötürmə  şəbəkəsi  əlaqə  kanalları  və  əlaqə  qovşaqlarından  ibarət 

olub  EHM-lər  arasında  informasiya  mübadiləsini  yerinə  yetirmək  üçün  nəzərdə 

tutulub. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə