I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə5/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   98

7

Azan



54.Azan

164.Allahın Peyğəmbəri(s):«Bilal! Dur, bizə namazla rahatlıq bəxş et.»1

165.Allahın Peyğəmbəri(s):«Şeytan namaza də‘vət səsini eşidəndə qaçar.»2

166.Allahın Peyğəmbəri(s):«Göyün əhli yer sakinlərindən azan səsindən başqa bir şey eşitmirlər.»3


55.Müəzzin (Azançı)

167.Allahın Peyğəmbəri(s):«Müəzzinin günahları onun səsi çatan və gözü görən miqdarda bağışlanar. Və hər bir quru və yaş onu (sözlərini) təsdiqləyir və onun azanı ilə namaz qılanların sayı qədər onun üçün savab yazılır.»4

168.İmam Əli (ə):«Azanı gərək sizin ən fəsahətliniz desin və pişnamazlığı dini məsələləri ən yaxşı biləniniz etsin.»5
56.Qulağa azan oxumaq.

169.Allahın Peyğəmbəri (s):«Ey Əli! Dünyaya oğlun və ya qızın gələn zaman onun sağ qulağına azan, sol qulağına iqamə oxu. Belə olan halda Şeytan heç vaxt ona zərər-ziyan vurmaz.»6

170.İmam Sadiq (ə):«Əgər birinin xasiyyəti pisləşsə, onun qulağına azan oxuyun.»7
ioooooop

8

İncitmək



57.İncitmək

171.İmam Sadiq (ə):«And olsun Allaha ki, yaxşılar nicat tapdılar. Onların kim olmasını bilirsiniz? Onlar qarışqanı da incitməyən kəslərdir.»1


58.Mömini incitmək

Quran :

«Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.»2



Hədis:

172.Allahın Peyğəmbəri (s):«Mömini incidən şəxs şübhəsiz ki, məni incitmişdir.»3

173.Allahın Peyğəmbəri (s):«Kim möminə onu qorxudan baxışlarla baxsa, Allah Öz kölgəsindən başqa bir kölgə olmayacaq gündə onu qorxudar.»4

174.Allahın Peyğəmbəri (s):«Kim mömini kədərləndirsə və sonra dünyanı ona bağışlasa, bu işi onun günahının bağışlanmasına səbəb olmaz və bəxşişinin müqabilində ona savab verilməz.»5

175.İmam Sadiq (ə):«Uca Allah buyurub ki, Mənim mömin bəndəmi incidən şəxs Mənə qarşı müharibə e’lan etsin.»6
59.İncitməmək

176.Allahın Peyğəmbəri(s):«Camaatı incitmə! Çünki (başqalarını) incitməmək sənin özün üçün verdiyin sədəqədir.»7

177.İmam Sadiq (ə):«Kim camaatı incitməkdən əl çəksə onlardan bir əl çəkilər (onları incidənlərdən biri azalar), camaat isə çox əlləri ondan saxlayar.»8

9

Əsir



60.Əsir kimi təslim olmaq rəva deyil.

178.İmam Əli (ə):«Kim ağır yaralanmadan əsir kimi təslim olsa, onun azad olunması üçün beytül-maldan fidyə (əsirin azad olunması üçün ödənilən mal) verilməməlidir. Əgər onun ailəsi istəsə onun fidyəsi öz malından ödənilməlidir.»1

179.İmam Sadiq (ə):«Allahın Peyğəmbəri (s) Əlini (ə) bəraəti2 elan etmək üçün göndərəndə, onunla birlikdə bir dəstə də göndərdi və onlara belə buyurdu: Kim ağır yaralanmadan əsir kimi təslim olsa bizdən deyil.»3
61.Əsirlə yaxşı rəftar etmək.

Qur’an:

«Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər»4

«(Ya Peyğəmbər!) Əlinizdə olan əsirlərə de: Əgər Allah ürəklərinizdə bir yaxşılıq olmasını bilsə sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah bağışlayan və rəhm edəndir.»5

Hədis:

180.İmam Əli (ə):«Əsirə yemək vermək və onunla xoş davranmaq vacib haqlardandır, hətta onu sabah öldürməli olsan belə!»6

181.İmam Əli (ə) İbn Mülcəm onu yaraladıqdan sonra Həsən və Hüseynə (ə) buyurdu:«Bu əsiri zindana salın, ona yemək və su verin və əsirlikdə onunla xoş davranın.»7

182.İmam Sadiq (ə):«Əsirə yemək vermək onu əsir götürmüş şəxsin boynunda olan haqdır, hətta o sabah öldürülməli olsa belə! Əsirin kafir və qeyri-kafir olmasından asılı olmayaraq ona su və yemək verilməli (və kölgədə saxlanılmalıdır) və onunla mülayim davranılmalıdır.»8

183.İmam Sadiq (ə):«Əli (ə) zindana salınan şəxsə müsəlmanların beytül-malından yemək verərdi.»1


10
Bəlalar
62. Bəlalar

184.Allahın Peyğəmbəri(s):«Zirəkliyin bəlası özünü tərifləmək, şücaətin bəlası həddini aşmaq, güzəştin bəlası minnət, gözəlliyin bəlası qürur, ibadətin bəlası süstlük, danışmağın bəlası yalan, elmin bəlası unutqanlıq, səbrliliyin bəlası səfehlik, əsl-nəcabətliliyin bəlası öyünmək və səxavətliliyin bəlası israfdır.»2

185.Allahın Peyğəmbəri(s):«Dinin bəlası nəfsani istəklərdir.»3

186.İmam Əli (ə):«Hər şeyin bəlası var və elmin bəlası unutqanlıqdır. İbadətin bəlası riya, ağlın bəlası xudpəsəndlik, nəcabətliliyin bəlası təkəbbür, zirəkliyin bəlası özünü tərifləmək, əliaçıqlığın bəlası israf, həyanın bəlası acizlik, səbrliliyin bəlası xarlıq və güclülüyün bəlası pis danışmaq və pis rəftardır.»4

187.İmam Əli (ə):«Qorxu bəladır.»5

188.İmam Əli (ə):«Nəfsi istək ağılların bəlasıdır.»6

189.İmam Əli (ə):«İmanın bəlası şirkdir.»7

190.İmam Əli (ə):«Yəqinliyin bəlası şəkkdir.»8

191.İmam Əli (ə):«Nemətlərin bəlası nankorluq, naşükrlükdür.»9

192.İmam Əli (ə):«İtaətin bəlası itaətsizlikdir.»10

193.İmam Əli (ə):«Əsilzadəliyin bəlası təkəbbürdür.»11

194.İmam Əli (ə):«Ağıllılığın bəlası hiyləgərlikdir.»12

195.İmam Əli (ə):«İbadətin bəlası riyakarlıqdır.»13

196.İmam Əli (ə):«Səxavətin bəlası minnət qoymaqdır.»1

197.İmam Əli (ə):«Dinin bəlası bədgümanlıqdır.»2

198.İmam Əli (ə):«Ağlın bəlası nəfsi istəklərdir.»3

199.İmam Əli (ə):«Böyüklük və izzətin bəlası qəzavü-qədərin maneələridir.»4

200.İmam Əli (ə):«Nəfsin bəlası dünyaya vurğunluqdur.»5

201.İmam Əli (ə):«Məşvərətin bəlası nəzərləri bir-birinə vurmaqdır.»6

202.İmam Əli (ə):«Hakimlərin bəlası pis rəftardır.»7

203.İmam Əli (ə):«Vəzirlərin bəlası düşmənçilikdir.»8

204.İmam Əli (ə):«Alimlərin bəlası mənsəbpərəstlikdir.»9

205.İmam Əli (ə):«Rəhbərlərin (idarəçilərin) bəlası siyasi acizlikdir.»10

206.İmam Əli (ə):«Qoşunun bəlası öz başçısının əmrindən çıxmaqdır.»11

207.İmam Əli (ə):«Riyazətin (zahidliyin) bəlası adətin hakim olmasıdır.»12

208.İmam Əli (ə):«Rəiyyətin bəlası itaətsizlikdir.»13

209.İmam Əli (ə):«Pəhrizkarlığın bəlası qənaətin azlığıdır.»14

210.İmam Əli (ə):«Qazilərin bəlası tamahdır.»15

211.İmam Əli (ə):«Ədalətli hakimlərin bəlası pəhrizkarlığın azlığıdır.»16

212.İmam Əli (ə):«Şücaətli şəxsin bəlası uzaqgörənliyi və ehtiyatı əldən verməkdir.»17

213.İmam Əli (ə):«Güclünün bəlası düşməni zəif saymaqdır.»18

214.İmam Əli (ə):«Səbrliliyin bəlası xarlıqdır.»19

215.İmam Əli (ə):«Bəxşişin bəlası məəttəl etməkdir.»20

216.İmam Əli (ə):«Qənaətin bəlası xəsislikdir.»21

217.İmam Əli (ə):«Heybət və böyüklüyün bəlası zarafatdır.»22

218.İmam Əli (ə):«Axtarışın bəlası məqsədə çatmamaqdır.»23

219.İmam Əli (ə):«Ölkə idarəçiliyinin bəlası ölkəni himayə etməkdə aciz qalmaqdır.»1

220.İmam Əli (ə):«Əhd-peymanların bəlası onlara əməl etməməkdir.»2

221.İmam Əli (ə):«Hakimiyyətin bəlası öyünməkdir.»3

222.İmam Əli (ə):«(Hədis və ya hər hansı bir sözü) nəql etməyin bəlası yalan nəql etməkdir.»4

223.İmam Əli (ə):«Elmin bəlası ona əməl etməməkdir.»5

224.İmam Əli (ə):«Əməlin bəlası niyyət saflığının olmamasıdır.»6

225.İmam Əli (ə):«Bağışlamağın (əliaçıqlığın) bəlası yoxsulluqdur.»7

226.İmam Əli (ə):«Xalq kütləsinin bəlası pis əməlli alimdir.»8

227.İmam Əli (ə):«Ədalətliliyin bəlası güclü zalımdır.»9

228.İmam Əli (ə):«Abadlığın bəlası zalım hakimdir.»10

229.İmam Əli (ə):«Qüdrətin bəlası yaxşılıq etməməkdir.»11

230.İmam Əli (ə):«Ağlın bəlası xudpəsəndlikdir.»12

231.İmam Əli (ə):«Sözün bəlası yalan danışmaqdır.»13

232.İmam Əli (ə):«İşlərin bəlası icraçıların acizliyidir.»14

233.İmam Əli (ə):«Arzuların bəlası əcəllərin çatmasıdır.»15

234.İmam Əli (ə):«Vəfalılığın bəlası əhdi pozmaqdır.»16

235.İmam Əli (ə):«Uzaqgörənliyin bəlası iş-işdən keçməsidir.»17

236.İmam Əli (ə):«Əmanətin bəlası xəyanətdir.»18

237.İmam Əli (ə):«Fəqihlərin (alimlərin ) bəlası pəhrizkarlıq etməməkdir.»19

238.İmam Əli (ə):«Bəxşişin bəlası yersiz xərcləməkdir.»20

239.İmam Əli (ə):«Dolanışığın bəlası tədbirsizlikdir.»21

240.İmam Əli (ə):«Sözün bəlası çox danışmaqdır.»22

241.İmam Əli (ə):«Zənginliyin bəlası xəsislikdir.»23

242.İmam Əli (ə):«Arzunun bəlası əcəldir.»24

243.İmam Əli (ə):«Yaxşılığın bəlası pis həmdərddir.»25

244.İmam Əli (ə):«Qüdrətin bəlası zülmkarlıq və itaətsizlikdir.»2

245.İmam Əli (ə):«Bütün bəlaların başı ləzzətlərə ( və eyş-işrətə) vurğunluqdur.»3

246.İmam Əli (ə):«Ağlın ən pis bəlası kibr və özünü böyük tutmaqdır.»4




Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə