İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə33/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

 
 
Elam  hökmdarı  Kutur  Naxxunte  e.  ö.  1711-ci 
ildə  İkicayarasını  tutub,  ilahə  Nənənin  bütünü  Şuşa 
şəhərinə apardı (Юсифов 1968. 71; Хинц 1987. 96). 
Elamın  Şuşa  vilayətində  ilahə  Astartanın,  yəni 
Afroditanın məbədi Nanay adlanırdı. Həmin məbəddə 
dövlətin  xəzinəsi  saxlanırdı  (Винклер  1913.  138), 
İlahə Ananın zodikal işarəsi 8 guşəli ulduz (bax: səh. 
53),  ilahə  Nənəninki  ay  idi.  O,  bəzi  cəhətlərinə  görə 
Şumerin  Sin,  yəni  Ay  ilahəsinə  bənzəyirdi  (Кеппен 
1837. 138). 
Nana qədim İber onomastikasında qadın adı kimi 
də işlənmişdir. Çar Saurmakın (e. ö. 237-162) və Mi-
rianın  (295-342)  arvadının  adı  Nana  idi  (İoселиани 
1866.  76;  Марр  1901.  9.  11).  Gürcüstanda  yaşayan 
minqrellər    və  qurlar  Anaya  Nana  deyirlər  (Глонти 
1936. 237; Блейхштейнер 1936. 194-195). N.Y.Marr 
yazır ki, bəzi gürcü laylalarında nana sözü ana məna-
sında işlənir (Марр 1938. 36). 
Yafəs  nəzəriyyəsinin  tərəfdarlarına  görə,  Nana 
İran  mənşəli  ad  deyil  (Марр  1901.  9-11).  Ancaq 
monoteizmə  qədərki  yevrey  panteonunda  ilahə  Nənə 
var  idi.  Bəzi  İudeya  qəbilələri  Veneraya  uyğun  ilahə-
lərini Nanea adlandırırdılar (Асохик 1864. 267). 
İberiyanın  mağara-monastırlarındakı  dualardan 
birində peyğəmbər Moiseydən sonra Ananın adı çəki-
lir. Başqa bir duada isə Ana Samuilin anası kimi təq-
dim edilir (Джанашвили 1908. 192, 285). 
Yaqub  peyğəmbərin  nəslindən  olan  Samuil 
(Грець 1. 141-142) yəhudi deyildi. İsrail oğulları son-
radan onu öz milli qəhrəmanlarına çevirmişlər. Suriya 
mənbələrində Samuilin adı Zarmer (Хоренский 1808. 
35, 84),yəni Sarmazdır. Zarmer bir müddət peyğəmbər 
Moiseyə qarşı çıxmış (Грець 1. 141), sonra onun nəsli 
Eneyin  başçılığı  altında  Troyanın  müdafiəsinə  get-
mişdir (Вигуру 1897. 535, 537). 
Şuşanın Nənə 
məbədində 
dövlətin xəzinəsi 
saxlanırdı


 
 
Troya  əfsanələrinə  görə,  Eney  Bay  Ananın,  Kə-
nan nəslinin səcərəsinə görə, Samuil (Sarmaz) Ananın 
oğludur.  Fərq  ondadır  ki,  Eneyin  atasının  adı  Ankız 
(Вагнер  1901.  103),  Sarmazın  atasının  adı  Elkan 
(Грець 1. 141-142; Иосиф Флавий 52390. 293), yəni 
Elxan olmuşdur. 
M.Q.Canaşvili yazır ki, Ana xristianlıqdan öncə-
ki  kahinlərdən  biri  idi.  Onun  adı  sonralar  xristian 
dualara daxil edilmişdir (Джанашвили 1898. 29). Əs-
lində isə Ana yalnız Finikiyanın kahinlərindən biri de-
yildi. Eradan qabaq II minilliyin ortalarına aid Kül tə-
pə mixi yazılarında Ana: 1. ilahənin, 2. şəhərin, 3. şə-
hərin hakiminin adıdır (Янковский 1968. 18. 51). 
Müxtəlif  dövrlərdə  yazılmış  kitabələrdə  ilahə 
Anaya sitayiş edən nəsillər Anak, Anap, Eney Enakim 
və  Anakim  adlandırılır.  Z.A.Raqozina  yazır  ki,  ana-
kimlər sami deyildilər. Ağüzlü, ucaboylu, sarışın saçlı 
o  cəsur  adamlar  başqa  irqdən  idilər  (Рагозина  1902. 
33, 34). 
İsraillərin  və  ərəblərin  əcdadları  uzun  illər  on-
larla açıq döyüşə girməkdən çəkindilər. Nəhayət,  kə-
nanlar  böyük  say  üstünlüyü  ilə  ilahə  Ana  övlad-larını 
məğlub  edə  bildilər.  Semitoloqların  fikrincə,  anakim-
lərin  çoxu  samilər  tərəfindən  məhv  edilmiş,  sağ  qa-
lanlar  sonralar  xristian  dinini  qəbul  etmişdir  (Архи-
мандрит Иероним 1883. 4; Вигуру 1897. 303; Раго-
зина 1902. 33, 84, 481). 
Roma  işğalı  dövründə  Ana  nəslinin  yəhudi  di-
nində  olan  başçıları  Anania  titulu  daşıyırdılar  (Эрнст 
Ренан  IV.  158).  Nəzərə  alsaq  ki,  -ia  sami  dillərində 
mənsubluq  yaradan  şəkilçidir  (Блейхштейнер  1936. 
195; Марр 505. 35; Марр 1922. 59), deməli, Anania 
titullu “erməni” din xadimləri türklərin Ana nəslindən 
çıxmışdır. 
Anania soyadlı “erməni” yepiskoplarından biri V 
əsrdə yaşamışdır (Егише 1971. 42). Başqa bir Anania 
Eney Ankız ilə 
Bay Ananın, 
Sarmaz 
(Samuil) Elxan 
ilə Ananın 
oğludur. 
İlahə Ananın 
övladları 
Fələstinin 
samilərə 
qədərki 6 
nəslindən 
biridir. 
Anakimlər 
İsrailin qədim 
əhalisi, 
israillilər o 
torpaqlara 
gəlmədir.  


 
 
VII  əsrdə  yaşamış  astronom  və riyaziyyatçı Şira-katsi 
idi. Ermənilər fəxrlə bildirirlər ki, o, ilk kos-moqraf və 
təqvimçisidir. 
Anania, Anetsi, İncəçiyan, Saracişvili, Kaplanid-
ze,  Alagözyan  soyadlı  “erməni”  və  “gürcü”  mütəfək-
kirləri  çoxdur.  Onlar  ermənilərin  və  gürcülərin  yox, 
türklərin  hakim  zadəgan  nəsillərinin  başçıları  idilər. 
Həmin  nəsillər  V-VI  əsrlərdə  sasanilər  və  yunanlarla, 
VIII-X  əsrlərdə  ərəblərlə  döyüşlərdə  məhv  olub  get-
mişdir. 
Anania  soyadlı  kahinlərdən  biri  yəhudi  tarixinə 
yalançı peyğəmbər kimi daxil olmuşdur. O, eradan qa-
baq  VI  əsrdə  Babilin  işğalı  zamanı  özünü  peyğəmbər 
elan etmiş (Грець 2. 1907. 281), ancaq döyüşkən qüv-
vələri az olduğuna görə öldürülmüşdü. 
Yunan  və  latın  tarixçiləri  ilahə  Anaya  sitayiş 
edən  nəsilləri  Aynian,  Enian,  İberiya  salnaməçiləri 
Aynina  və  Anakli,  ermənilər  Anait  adlandırırlar.  Son 
antik  və  ellin  mənbələrində  göstərilir  ki,  aynianlar 
Midiyanın  qonşuluğunda  yaşayırlar  (Алиев  Играр 
1960. 103). 
Strabon  yazır  ki,  aynianlar  Araz  çayının  cənu-
bundan  Kür  boyuna  köçüb,  Uti  vilayətində  eyni  adlı 
şəhər  saldılar  (Страбон  1964.  XI.  VII,  1).  N.Adonsa 
görə, enianlar Arazın sağ sahilindən Kür çayı boyuna, 
oradan  qərbə  (Адонц  1908.  420)  –  indiki  Türkiyənin 
Şavşat mahalına köçmüşlər. 
Ana nəslinin nümayəndələri özləri özlərini enian 
adlandırmırdılar.  Onlar  Albaniyanın  Uti  vilayətində, 
daha  sonra  Batum  şəhərinin  qərbində  saldıqları  şə-
hərlərə  Ana  adı  vermişdilər.  V-VIII  əsr  gürcü  və  er-
məni tarixçiləri həmin şəhərləri Ana kert və Ana berd 
adlandırırlar  (Марр  1911.  1;  Джуаншериани  1986. 
97). 
Bizim  bəzi  arxeoloq  və  tarixçilər  Albaniyanın 
Ana  şəhərini  Yunanla  eyniləşdirirlər.  Onlar  mövcud 
VII əsrdə 
yaşamış 
kosmoqraf 
Anania 
Şirakatsi Ana 
nəslindən 
çıxmışdır. 
Ana nəslinin bir 
qolu Albaniyaya 
gəlib, Uti 
vilayətində Ana 
şəhərini 
salmışdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə