İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə30/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

 
 
vadisinə qoşun yeridəndə Aza tayfası Araz çayının sol 
sahilində  yaşayırdı  (Меликишвили  1960.  421;  Ни-
кольский1896. 43, 47). 
Urartu  ilə  Assuriya  arasındakı  ziddiyyətlərdən 
istifadə  edən  Aza  nəsli  e.  ö.  VIII  əsrin  ortalarında 
Mannada  hakimiyyəti  ələ  aldı.  Erməni  tarixçilərinin 
fikrincə,  Aza  Manna  çarlarından  birinin  adıdır  (Ка-
панцян 1947. 42-43). Əslində Aza çarın nəslinin adı-
dır. Urartu çarlarının basqını zamanı onların həm nəs-
li,  həm  də  ölkəsi  Aza  adlanırdı  (Никольский  1896. 
43. 77). 
Öncə  qeyd  olunduğu  kimi,  Azaf  Aranın  qardaşı 
oğlu  və  İbrahim  peyğəmbərin  çağdaşıdır  (Велльгау-
зен 1909. 33). Deməli, totem tanrısı Azav  olan nəsil 
hələ  İbrahim  dönəmində  –  e.  ö.  XIX  əsrdə  tək  olan 
Tanrıya tapınmış, sonralar təkallahlı İudeyanın hakim 
nəsillərindən  birinə  çevrilmişdir.  İberiyanın  mağara 
yazılarında  xatırlanan  Asaf  həmin  nəslin  nümayən-
dəsidir. 
İ.M.Dyakonov  yazır  ki,  Azaq  bəzi  qədim  Ön 
Asiya  etnoslarının  inancında  bitkilərin  hamisi  sayı-
lırdı. O, öz xüsusiyyətləri ilə şumerlərin  yaradıcı tan-
rısı Nipurta bənzəyir (Дьяконов 1990. 218). 
Azaq eyni zamanda etnosun adıdır. Həmin etnos 
özünü tapındığı  tanrının  adı  ilə Azak, bəzən də  Azap 
adlandırırdı.  Həmin  nəslin  başçılarından  biri  e.  ö.  III 
minilliyin ortalarında Şumerin Kuş şəhərini tutmuşdu. 
Mixiyazılı kitabələrdə onun adı Azaq bay kimi göstə-
rilmişdir (Тураев 1913. 80). 
Öz  qonşularından  fərqli  olaraq  şumerlər  Azaqı 
iblis kimi təsəvvür edirdilər (Крамер 1965. 109, 180). 
Bu  da  ondan  irəli  gəlir  ki,  İki  çay  arasının  yaradıcı 
tanrısı Nipurt olan sami tayfaları ilə bitki tanrısı Azak 
olan Turan etnosları arasında daimi mübarizə gedirdi. 
Azak/Azap  nəslinin  adı  mixiyazılı  kitabələrin 
bəzilərində  Aza  kimi  göstərilir.  Xett  hökmdarı  II 
 
Azaq bay e. ö. III 
minilliyin 
ortalarında 
Şumerin Kiş 
şəhərini idarə 
etmişdir. 
El İudeyanın bəzi 
qədim etnoslarının 
dilində həm əl, 
həm allah 
deməkdir. 
 


 
 
Murşil (e. ö. 1345-1320) Aza ölkəsinə basqın etmişdi 
(Капанцян 1947. 28). Belə hesab edirik ki, Naxçıvan 
Muxtar  Respublikası  ərazisindəki  Yuxarı  Aza  və 
Aşağı Aza kəndlərinin əhalisi qədim Azaf nəslinin son 
qalıqlarıdır. 
Azaf  nəsli  daha  sonra  Suriyanın  bir  hissəsini 
idarə edirdi. Belə hesab edirik ki, çar Azail Azaf nəs-
linin başçılarından biridir. 
Avraam Norov yazır ki, Suriyanın Azail adlı çarı 
olmuşdur.  O,  e.  ö.  335-ci  ildə  hakimiyyətə  gəlmişdir 
(Авраам Норов 1854. 127). Azail “totem tanrısı Azaf 
olan” deməkdir. El İudeyanın bəzi qədim etnoslarının 
dilində həm əl, həm allah mənasını bildirirdi. 
E.  ö.  II  minilliyə  aid  Likiya  mixi  yazılarında 
Azalı nəslinin adı çəkilir. Ancaq qəbir daşı üzərindəki 
Azalı sözünü bəzi tədqiqatçılar şəxs adı hesab edirlər 
(Нойман  1980.  349).  Bizim  üçün  maraqlıdır  ki,  ilti-
saqi dilli likiyalıların kitabələrində Aza adı -lı şəkilçisi 
ilə işlənmişdir. 
İber  dualarından  birində  peyğəmbər  Moiseydən 
sonra  Baruk  adı  çəkilir  (Джанашвили  1908.  293). 
Baruk  Kənan  zadəganlarındana  biri  olub,  Moiseylə 
birlikdə  Misirdən  qovulmuşdu.  Ancaq  bu,  o  demək 
deyil  ki,  Baruk  sami  etnosudur.  Kənan  tayfa  ittifa-
qında şimal köçəriləri var idi ki, baruklar da onlardan 
biridir. 
 Duada  adı  çəkilən  Baruk  real  tarixi  şəxsiyyət 
olub, eradan qabaq VII  əsrdə  yaşamışdır. O, peyğəm-
bər İeremiyin sadiq davamçılarından biri idi (Грець 2. 
1907.  265,  298).  Əslində  Baruk  İeremiyin  şagirdinin 
adı  deyil,  nəslinin  adıdır.  Baruk  nəslinin  patriarxları 
Baruk soyadı daşıyırdılar. 
Ptolomeyin  (II  əsr)  “Coğrafiya”sında  göstərilir 
ki,  Baruka  Albaniyanın  bir  vilayətidir  (Гейбуллаев 
1986.  8).  Baruka-barukların  ölkəsi  deməkdir.  -a,    -ia 
sami  mənşəli  qədim  yazılarda  totem  adlarından  etno-
E. ö. II minilliyə 
aid Likiya qəbir 
daşında Azalı adı 
var. 
Baruk nəslinin 
başçılarından biri 
real tarixi 
şəxsiyyət olub, 
eradan qabaq VII 
əsrdə yaşamışdır. 
O, peyğəmbər 
İeremiyin 
davamçılarından 
biri idi.  


 
 
nimlər  yaradır  (Марр  1922.  58;  Марр  1927.  86; 
Блейхштейнер 1936. 195; Мещанинов 3166. 45). 
Barukların  əsas  hissəsi  Albaniyaya  köçməzdən 
qabaq  Araz  çayının  sağ  sahilində  yaşayırdı.  Onların 
adı erməni tarixçilərinin əsərlərində Parox formasında 
yazıya alınmışdır. Qaradağ mahalındakı  Paruk kəndi-
nin  (Sanan  Azer  1942.  13)  əhalisi  onların  son  qalıq-
larıdır. 
Musa  Xorenli  yazır  ki,  h’ayların  çarı  Armenak 
Araz  çayını  keçib  düşərgə  saldı.  Saldığı  yurdlardan 
birini  oğlu  Paroxun  adı  ilə  Paroxot  –  Paroxun  evi 
adlandırdı  (Хоренский  1893.  21;  Никольский  1896. 
82). 
Əslində  Parox  H’Ay  nəslindən  deyildi.  Xristian 
və  yəhudi  salnamələrində  bir  qayda  olaraq  vassal  nə-
sillərin  başçıları  hakim  nəslin  başçısının  oğlu  kimi 
təqdim edilir. Baruk da yeni tayfa ittifaqının tərkibin-
də  Suriyadan  yuxarı  Araz  boyuna  köçən  etnoslardan 
biri idi. 
Paroxot  kəndinin  adı  baruk  totem  adından  və 
türk dillərindəki ot-otaq sözünün kökündən ibarətdir. 
Musa  Xorenli  əsərin  başqa  bir  yerində  yazır  ki, 
Parox  Geqamın  (Шопен  1866.  44),  yəni  göylər  qızı-
nın oğludur. Bu da təbiidir. O zaman yuxarı Araz bo-
yunun  etnosları  göyə,  yerə,  suya  sitayiş  edirdilər 
(Мещанинов  1927. 3, 4, 7, 8).
 
Baruk,  As  Parux,  Ar  Paruk  türk  totem  adlarıdır. 
Baruk  o  zaman  totem  sayılan  qurdun,  Barak  itin  adı-
dır.  Erməni  dualarında  daha  çox  Barakın,  gürcü  dua-
larında  Barukun  adı  xatırlanır.  M.Q.Canaşvili  belə 
hesab edir ki, erməni dualarındakı Varax elə Baruxdur 
(Шопен 1866. 298; Джанашвили 1908. 293). 
Bizim  fikrimizcə,  Baruk  və  Barak  eyni  yox 
qohum etnosların adlarıdır. Erməni salnamələrində hə-
min  etnonim  parax  və  varax  formalarında  yazıya 
alınmışdır. Tədqiq etdiyimiz mənbələrdən görünür ki, 
Paroxot 
Barukun otağı, 
yəni kəndi 
deməkdir. 
Baruk Geqamın  
- Göylər qızının 
oğludur


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə