I- mühaziRƏ. İNformatika haqqinda ümumi MƏlumat



Yüklə 52,06 Kb.
səhifə1/5
tarix23.12.2023
ölçüsü52,06 Kb.
#157808
  1   2   3   4   5
1-Mühazirə




I- MÜHAZİRƏ. İNFORMATİKA HAQQINDA ÜMUMİ MƏLUMAT



    1. GİRİŞ. İnformatika haqqinda ümumi məlumat

«İnformatika» bir elm sahəsi kimi əsasən, son on illik­lər­­­­də formalaşmışdır. İnformatika termini iki söz birləşməsindən «in­­formasiya və avtomatika» sözlərin­dən yaranmışdır. İlk dəfə bu termini fransızlar 1960-cı illərdə avtomatlaşdırılmış informa­siya emalı sahəsini ad­landırmaq üçün istifadə etmişlər. İnfor­­matika termi­ni ingilis dilinin variantında «kompyuter elmi» ki­­mi adlandırılır. İnformatika elmi nəyi öyrənir.
İnformatika-kompyuter texnikasından istifa­də­yə əsasla­nan fənn olub, informasiya prosesini yəni (informasiyanin strukturunu və ümumi xassələ­ri­ni, yaradılmasını, saxlanılmasnı, çevrilməsini, ax­­tarılmasını, ötürülməsini və emalını) insan fəaliyyətinin müx­tə­lif sahələrində tətbiqini öyrənir. Aydındır ki, informatikanı kom­pyuter texnikasız təsəvvür etmək mümkün deyil­dir. De­məli, informatika geniş tətbiq olunma diapazonuna ma­lik olan kom­pleks elmi fəndir və onun prioritet is­ti­qa­mətləri aşağıda­kı­lardır:

  • Hesablama sistemlərinin və proqram təminatının iş­lənməsi;

  • Informasiya proseslərini öyrənən informasiya nəzə­riy­yəsi;

  • Süni intellek üsulları;

  • Müx­təlif xarakterli problemlər üzrə sistemli təh­lil;

  • Bioloci sistemlərdə informasiya prosesini öyrə­nən bioin­for­ma­tika;

  • Cəmiyyətin informalaçdırılması prosesini öyrə­nən sosiol in­for­matika;

  • Maşın qrafikası, animasiys, multimedia üsulları;

  • Telekomunikasiya sistemləri və şəbəkələri (lokal və qlobal);

  • Istehsalat, elm, təhsil, tibb, ticarət, kənd təsərüfatını və digər sahələr üçün tətbiqi priqramlarının işlən­məsi və s.

İnformatika bir-birilə əlaqəli olan 3 vasitələrdən iba­rət­dir:

a) Texniki vasitələr – (kompyuterlərin aparaturası) in­­gilis di­­lin­də sözü ilə göstərilir ki, onun da hərfi tər­cü­mə­si - bərk məlumatlar deməkdir.
b) Kompyuterlər tərəfindən istifadə olunan bütün proq­ram­­lar toplusu – sözü ilə göstərilir ki, onun da hərfi təcüməsi – yumşaq məlumatlar demək­dir.
c) Məsələni proqramlaşdırmazdan əvvəl onun ardıcıl şə­kil­­də həll olunma mərhələləri təmin olunmalıdır ki, bu da il­kin ve­rilənlərdən başlayıb axtarəlan nə­ti­cə­yə gətirub çıxarır, başqa söz­lə desək by həll olynan mə­sələnin alqoritminin işlənməsi de­məkdir. Alqoritmik vasitələr- alqoritmi­nin işlənil­məsi və onların qurulma üsulla­rı­nın öy­rə­nməsi ilə əlaqədər olan informasiyadır ki, onun da hərfi təcüməsi sö­zü ilə göstərilir – intellekt deməkdir. Kompyuterdə əsasən informasiya emal olunur. İnformasiya haqqında bəzi məlumatlarla tanış olaq.




    1. Yüklə 52,06 Kb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə