Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 

34 


Bir  azdan  uşaq  üçün  aptekdən  dərman  almağa  gedən  Fidana  elə  gəldi  ki, 

kimsə  arxasınca  düşüb.  “Bəlkə  bu  Röyaldı,  mənə  yaxınlaşmağa  cürət  etmir, 

görünür,  gecəki  telefon  söhbətindən  sonra  uzaqdan-uzağa  əhval-ruhiyyəmin 

necə  olduğunu  bilmək  istəyir”  –  deyə  düşündü.  Bu  onun  bir  vaxt  xəyalında 

təsəvvür etdiyi çinar boylu, əsmər bənizli oğlana az oxşayırdı.. Fidanın gözünə 

xəyal kimi görünən oğlan qəfildən yoxa çıxdı.  

“O,  birdən-birə  hara  getdi?  Niyə  mənə  yaxınlaşmadı?  Əgər  Əfqan  barədə 

dedikləri  doğrudursa,  əslində  mənim  ona  da,  anasına  da  minnət  borcum  var... 

Görünür,  “od  olmasa,  tüstü  çıxmaz”  məsəli  elə  sözgəlişi  çəkilməyib.  O  adam 

həyatımda  gözlənilmədən  peyda  olduğu  kimi,  gözlənilmədən  də  yoxa  çıxıb. 

Yəqin  fırıldağının  üstü  açılanacan  ara-sıra  telefon  danışacaq...  Bəs  nə  üçün 

telefonun nömrəsini gizlədir?”  

Təzadlı düşüncələr qoynunda evə sarı döndü. Axşamüstü qapı döyüldü.  

-  Hə,  hə,  deyəsən,  odur,  -  deyə  Fidan  əvvəlcə  güzgüyə,  sonra  da  qapıya 

yaxınlaşdı.  

Qapıda yaşı qırxı ötmüş çalsaç bir kişi dayanmışdı...  

“Yox, bu, o deyil, Röyal bu yaşda ola bilməz!”, - deyə düşündü.  

- Kimdi? 

- Evin sahibi... 

- Hansı evin? – hövlanak qapını açıb, kişini başdan-ayağa diqqətlə süzdü. O, 

mövsümə uyğun dəbdə geyinmişdi. Təmkinli baxışlarını Fidana zilləmişdi. Bir 

yandan  onun  Röyal  olmadığına  sevinirdi,  o  biri  yandan  başı  gicəllənmiş  kimi 

özünü  itirmişdi,  əllərini  çərçivəyə  söykəyib,  birtəhər  müvazinətini  saxladı, 

təəccüblə: 

- Siz nə danışırsız? Məgər bu ev Əfqana məxsus deyil?.. 

-  Xeyr,  xanım,  bu  ev  mənim  halal  evimdir,  sənədli-sübutlu  adımadır, 

təmirdən  sonra  iki  illiyə  kirayəyə  vermişdim.  Əgər  qalmaq  istəyirsinizsə 

buyurun, etiraz etmirəm,  müqavilənin  vaxtını  uzatmalıyıq,  həm də bilməlisiniz 

ki, bu cür hər şəraitli mənzillərin kirayə haqları artıb...  



 

35 


Fidan  çaşıb  qalmışdı,  “deməli,  şübhə  və  gümanlar  əbəs  deyilmiş,  dedikləri 

doğruymuş,  o,  fırıldaqçının,  dələduzun  biriymiş...  Zərbə  dalınca  daha  bir  ağır 

zərbə... Aman Allah, bu nə oyundu, düşdüm?”. 

- Sizə nə oldu, xanım, rənginiz-ruhunuz birdən-birə dəyişdi...  

- Mən bir az möhlət istəyirəm, xahiş edirəm, özümə başqa mənzil tapanacan 

icazə verin elə burada qalım. 

-  Bəs  bu  evi  kirləyən,  dil  boğaza  qoymayan  o  cavan  kürən  dostumuz 

hardadır? Yoxsa sizi aldadıb, aradan çıxıb?  

- Harda olduğunu dəqiq bilmirəm, amma aldatmağına şübhəm yoxdur, özü də 

tək  məni  yox,  ata-anamı  da.  Onların  şəhərin  mərkəzindəki  monolit  binadakı 

mənzillərini dəyər-dəyməzinə satandan sonra ortada görünmür. 

-  Deyirəm  axı,  zənglərimə  niyə  cavab  vermir,  bu  adamdan  nə  desən, 

gözləmək olar. Mən evdəki əşyalara göz yetirmək istəyirəm. Birdən o... 

-  Buyurun  keçin  içəri,  baxın,  o  mənə  deyirdi,  guya  bu  mənzili  girov  qoyub, 

hansısa məşhur bankdan pul götürüb!  

-  Yox,  çətin  ki,  onun  buna  hünəri  çata,  çünki  mənim  kim  olduğumu  yaxşı 

bilir,  o  sizi  aldadıb,  evin  sahibinin  imzası  olmadan  ona  aid  mülk  qəti  surətdə 

girov qoyula bilməz! 

Sonra sanki öz-özünə gileylənirmiş kimi: 

-  Heç  əvvəldən  gözüm  onu  tutmamışdı,  zər-ziba  xoşlayan  zənənəsifət 

kişilərdən zəhləm gedir. Görünür, o məni də aldadıb. Neynək, əgər bir də yolu 

Bayıla düşsə, bu  yalana görə cəzasız qalmayacaq Əfqan.  Fidan başını  yellədə-

yellədə  aşağı  dikdi,  bununla  həmsöhbətiylə  həmfikir  olduğunu  təsdiqləsə  də, 

cavab verməyə taqəti qalmadı...  

- Hə, bu yaşımacan çox şeylər görmüşəm, kreditlə alınmış bahalı maşınlarda 

gəzib,  fırıldaqla  onu-bunu  aldadıb  ev-eşik  sahibi  olanı  da,  malını-mülkünü  bir 

gecədə  qumarda  uduzanı  da...  İndi  adını  kişi  qoyub  qadın  alveri  ilə,  narkotika 

ilə  məşğul  pəzəvənglər  yaman  çoxalıb.  Bunlar  hamısı  kapital  dünyasının 

bəlasıdı,  amma  bu  Əfqan  kimisinə  ilk  dəfədir,  rast  gəlirəm,  pul  qazanmaq 



 

36 


xatirinə  əvvəlcə  o  dələduz  sizi  ələ  keçirib,  sonra  da  mərkəzdəki  evinizi  satıb, 

aradan çıxıb. Bəs ata-ananız hardadır?  

-  Onlara  verdiyi  pul  ancaq  şəhər  kənarında  iki  otaqlı  mənzil  almağa  çatdı. 

Kiçik  bacım  da  valideynlərimlə  yaşayır.  Sadəlövh  ata-anam  hələ  də 

aldadıldıqlarından  xəbərsizdilər.  Elə  bilirlər  ki,  pulların  qalanına  vicdanını 

itirmiş  o  dələduz  şirkət  açıb,  ailə  biznesi  quracaq,  hərəmiz  bir  işin  qulpundan 

yapışıb, məvacib alacağıq...  

Otaqları gəzib, beşik arabacıqda mışıl-mışıl uyuyan körpəni gördü, ev sahibi 

təəssüflə köks ötürüb Fidana baxdı: 

-  Mən  sizə  ucuz  qiymətə  birotaqlı  mənzil  taparam,  -  dedi,  -  bu  işə  baxan 

makler tanışım var...  

- Allah köməyiniz olsun. Uşağı bağçaya verib, mən də özümə bir iş taparam, 

kirayə pulunu vaxtlı-vaxtında ödəyərəm. Əyləşin, sizə bir fincan çay süzüm...  

O, razılıq hissiylə başını yırğaladı: 

-  Sağ  olun,  gəlin,  mətbəxə  keçək,  körpə  qoy,  rahat  yatsın,  -  birdən  nə 

fikirləşdisə, - yaxşı, hələlik başqa yerə getməyin, burda qalın. Narahat olmayın. 

Bu  da  mənim  telefonum,  adım  Mehmandır,  bir  şeyə  ehtiyacınız  olsa,  nədənsə 

korluq  çəksəniz,  xəbər  edin,  -  deyə  cibindən  çıxartdığı  vizit  kartını  Fidana 

uzatdı.  

Fidan vizit kartını alıb başını yenə aşağı saldı:  

-  Mənim  adım  Fidandır,  xahiş  edirəm,  Əfqanı  tapmaqda  yardımçı  olun, 

bundan sonra onunla kəlmə kəsməyi özümə təhqir sayıram, mən tezliklə ondan 

boşanacağam... 

- Bəs valideynləriniz... 

-  Məni  bu  adama  ərə  getməyə  təhrik  edən  onlardı,  heç  onları  bağışlamaq  da 

mənimçün asan olmayacaq, ancaq qorxuram, atam aldadıldığını bilsə, dözməz...  

-  Hə,  başa  düşürəm,  qeybə  çəkilmiş  belə  adamdan  boşanmaq  asan  məsələ 

deyil,  bir  tanış  vəkillə  bu  haqda  məsləhətləşərəm,  belə  mübahisəli  məsələlərin 

ustasıdır, bəlkə o, həll edə, əncam çəkə bildi...  

Fidan kövrələ-kövrələ köks ötürdü: 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə