Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 

43 


Ad günündə həsrətini çəkməyə başladığı insandan hədiyyə-zad gözləmirdi, 

Röyalın saf sevgisi, ülvi məhəbbəti, hər bir görüşü onun üçün ən qiymətli hədiyyə 

idi. Əsmər bənizli, çinar boylu oğlanın surəti gecə-gündüz xəyalından çıxmır, 

ağlını çaşdırırdı. 

Nəhayət, ad günü gəlib yetişdi, həmin gün səhər erkən oyandı, güzgünün 

qabağında oturub üzünə xeyli sığal çəkdi, üz-gözündən təbəssüm yağa-yağa 

eyvana çıxıb üzbəüz binaya baxdı. Iş hələ başlamamışdı, daha doğrusu, fəhlələr 

hələ gəlməmişdilər. Birdən gözü lap yuxarı mərtəbədə qırmızı hərflərlə yazılmış 

“Fidan, səni sevirəm” sözlərinə sataşdı. Həyəcandan az qaldı ürəyi dayansın. 

“İlahi, o, bu yüksəkliyə necə çıxıb?”-düşündü. 

Içində ömrü boyu eşitmədiyi şən bir melodiyanın akkordları döyünürdü. Qəlbinə 

yeni günəş doğmuşdu. Havada uçan quşlar da, şəhərin dənizə uzanan mənzərəsi də 

gözlərinə başqa cür görsənirdi, hər yan sevgi nəğməsinə bələnmişdi. Fəvvarələrin 

şırıltılı səsi, gül-çiçək ətri bir-birinə qarışmışdı. Ilk dəfəydi xiyabanlarda əkilən 

güllərin qoxusunu belə yaxından duyurdu. 

Çölü içinə sığmırdı... Röyalla tez görüşmək, onu bağrına basıb doyunca öpmək 

istəyirdi. Bu istəyinin qarşısını almağa heç bir qüvvənin gücü çatmazdı. 

Qapıda atılıb boynuna sarıldı: 

- Mənə görə o təzə tikilinin damına çıxmağa qorxmadın? 

- Yox, eşqimin gücünə inam hissi məni hər təhlükədən keçirdi.  

- Elə bil dünyanı mənə bağışladın. 

- Ürəyindən nə keçir, gülüzlüm, gedək, dənizi də bağışlayım sənə. Uşağı da 

götür, çıxıb sahildə bir az gəzib-dolaşaq. Sonra... 

- Hə, gəl sahil parkına gedək, çoxdandı ora yolum düşmür. Sonra evə qayıdarıq. 

Sənin üçün yaxşı süfrə açaram. 

... Fidanın təklifiylə faytona mindilər. Onlar birlikdə illərin xoşbəxti kimi 

görünürdülər. Fayton bulvarı dövrə vurdu. Köhnə evlərinin yanından ötəndə 

Fidanın qəlbini qəribə hisslər bürüdü. Qarşı tərəfdən gələn faytonda bəylə-gəlin 

oturmuşdu. Fidanın yadına bəd ruzigarın əlindən atasının toy hədiyyəsi kimi 

bağışladığı malikanəni məcburən tərk edən milyonçu qızı düşdü.  




 

44 


- Bilirsən Röyal, bax, bizim evimiz burda idi... 

- Gözəl yerdəymiş... 

- Amma bu binadan gəlin köçənlərin çoxunun ilk nigahı uğursuz olub...  

Sonra Əfqanı nzərdə tutaraq: 

- Sənin dediyin kimi, o mənə yox, bu evə aşiq olubmuş... 

- Elələri yalnız pula vurulurlar, nə yolla olur-olsun, təki pul gəlsin... 

Qanı qaralmışdı Fidanın, əyilib Röyalın qulağına: “gəl qayıdaq,-canım, bu gün 

səninlə evdə baş-başa qalmaq mənə daha xoş olar”,-pıçıldadı, cavab gözləmədən 

evə tərəf səmt götürdülər... 

Uşaq gəzintidən və dənizin təmiz havasından xumarlanmışdı, evə çatar-çatmaz 

yuxuya getdi. Bulvarın ab-havası ona düşmüşdü. Yeməkdən sonra Röyal getmək 

üçün izn istədi.  

- Getmə, qal, bu gün mənim ad günümdür, istəyirəm, bu şad günümün sevincini 

səninlə paylaşım, gecəni səninlə keçirib, səhəri səninlə açım. 

Gözlərini yumub toy gecəsini xatırladı. Sonra yenə kövrək pıçıltıyla: 

- Bu gecə həmin gecədən fərqli olacaq, -dedi,-Röyal, bütün qəlbimlə, varlığımla 

sənin olmaq istəyirəm. 

- Röyal onun saçlarını oxşadı, yanağından öpdü, dodaqlarına toxunmağa qorxdu, 

belini qucmağa əli gəlmədi. Bədənini soyuq tər basdı. Sanki saxta iş üstündə 

yaxalanır, əlləri-ayaqları əsirdi... 

Fidan özünü onun ağuşuna atmağa hazır idi. xəyalən vurulduğu kişisinin 

təbəssümü şərab kimi dodaqlarından süzülüb qızı məst eləmişdi: 

- Əsmərbənizlim, həyatıma xoş gəldin! 

- Röyal yenə onun yalnız əllərini, qollarını, dodaqlarını öpməklə kifayətləndi. 

Sevgilisinin ağuşunda əriyib-itməyə, özünü təslim etməyə hazır bir qadının 

yalvarışı kimi səslənən:  

Röyal, Röyal, əzizim, canım-gözüm...-sözləri oğlanın bütün vücudunu silkələdi, 

səsi əvvəlkindən də bərk xırıldadı, elə bil hansısa gözəgörünməz əl boğazından 

yapışıb ikiəlli sıxırdı: 



 

45 


-  Gülüzlüm,  ilk  dəfə  səninlə  danışmağım  yadına  gəlir,  o  zaman  ərli  qadınla 

subay  oğlanın  telefonla  eşq  elan  etməsini  böyük  qəbahət,  günah  olduğunu 

söyləmişdin... 

-  Onda  mənim  “kimsən?”  sualıma  “səni  sevən  kəs”-deyən  adamın  ərgən 

çağımdan xəyalımda sevib, əzizlədiyim əsmər bənizli oğlan olduğunu bilmirdim. 

- Kaş, hər şey ayrı cür olaydı... 

Ehtirasdan Fidanın dodaqları əsirdi: 

- Söz verirəm, əzizim, bu andan hər şey sənin istədiyin kimi olacaq, yaxın gəl... 

Röyal sanki çaşıb qalmışdı, yaxasını ondan qurtarmağa çalışırdı: 

-  Allah  nigahlı-kəbinli  qadınla  yaşayan  namərhəm  kişini  cəhənnəm  odunda 

yandıracaq. 

-  Mən  boşanmış  qadından  daha  çox  özümü  sərbəst,  azad  hesab  eləyirəm,  əslində 

qəlbim, ruhum  heç vaxt, heç kəsin olmayıb. Sadəcə, kağız üzərində olan bu birlik 

iki sevən insan üçün o qədər də əhəmiyyət daşımamalıdır. Əsas ruhların, qəlblərin 

birliyidir... 

 

Röyal əllərini ovuşdurub  üzünü  yana çevirdi.  Bədənindən bumbuz  giziltilər 



keçdi,  canı  üşüdü,  əti  ürpəşdi.  Onun  ehtirasın  zirvə  məqamında  özünü  soyuq 

aparması,  biganə  davranışı  Fidana  toxunurdu.  Az  qalırdı  diliylə  desin:  “sən  necə 

kişisən  ki,  belə  məqamda  sevdiyin  qadına  qarşı  laqeyd  qala  bilirsən,  bu  necə 

sevgidir, necə istəkdir?”. 

 

Birdən  yenə  o  məsum  toy  gecəsini  xatırladı.  Ürəyində:  “Əgər  bu  ifadəni 



işlətsəm, onun xətrinə dəyər, onda mənim şantaj yolu ilə muradına çatan Əfqandan 

nəyim əskik olar? Yoxsa mənə də o fırıldaqçının təsiri keçib...”. 

- Sənə nə olub? Bəlkə azarlamısan, haran ağrayır? Niyə titrəyirsən? 

- Mən... mən bu gün getsəm yaxşıdı... 

- Röyal, dayan, dayan, hara belə? 

... O gedən getdi. Iki-üç gün aradan ötdü,  Röyaldan xəbər-ətər çıxmadı. Zəng edib 

anasından soruşdu. 

“Evdə yoxdur...”-dedi. 

 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə