Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

31 


dinləməyiniz  də  bəs  edə  mənə,  istəyirsiniz,  dəstəyi  anama  verim,  dərdimi 

danışsın, sizi necə sevdiyimi inandırsın... 

- Yox, yox, ehtiyac yoxdu, yəqin anan mənim ailəli olduğumu bilmir. Mənim 

övladım var – oğlumun iki yaşı olacaq...  

-  Mən  də,  anam  da  sizin  barənizdə  hər  cür  məlumatımız  var.  Əlinizə  su 

tökməyə  yaramayan,  evdən  baş  götürüb  küçələrdə  sülənən  o  ləyaqətsiz  həyat 

yoldaşının  uzun  müddətdi  ki,  evə  gəlməməyindən  də,  nə  işlə  məşğul 

olduğundan  da  xəbərimiz  yox  deyil.  Amma  bu  haqda  nə  anam,  nə  də  mən 

sizinlə danışmağa indiyənəcən cürət etmirdik.  

- Burda başqa səbəb nədir ki, axı o tez-tez xarici ölkələrə səfərə gedir... Ata-

anasına baş çəkməyə...  

Telefonun  o  biri  başındakı  oğlan  dərindən  köks  ötürdü.  Sonra  bərkdən 

öskürdü. Az sonra fikrini kəsik-kəsik anlatmağa başladı:  

-  Nə  xaric,  canım,  mən  o  dələduzun  xaricinə  də,  daxilinə  də  yaxşı  bələdəm. 

İnanın  onun  haqqında  danışmağı  özümə  sığışdıra  bilmirəm.  Amma  sizin 

cismani  sarsıntılarınız,  əziyyətləriniz,  ovqatımı  xələl  edir,  məni  özümdən 

çıxarır. Onu da deyim ki, həqiqəti bütün çılpaqlığı ilə bilmək sizin qəlbinizi çox 

ağrıdacaq – telefondakı səs birdən-birə batdı, sonra yenə elə bil quyu dibindən 

öskürək  səsi  eşidildi,  deyəsən,  boğazını  arıtlayırdı,  nəfəsini  dərib,  ağır-ağır 

danışmağa  davam  etdi,  -  Bir  vaxtlar  o  bizim  köhnə  məhəllədə,  gecəqondu 

daxmaların  birində  kirayədə  yaşayırdı,  ev  sahibinin  xəbəri  olmadan  həmin 

yaşadığı  mənzili  dəyər-dəyməzinə  satıb,  aradan  çıxmışdı.  Deyirdilər,  guya 

imkanlı  bir  adamın  qızı  ilə  nişanlanıb,  amma  toyundan  iki-üç  ay  keçməmiş 

aldatdığı adamlar arvadını qaçırıblar,  uzun sözün qısası, həmin qızın atası onu 

həbsə  saldırdı,  ordan  çıxandan  sonra  yenə  axmaq  hərəkətlərindən  əl  çəkmədi. 

Qabaqlar  ara-sıra  qorxa-qorxa,  çəkinə-çəkinə  məhəlləyə  gəlirdi,  amma  çox 

qalmırdı,  hər  dəfə  də  bir  təzə,  xarici  maşın  sürürdü.  Tanıyanlar-bilənlər 

deyirdilər, yəqin  yenə  hansı bədbəxtəsə qulaq atıb. Sizinlə ailə qurandan sonra 

anama rast gəlib, atamın ölüm xəbərini eşidib, dilucu başsağlığı verib, sonra da 

tələsik  vizit  kartını  verib  ki,  mənə  çatdırsın.  Guya  mənə  ürəyi  yanırmış,  yaxşı 




 

32 


işə düzəldəcəkmiş... Təsəvvürümə gətirirəm, fırıldaqçı bir adamın təklif edəcəyi 

iş  necə  olar.  Anam  soruşub  ki,  o  nə  işdi  elə,  deyib təzə  qaynatam  mənə  yaxşı 

pul  verib, şirkət açmışam... adını da “Fidan” qoymuşam, təzə arvadımın adını. 

Bax  belə,  Fidan  xanım,  ona  görə  bu  söhbətləri  sizə  telefonda  çatdırmaq  yox, 

üzbəüz demək istəyirdim, bu dəqiqə harada olduğunu da deyim, onun gözü sizə 

yox,  atanızın  evinə  düşmüşdü,  arzusuna  çatan  kimi  növbəti  şikarının  dalınca 

düşüb. Çörəyi ona-buna atmaqdan, fırıldaqçılıqdan çıxan yüngülxasiyyətdən nə 

gözləyirsən?  Öz  zahiri  görünüşünə,  boy-buxununa  güvənərək  varlı  xanımları 

aldadıb  yoldan  çıxarmaq  bu  adamın  hobbisidi...  Kaş,  onu  vaxtında  tanıya 

biləydiniz... Kaş... – yenə quru öskürək oğlanın danışığını yarımçıq qoydu.  

Dəstəkdə qadın səsi eşidildi: 

-  Qızım,  mən  Röyalın  anasıyam.  O,  xəstədir,  həyəcanlanır,  danışa  bilmir, 

həm də sizin ailənin başına gələnləri bilən gündən sarsılıb, Əfqanın vizit kartını 

alan  gündən  məndən  dönə-dönə  xahiş  etmişdi  ki,  səninlə  danışım.  Amma 

düşündüm, necə olsa, ərindi, elə qadın var, ərinin bütün elədiklərinə dözür, göz 

yumur.  Qızım,  səni  xəbərdar  edim,  Əfqanın  ata-anası  xaricdə  yaşamır,  onların 

varlığını-yoxluğunu Allah bilir... Məhəlləmizdə barəsində cürbəcür xoşagəlməz 

söhbətlər  gəzib-dolaşır,  axı  bu  adam  bir  dəfə  də  özünə  dəbdəbə  ilə  toy 

eləməmişdi.  Deyilənlərə  görə,  sizə  elçiliyə  göndərdiyi  yad  adamlara  pul 

paylayıbmış, muzdla tutuduğu o şəxslər elə Əfqanın tayıdır. Allah pis adamların 

cəzasını versin.  

Fidan qeyri-ixtiyari dilləndi: 

-  Yox,  bu  ola  bilməz...  –  telefonun  dəstəyi  əlindən  sürüşüb  yerə  düşdü. 

Halsız-halsız fincana su töküb içdi, özünü ələ almağa çalışdı, telefondakı qadın 

deyəsən, nəsə hiss etdi: 

-  Qızım,  sənə  nə  oldu?  –  deyə  həyəcanlandı.  O,  ümidsiz  vəziyyətdə  dəstəyi 

ağır-ağır  qaldırıb  qulağına  yaxınlaşdırdı:  -  Narahat  olmayın,  mən  yaxşıyam,  - 

dedi. Dəstəyi aparatın üstünə qoyub pıçıltıyla öz dünyasına qapıldı: 

-  İlahi,  mən  bu  adamları  axı,  yaxşı  tanımıram.  Dediklərinə  necə  inanım? 

Amma Əfqan barədə söylədikləri heç də yalana bənzəmir. Belə çıxır ki, hər şey 




 

33 


yalanmış  və o, varlı kürəkən  rolunu oynayan saxta aktyor bizi  ələ salırmış... – 

dedi. 


Saatlar  ötüb  keçir,  o  telefon  zəngi  ağlından  bir  an  çıxmır,  Fidanı 

həyəcanlandırırdı.  Səhərəcən  gözlərinə  yuxu  getmədi.  Fikri-zikri  özünü 

telefonda Röyal – Qarabala kimi təqdim edən oğlanın üstündə qalmışdı...  

Səhər tezdən intizarla telefona baxır,  hər an dünənki zəngin  təkrarlanacağını 

gözləyirdi.  Günortayadək  qara  telefon  susdu.  Uzun  müddət  idi,  Əfqandan  səs-

soraq yox idi. Mobil telefonuna da zəng çatmırdı, söndürülmüşdü.  

Sonuncu dəfə guya Təbrizdən zəng edib: “Dayıqızı, necəsən?” – deyə keyfini 

xəbər almışdı. Elə bil Fidanı ələ salırdı, “Dayımgil necədir? Darıxmasınlar, işin 

başa  çatmağına  az  qalıb,  bu  gün-sabah  İrandan  dəzgahları  yola  salıram,  iki-üç 

aya  bütün    işlər  yoluna  düşəcək...”  –  sanki  Fidanın  indiki  məqamda  sözlərinə 

necə  reaksiya  verəcəyini  müəyyənləşdirmək  istəyirdi.  “Dayıqızı!”  –  o,  ilk  dəfə 

idi,  Fidana  belə  müraciət  edirdi.  “Bəs  görəsən,  gözünün  ağı-qarası  yeganə 

uşağını niyə xəbər almadı? Soruşmadı bəlkə bir şeyə ehtiyacın var, filan yerdə 

pul qoymuşam, götür, istədiyin kimi xərclə. İlahi, mən bu vaxtacan necə avam 

olmuşam,  bu  kələkbazın  nəyi  doğru,  nəyi  yalan  dediyinə  əhəmiyyət 

verməmişəm, başımı aldatmışam, guya “Fidan” adında böyük toxuculuq şirkəti 

açacaqmış, hamımızı bəxtəvər günə çıxaracaqmış... Eh, ata, ata, məni də bəlaya 

saldın, özünü də...”.  

 

 

                                      * * *  



 

 

Əli-ayağı  evdən  də,  işdən  də  soyumuşdu.  Ömür  soyuq-soyuq  ötür,  baxıb-



gördüklərindən  heç  cür  zövq  ala  bilmirdi.  Böyük  biabırçılığın  başlanğıcı  göz 

önündəydi, Əfqanın paxırı açılmışdı, ondan ayrılmağı artıq qərara almışdı, evə 

dönəcəyi anı nigarançılıqla gözləyirdi.  



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə