Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə64/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   57   58   59   60   61   62   63   64   65

275 
 
Evlənmək məsələsinə  gəlincə: fəna  şey deyil... şübhəsiz, kəskin bir mühakimə  və 
səmimi bir hiss ilə birləşən iki könül daima məs’uddur. Şimdi bir az da kəndimdən yazım: 
“Şeyx Sən’an”ı vaqtsız nəşr etdim. Daha münasib vaqtda bıraqmalıydım, çünki o, 
nəşr edildiyi günlərdə siyasət aləmi həyəcanlı dəqiqələr keçiriyordu. Xalq da, təbii, bütün 
ruhuyla müharibəyi tə’qib ediyordu. Zatən bu bir qanundur: siyasət rol oynarkən, 
ədəbiyyat susar. Təbii, susmalıdır da... 
Əgərçi məşhur ədiblər və tənqidçilərimiz tərəfindən bir çoq təqdirlər eşidildi, sükut ilə 
keçmədi, fəqət bən çoq arzu edərdim ki, yalnız təqdir ilə qalmasın, qüsurları da 
göstərilsin. Şübhəsiz, “İstiqbal” er-gec onu da yapar. 
Keçən sentyabrdan bəri hiç bir iş gördüyüm yoq, yalnız dərslər ilə məşğul oluyorum. 
Lakin bir ay var ki, mənsur olaraq “Şeyda” adlı bir faciə, sadə bir şey yazmağa başladım. 
Yazın narahat olmazsam, bəlkə yazar, bitiririm. 
Bədənim qüvvətcə  fəna deyil, fəqət ciyərimdəki xəstəlik keçən yıla nisbətlə yarıya 
enmiş kibidir. Baqalım, sonu nə olur. Yazın hər halda tədavi etməliyim. Iştə onun için də, 
əfsus, çox əfsus ki, Naxçıvana gələmiyəcəyim. Sənin və  Məşhədinin o ruhaşina 
söhbətlərindən uzaq olacağım. Ehtimal ki, Rza da gəlməz. Kəndisi sana kağız yazar. 
Pədəri-möhtərəminə, validən həmşirə xanıma səmimi ərziehtiram... 
Həmsöhbətin olan arqadaşlara məxsusi səlam... Səni və Cavadı dərin bir səmimiyyətlə 
öpər, əllərinizi sıqar, Allaha ısmarlarım, qardaşım!.. 
 
Qardaşın Hüseyn Cavid 
 
Məktub yazmaqda son dərəcə  tənbəl olduğumdan Məşhədiyə qarşı  pək məhcubum. 
Qısa, qırıq, mə’nasız bir məktub yazmağı pək mə’nasız buluyorum. Onun için də şimdiyə 
qədər bir şey yazdığım yoq. Hər halda onun ruhu böyükdür, qəlbi genişdir. Təbii,  əfv 
edər, mə’zur görər. Bəndən ona təkrar səlam... 
Adres: Bakı, “Açıq söz” idarəsi 
 
Hüseyn 


276 
 

 
Bakı, 22 iyun, 1916 
Əziz! Keçən məktubun bəni nə  qədər məsrur etdisə,  şu məktubun da bir o qədər 
məhzun və mütəəssir etdi. Sana təsəlli vermək istəməm, çünki bənim düşündüklərimi, 
şübhəsiz, sən də düşünmüşsün. Ancaq qısacıq bir sözlə deyə biliyorum ki, İbrahim mühit 
və  əqrəbaca, dost və  aşinalarca pək böyük bir itkidir. Əvət,  İbrahim yazıq və  məzlum 
oldu. Məşhədiyə, ata və anasına səmimi ərzi-təsliyət. 
 
Hüseyn Cavid 
 

 
13 yanvar, 1917 
Əzizim! Məktubunu aldım.  Şahbəyim xanım tərəfindən yazılacaq məktubu yazıb 
idarəyə verdim. Məzkur məbləğ  hənuz postadan alınmamış,  şübhəsiz, alındıqda məktub 
ilə  bərabər təb’ və e’lan edilir. Məşhədinin xəstəliyi bəni nə  dərəcədə  sıqdığını  təsvir 
edəməm, qardaşım! Dəhşətli bir fəlakətdən qurtulduğum sırada böylə qorqunc bir xəbər 
bəni daha ziyadə dəhşətləndirdi. 
...Əziz! Ilk postadan Məşhədiyə dair qısaca bir məktubunu gözlərim, saqın, unutma. 
Məşhədiyə məxsusi ərzi-ehtiram... 
Adres: Bakı, “Təbriz” mehmanxanası, otaq №21 
 
Qardaşın Hüseyn Cavid 
 

 
Bakı, 24 yanvar, 1917 
Möhtərəm  Əziz!  İkinci məktubunu aldım. Məşhədinin səhhətinin iadə edilməsindən 
son dərəcə məmnun və məsrur oldum. 
Məzkur  əlbisə  cəmiyyəti-xeyriyyəyə verilməlidir. Lakin sən bana göndərdiyin 410 
rublənin 10 rubləsi qəzetə üçündür deyə, hiç bir şey işarə etməmişdin,  şübhəsiz o da 
başınızın qarşıqlığından nəş’ət etmə bir hal olsa gərək. “Açıq söz” idarəsinə söylədim, 
idarə on rublə geri alaraq bu günlərdə xanımın qəzetəsini göndərəcəklər. Məşhədiyə  və 
bildiklərə məxsusi ərzi-ehtiram... 
 
Qardaşın Hüseyn Cavid 


277 
 

 
4 mart, 1923 
 
Pək hörmətli və  dəyərli qardaşım  Əziz! Lütfən yazmış olduğun məktubu dün ikindi 
çağı möhtərəm Artaş bana verdi, kəndisini bozbaş yeməyə  də’vət etdimsə  də, qəbul 
etmədi, yalnız məktubun cəvabı için gələcəyini bildirdi. “Sən’an” və “Uçurum” 
haqqındakı yazılarını bana söylədilər, fəqət oquyamadım. “Yeni fikir” bizim məktəbə 
martın 28-dən bəri gəlməyə başladı. Mümkün olsa, məzkur nömrələri bulub oqurum. 
“Uçurum” haqqında məktubən yazacaqlarını arzu edərim. 
“Şeyx Sən’an”ın mənzum oynanmasını  bən də arzu edərim. Lakin keçən sənələrdə 
aktyorlar mənzum pyesdən qorqduqlarından həpsini nəsrə və yerli şivəyə çevirmişdim. Şu 
sonlarda ehtimal ki, onu da “İblis” kibi nəzmən islah edərim, gələcək sonbahar için 
aktyorlarımıza veririm. 
“Plamya” jurnalı münasibətilə  əsərlərimi istəmişdiniz.  Əziz, ehtimal ki, inanmazsın, 
əfsus, hiç birindən yoqdur. Mətbu mevcud olmadığı kibi, qeyri-mətbular da qurşun 
qələmilə pozulmuş, bərbad bir haldadır. Təmiz yazılmışını teatroya verdiyim için bəndə 
hiç yoq... 
Basılmış  əsərlərimdən yalnız 25 danəsi və  hər birindən 100-ə yaqın kitabçılar 
aldıqdan sonra səkkiz bin kitabça 1918 mart hadisəsində bir saatda mətbəədə yandı. Onun 
için də deyil bəndə, hətta kitabçılarda da bulunmaz. Bulunsaydı,  şübhəsiz, satın alıb 
göndərirdim. Yalnız ümidim bir Naxçıvana gəliyor. Çünki Şeyx Məhəmməddə  hər 
birindən bir qaç nüsxə var idi. Naxçıvana yazarsınız, mevcudu qalmış olsa, şübhəsiz, 
göndərər. Mişkinaz və Toquş səlamətdirlər. Sana, anana, rəfiqənə, qardaşına ərzi-ehtiram 
edərlər. Bənim halıma gəlincə, pək durğun və donuq bir haldayım. Yeni yazmış 
bulunduğum “Peyğəmbər”i islah edib ortaya çıqarmağa vaqtım yoq... Çünki qardaşım 
Əlirza üç aydır ki, vodyanka xəstəliyilə yatıyor. Pək zəifdir. Başım bir qədər onunla 
məşğul, həm də fəzləcə yoruluyorum. Baqalım, sonu nə olur. Rzaya səlamını söylədim... 
...Əziz, yenə  təkrar edərim: kitabçaları göndərəmədiyimdən pək mütəəssifim, təbii, 
əfv edərsin... 
 
Qardaşın Hüseyn Cavid 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə