Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə20/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

126 
 
Səni aldatmasın o göz-qaşlar, 
Bu səadətdə qanlı gözyaşı var. 
Bataraq bir yığın alın tərinə, 
Nəş’ə sərpər sənin diləklərinə. 
 
Qızları ağacların ardında görər

 
Kimdir onlar? Zavallı qurbanlar! 
Sən də bir duyğusuz, quduz canavar. 
 
X ə l i f ə 
 
Nə cəsarət, nədir bu azğınlıq?! 
Küfrün aydın, yetər, yetər artıq. 
 
X ə y y a m 
 
Verin e’dam için haman fərman. 
 
X ə l i f ə 
 
Dur, Məlikşahə söylərim əl’an. 
Səni məhv etdirir. 
 
Ə b u Ş ü c a 
 
(gəlir, son sözləri dinləyərək) 
 
Fəqət, heyhat... 
 
X ə l i f ə 
 
Nə xəbər var? 
 
Ə b u Ş ü c a 
 
O etdi tərki-həyat... 
 
Pərdə 


127 
 
ALTINCI PƏRDƏ 
 
Nişaburda ilk baharın coşğun və gözəl günü, bağçada yeşilliklər və çiçəklər. Bir tərəfdə 
sarmaşıqla sarılı bir qülbə. Qülbənin önündə bir taxt qoyulmuş. Saçları, saqalı  ağarmış, ağ geyimli 
Xəyyam taxt üzərində oturub, əllərini və alnını  əsaya dayayaraq düşünür. Kənardakı yol ilə taxt 
arasında iki sərv ağacı və iki püsküllü söyüd vardır. Uzaqda İmamzadə günbədi və zəlzələdən xarab 
olmuş, bulutlara yüksələn möhtəşəm bir qəsr görünür. Ətrafı ney səsi inlətir. İki qomşu qız əllərində 
birər gül dəməti gəlirlər. Xəyyama yaqlaşırlar. 
 
B i r i n c i q ı z 
 
İştə Xəyyam uyuyur. 
 
İk i n c i q ı z 
 
Sus, dalmış... 
 
B i r i n c i q ı z 
 
İxtiyardan quru bir can qalmış. 
Ya, nə olsun bu çiçəklər? 
 
İk i n c i q ı z 
 
Gəl də, 
Bıraqıb getməli taxt üstündə. 
 
Dəmətləri yastıq üzərinə bıraqıb səssiz adımlarla uzaqlaşırlar. Bət-bənizi solmuş, 
qiyafəsi dəyişmiş S a q i y ə bir qədəh şərab gətirir, taxtın yanındakı iskəmlə üzərinə 
bıraqaraq, çəkilib gedən qızlara tamaşa edər. Xəyyam başını qaldırır, Saqiyəni süzər.
 
 
X ə y y a m 
 
(mə’nalı bir ahənglə) 
 
Hey fələk, keçdi zaman dalğa kibi, 
Öylə bir dalğa ki, qorqunc, əsəbi. 
Bir əsər qalmadı şən gənclikdən, 
Kimsələr yoq, nə gələn var, nə gedən... 


128 
 
Pozulub eyşü-tərəb, va əsəfa: 
Nə Vəfa qaldı, nə Sevda, nə Səfa. 
Söndülər həpsi keçən zəlzələdən
Bir qalan biz, o küçük qafilədən. 
Dəyişib soldu sənin gül yanağın, 
Bən də bir atəşi sönmüş yanğın... 
 
(uzaqdakı xərabə qəsri göstərir
 
“O saraylar ki, bulutlarla öpüşməkdə bu gün, 
Yüz sürərlərdi keçən şahlar onun xakinə dün, 
İştə gördüm, qonaraq bürcünə bir qumru ötər
Sanki der: hey gidi, hey! Nerdə o gün nerdə o gün?” 
 
S a q i y ə 
 
(qədəhi verir) 
 
Badə iç, anmağa gəlməz keçəni. 
 
X ə y y a m 
 
Görünür, sözlərim incitdi səni. 
 
S a q i y ə 
 
Saqın, aldırma. 
 
X ə y y a m 
 
(içər, ətrafı heyrətlə süzər) 
 
Təbiət nə gözəl!.. 
İxtiyarlıq nə uğursuz əngəl. 
Nə tuhaf, yetmişə gəlmiş də yaşım, 
Zevqə düşgün yenə sevdalı başım, 
 
(ətrafa baqar, dəmətləri görər) 
 
Bu çiçəklər nə? 


129 
 
S a q i y ə 
 
(alıb qoqlayaraq Xəyyama verir) 
 
Birər tazə dəmət. 
 
X ə y y a m 
 
Qomşu qızlarmı gətirmişdir? 
 
S a q i y ə 
 
Əvət. 
 
Bu sırada ətrafı musiqi dalğaları oqşar, gözəl geyinmiş qızlar 
və dəliqanlılar taqımla yoldan keçərlər. 
 
S a q i y ə 
 
Nə şətarətli bahar, iştə, baqın, 
Sarmış ətrafı bədii bir aqın... 
Qalmamış kimsə bu gün evlərdə
Bir sevinc aləmi var hər yerdə. 
 
(Qədəhi alıb içəri götürür
 
X ə y y a m 
 
Yenidən parladı qarşımda həyat, 
Anırım keçmişi, lakin... 
 
(köks ötürür) 
 
Heyhat... 
 
Taxt yzərində uzanır, uyquya dalar. Bu sırada pək ixtiyarlaşmış M ü f t i, qiyafətini 
dəyişmiş N a i b l ə bərabər Imamzadə ziyarətindən gəlirlər. 
 
M ü f t i 
 
Ah, yoruldum. 


130 
 
N a i b 
 
(yol üzərindəki iri daşı göstərir) 
 
Bu daş üstündə otur. 
 
M ü f t i 
 
(oturaraq) 
 
İxtiyarlıq ölümün qomşusudur. 
Bu halda ortayaşlı köylü erməni yoldan keçər. 
 
E r m ə n i 
 
A xocam! Burda yaşarmış bir adam. 
 
N a i b 
 
(sözünü kəsər) 
 
Nə adam? Kimdir o? 
 
E r m ə n i 
 
Şair Xəyyam. 
 
M ü f t i 
 
Nə içindir bu görüş? 
 
E r m ə n i 
 
Nəzrim var. 
 
M ü f t i 
 
(şaşqın və sinirli) 
 
Nə qadar qafil imiş insanlar. 


131 
 
N a i b 
 
(erməniyə
 
O İmamzadə, bu müfti varkən 
Nə umarsın o sönük bilgicdən? 
Varsa nəzrin, bizə ver. 
 
E r m ə n i 
 
(əli ilə rədd edər
 
Lafı bıraq, 
Nerdə Xəyyam? Onu göstər ancaq. 
 
M ü f t i 
 
(sinirli) 
 
Ona yer vermədilər Bağdadda, 
Üləma küfrünə vermiş fitva. 
 
N a i b 
 
Kimsə əl’an bu Nişaburda belə 
Ona yaqlaşmaz, inan, hörmətlə. 
 
E r m ə n i 
 
Nəmə lazım, a gözüm. 
 
N a i b 
 
Sən kimsin? 
 
E r m ə n i 
 
Bağçı bir erməni. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə