Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə19/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

119 
 
Üzmə şən bir həyatı sevgin için, 
Şübhəsiz onların da bir canı var. 
Bana gəl, qaçma, dur, gözüm kələbək, 
Səni incitməsin sözüm, kələbək. 
 
Əbu Tahir qapıya baqaraq pərdəyi qapar. Səhnə bir az aydınlaşır. 
 
Ə b u T a h i r 
 
Dur, gələn var. 
 
S a b b a h 
 
Əvət o... Xacə Nizam. 
 
Ə b u T a h i r 
 
Sən çəkil! 
 
S a b b a h 
 
Pək gözəl. 
 
(Yan odaya keçər
 
Ə b u T a h i r 
 
(ətrafa) 
 
Gəl, iştə tamam. 
 
X a c ə N i z a m gəlir. 
 
Ə b u T a h i r 
 
(ona yaqlaşaraq yalvarıcı baqışla
 
Möhtərəm Xacə! Bizdən olsa xəta
Sizdən əlbəttə, əskik olmaz əta. 


120 
 
X a c ə N i z a m 
 
Söylə, kimsin? 
 
Ə b u T a h i r 
 
Qulun – Əbu Tahir. 
 
X a c ə N i z a m 
 
Nə dilərsin? 
 
Ə b u T a h i r 
 
(bir məktub verir) 
 
Buyur da baq! 
 
X a c ə N i z a m 
 
Bu nədir? 
 
Ə b u T a h i r 
 
Namə. 
 
X a c ə N i z a m 
 
Kim yazdı? 
 
Ə b u T a h i r 
 
Bildiyin Sabbah. 
 
X a c ə N i z a m 
 
(oqur) 
 
Əvət. 


121 
 
Onun məktuba daldığını görüncə Əbu Tahir xəncəri böyrünə soqar. 
 
X a c ə N i z a m 
 
(yıqılar) 
 
Ah... 
 
Ə b u T a h i r 
 
İştə sus, gəbər... 
 
X a c ə N i z a m 
 
Eyvah... 
 
Ölür. B i r i n c i q u l a m S a b b a h ilə bərabər gələr. 
 
B i r i n c i q u l a m 
 
(şaşqın) 
 
Sən nə yapdın? 
 
Ə b u T a h i r 
 
Budur cəzası onun. 
 
S a b b a h 
 
(içdiyi su qədəhini bir yana bıraqaraq) 
 
Gedəlim, haydı... 
 
Ə b u T a h i r 
 
Gəl, bıraq uyusun... 
 
(Çıqarlar) 


122 
 
B i r i n c i q u l a m 
 
Bu nə dəhşətli hal, aman, ya Rəb! 
 
(cənazəyi yoqlar
 
Sönmüş artıq, bənəm bu qətlə səbəb. 
 
İk i n c i q u l a m 
 
(gələr, təlaşla) 
 
Bunu kim yapdı? 
 
B i r i n c i q u l a m 
 
Qanlı xırsızlar, 
Şimdi burdan qaçan uğursuzlar. 
 
İk i n c i q u l a m 
 
Bir cinayət ki, bunda sən məs’ul. 
 
B i r i n c i q u l a m 
 
Bən niçin? Bən niçin? 
 
İk i n c i q u l a m 
 
Kim etdi qəbul? 
 
B i r i n c i q u l a m 
 
Sus, yetər! 
 
İk i n c i q u l a m 
 
Ah, xəlifə görsə bunu, 
Qaçırır həftələrcə uyqusunu. 


123 
 
B i r i n c i q u l a m 
 
Yardım et, sonra bir səbəb buluruz
Bir yalan uydurub da qurtuluruz. 
 
Cənazəyi yan odaya keçirirlər. Xəyyam gələr, musiqini dinlər. 
 
X ə y y a m 
 
Kimsə yoq, bəklə burda. 
 
(pərdəyi bir yana çəkər) 
 
Eşq olsun! 
Hər könül şən, nədənsə bən məhzun. 
Çırpınır nəş’ə, musiqi inlər, 
Oynaşır qayğısız gövərçinlər. 
 
Qızlar havuzda hoplaşıb gülüşürlər. Xəlifə havuz kənarında qızlardan ikisini 
yaqalamış, öpüb sıqışdırır. 
 
X ə l i f ə 
 
(birinci qumral qıza
 
Sən gözəlsin, sevimli afətsin. 
 
(ikinci sarışın qıza) 
 
Sən isə bir içim lətafətsin. 
 
(birincini qucaqlar) 
 
Səndə var coşğun ehtiras alevi, 
Yaqar atəşlərin sönük bir evi. 
 
(qəhqəhələrlə gülən ikinci qıza
 
Səni Tanrım yaratdı gülmək için, 
Sadə gülmək deyil, öpülmək için. 
 
(Öpər) 


124 
 
X ə y y a m 
 
(ətrafa) 
 
Əvət, onlar birər gülümsər naz, 
Sən də şəhvət əsiri bir qurnaz. 
 
B i r i n c i q u l a m 
 
(gəlir, qızğın) 
 
Çəkil ordan, nə sayğı bilməz adam. 
 
X ə y y a m 
 
Söylənib durma, nerdə Xacə Nizam? 
 
B i r i n c i q u l a m 
 
Burda yoq... 
 
X ə y y a m 
 
Burda. 
 
B i r i n c i q u l a m 
 
Gəlməmiş. 
 
X ə y y a m 
 
Gəlmiş! 
 
B i r i n c i q u l a m 
 
Sana əsla yaraşmayan kötü iş. 
 
(yaqalamaq istər) 
 
X ə y y a m 
 
Çəkil, azğın! 


125 
 
B i r i n c i q u l a m 
 
(bağırır) 
 
Şaşırma, haydı! 
 
X ə l i f ə 
 
(dönüb baqar. Xəyyama) 
 
Bu nə?! 
Sən qarışdın xilafət işlərinə... 
Hər şeyin bir hüdudu var, əcəba 
Sayğısızlıqda varmı bir mə’na? 
Qızlar utanıb şaşırırlar. 
 
X ə y y a m 
 
(acı və alaycı gülüşlə) 
 
Ey müqəddəs, sevimli rəhbərimiz! 
Gülmək istər bizim də gözlərimiz. 
Şairim, az da olsa ruhum var. 
 
(qızları göstərir) 
 
Bəni cəzb etdi, baq, o şaqraqlar, 
Gəldim alqışlayım məharətini, 
Bəyənər Tanrı görsə cənnətini. 
Yıqanır Kevsərində hurilər, 
İştə, ürkək baqışlarilə gülər, 
Görmədim böylə şairanə həyat, 
Səndə varmış pək incə hissiyyat. 
 
(ciddi və kəskin) 
 
Etməsin sözlərim fəna tə’sir, 
Sən deyilsin şərəfli bir tacir. 
Xalqa cənnət verib o dünyadə
Özün aludəsin bu dünyadə. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə