12
6.1.
SIĞORTA OBYEKTİ
Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası bölməsinə müvafiq olaraq,
sığorta obyekti sığortalanmış avtonəqliyyat vasitəsinin istifadə olunması nəticəsində üçüncü
şəxslərin və sərnişinlərin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzinin
ödənilməsi ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan,
əmlak mənafeləridir.
6.2.
SIĞORTA HADİSƏSİ
6.2.1. Hazırkı bölmənin şərtlərinə müvafiq olaraq, sığortalanmış avtonəqliyyat vasitəsinin istifadə
olunması nəticəsində üçüncü şəxslərin və sərnişinlərin həyatına, sağlamlığına və ya
əmlakına dəyən zərərin əvəzinin ödənilməsi ilə bağlı həmin avtonəqliyyat vasitəsi sahibinin
mülki qanunvericiliyə müvafiq olaraq məsuliyyətinin yaranması sığorta hadisəsidir.
6.2.2. Bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə şəxsə zərərin dəyməsi halı bir sığorta hadisəsi
sayılır.
6.2.3. Hər hansı bir hadisə nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
müqaviləsi ilə təmin olunmazsa, həmin hadisə avtonəqliyyat vasitəsi sahibinin mülki
məsuliyyətinin könüllü sığortası bölməsi üzrə, baş vermiş hadisənin sığorta hadisəsi olması
şərti ilə təmin edilir.
6.3.
SIĞORTA MƏBLƏĞİ
Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləği
tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir və Sığorta Şəhadətnaməsinin müvafiq
Əlavəsində göstərilir. Sığorta Şəhadətnaməsində göstərilən sığorta məbləği Sığortaçının bir
hadisə və sığorta müddəti ərzində baş vermiş bütün hadisələr üzrə məsuliyyətinin maksimal
həddidir.
6.4.
ŞƏRTSİZ AZADOLMA
6.4.1. Sığorta müqaviləsində şərtsiz azadolma, yəni sığorta hadisəsi baş verdiyi halda Sığortaçı
tərəfindən ödənilməyən Sığortalının xərclərinin bir hissəsi müəyyən edilə bilər.
6.4.2. Azadolma Sığortalının və Sığortaçının razılığı əsasında təyin edilir, bu Sığorta
Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir.
6.4.3. Bir neçə sığorta hadisəsinin baş verməsi halında, sığorta müqaviləsində başqa hal nəzərdə
tutulmayıbsa, azadolma məbləği hər sığorta ödənişindən tutulur.
6.5.
BÖLMƏ 6-ya AİD XÜSUSİ İSTİSNALAR
Hazırkı bölmənin şərtlərinə müvafiq olaraq aşağıdakılar üzrə təminat verilmir və ödəniş
həyata keçirilmir:
6.5.1.
Qarşısıalınmaz qüvvənin təsiri və ya təbii fəlakət nəticəsində dəymiş zərərlər;
6.5.2.
Üçüncü şəxslərin və sərnişinlərin qərəzli hərəkətləri nəticəsində dəymiş zərərlər;
6.5.3.
Üçüncü şəxslərin avtonəqliyyat vasitəsini qanunsuz ələ keçirərək istifadə etməsi nəticəsində
dəymiş zərərlər;
13
6.5.4.
Sığortalının işçilərinin və ya avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan
şəxsin(lərin) həyatına, sağlamlığına dəymiş zərərlər;
6.5.5.
Sığortalının əmlakına dəymiş zərərlər;
6.5.6.
Sığorta hadisəsi baş verdiyi zaman avtonəqliyyat vasitəsində olan əmlaka (yükə) və
heyvanlara dəymiş zərərlər;
6.5.7.
Ətraf mühitin çirklənməsi ilə bağlı irəli sürülmüş iddialar;
6.5.8.
Sığortalının işçiləri tərəfindən irəli sürülmüş iddialar;
6.5.9.
Sığortalının (Faydalanan şəxsin, avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan
şəxsin) icarəyə, kirayəyə, lizinqə, saxlamaya və ya girov götürdüyü əmlakın (əşyaların)
məhv olması, itməsi və zədələnməsi;
6.5.10.
Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) nəticəsində
əmələ gəlmiş zərərlər;
6.5.11.
Sığortalının (avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxsin) Azərbaycan
Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən daşıdığı məsuliyyətdən əlavə, hər
hansı fərdi razılaşma və ya müqavilə ilə öz üzərinə götürdüyü məsuliyyətə əsasən əvəzini
ödəməli olduğu zərərlər;
6.5.12.
Sığorta Şəhadətnaməsində göstərilmiş avtonəqliyyat vasitəsinə və ya həmin avtonəqliyyat
vasitəsi ilə yedəyə alınmış digər avtonəqliyyat vasitəsinə və ya qoşquya dəymiş zərərlər.
7.
BÜTÜN BÖLMƏLƏRƏ AİD ÜMUMİ İSTİSNALAR
7.1.
Bu Sığorta Qaydaları ilə aşağıdakılar üzrə təminat verilmir və ödəniş həyata keçirilmir:
7.1.1
Sığorta təminatının əhatə ərazisindən kənarda baş verən hadisələr;
7.1.2
Sığorta müddətindən əvvəl və sığorta müddəti bitdikdən sonra baş vermiş hadisələr;
7.1.3
Sığorta müqaviləsinin qüvvədə olma müddətində baş vermiş, lakin səbəbi müqavilənin
qüvvəyə minmə tarixindən əvvəl yaranmış hadisələr;
7.1.4
Sığortalının, avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan hər hansı şəxsin,
Faydalanan şəxsin və ya avtonəqliyyat vasitəsinin sərnişini olan şəxsin qərəzli hərəkətləri və
ya adı çəkilən şəxslərin cinayət törətməsi və ya törədilməsinə cəhd etməsi nəticəsində baş
vermiş hadisələr.
7.1.5.
Mənəvi zərərin təmin olunması ilə bağlı irəli sürülmüş iddialar;
7.1.6.
Dolayı itki, o cümlədən gəlir itkisi, zəhmət haqqının itirilməsi, cərimələr və hər hansı digər
dolayı itki və zərərlər;
7.1.7.
Valyuta mübadiləsi kursunun fərqi;
7.1.8.
Sığortalanmış avtonəqliyyat vasitəsinin onun normativ-texniki sənədlərində göstərilən
normadan artıq, idarə olunmasına və ya sürücünün yolu görməsinə mane ola biləcək
vəziyyətdə, həcmdə, çəkidə yüklənilməsi və ya sərnişin daşıması nəticəsində baş vermiş
hadisələr;
7.1.9.
Sığortalanmış avtonəqliyyat vasitəsində olan əmlakın (yükün) zədələnməsi nəticəsində baş
vermiş hadisələr;
7.1.10.
Tezalışan və partlayıcı maddələrin və əşyaların avtonəqliyyat vasitəsinə yüklənilməsi, ondan
boşaldılması və ya onunla daşınması zaman alışması və ya partlaması, Sığortalının və ya
avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxsin yanğın təhlükəsizliyi
qaydalarına riayət etməməsi nəticəsində baş vermiş hadisələr;