30
L.
əmək qabiliyyətinin daimi olaraq tam
itirilməsi üzrə
100
M.
tibbi xərclər üzrə
Bir sığorta hadisəsi üzrə – sığorta məbləğinin
2%-i, 500 AZN məbləğindən çox olmaması
şərtilə. Sığorta müddəti ərzində baş vermiş
bütün hadisələr üzrə həyata keçirilən ödənişlərin
məbləği 1500 AZN məbləğindən çox ola bilməz.
20.
SIĞORTA ÖDƏNİŞİNİ VERMƏKDƏN İMTİNA
20.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edə bilər:
20.1.1. Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsinini idarə etmək hüququna malik olan
şəxs) sığorta hadisəsinin baş verməsi haqqında sığorta müqaviləsində göstərilmiş müddət
ərzində və müəyyən edilmiş qaydada Sığortaçıya bu barədə məlumat vermədikdə вя бу
ющдялийин йериня йетирилмямяси, Сыьортачыны сыьорта щадисясини арашдырмаг
вя zərəri имканларындан мящрум етдикдя;
20.1.2. Sığortalanmış avtonəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçdıqda və ya hadisə
zamanı onun sərxoş olub-olmamasının müəyyən edilməsi üçün qanunveciliydə müəyyən
olunmuş qaydada tibbi müayinədən (ekspertizadan) keçməkdən imtina etdikdə;
20.1.3. Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsinini idarə etmək hüququna malik olan
şəxs) sığorta müqaviləsinin şərtlərinə, müddəalarına və istisnalarına riayət etmədikdə;
20.1.4. Sığortalı (Faydalanan şəxs) sığorta obyekti, riskin dəyişməsi və ya sığorta hadisəsi
nəticəsində dəymiş zərərin miqdarı, bu sığorta ilə bağlı digər məlumatlar və ya zəruri faktlar
haqqında bilərəkdən təhrif olunmuş və ya yanlış məlumatı Sığortaçıya təqdim etdikdə,
yaxud qəsdən üzləşdiyi zərər haqqında bilərəkdən yalan və əsassız olaraq iddia qaldırdıqda;
20.1.5. Sığortalanmış avtonəqliyyat vasitəsindən mənfəət götürmək məqsədi ilə hər hansı ictimai
sərnişin daşımaları üçün nəqliyyat vasitəsi (taksi, marşrut taksisi, şəhərlər arası və şəhər
daxili sərnişin nəqliyyatı və s.) kimi istifadə olunduqda;
20.1.6. Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsinini idarə etmək hüququna malik olan
şəxs) dəyə biləcək zərərlərin azalması və ya qarşısının alınması üçün mümkün və ağlabatan
tədbirləri qəsdən görmədikdə;
20.1.7. Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsinini idarə etmək hüququna malik olan
şəxs) hadisə barədə müvafiq səlahiyyətli orqanlara məlumat vermədikdə, lakin sığorta
hadisəsi nəticəsində dəymiş zərərin səbəbinin və xarakterinin müəyyən edilməsi bunu tələb
etdikdə;
20.1.8. Sığortalı (Faydalanan şəxs) talanmış və ya qaçırılmış avtonəqliyyat vasitəsinin orijinal
açarlarının tam komplektini Sığortaçıya təqdim edə bilmədikdə;
20.1.9. Müvafiq səlahiyyətli orqanlar sığorta hadisяsiни ганунвериъиликля мцяййян олунмуш
гайдада гейдя алмадыгда;
20.1.10.Sığortalı (Faydalanan şəxs) hazırkı Qaydaların 17-ci bəndində göstərilən sənədləri təqdim
etmədikdə;
20.1.11.Sığortalı (Faydalanan şəxs) dəymiş zərərin əvəzini zərərin yaranmasında təqsirli olan
şəxsdən aldıqda;
20.1.12.Avtonəqliyyat vasitəsinin itməsi, məhv olması və ya zədələnməsi sığorta hadisəsi olmayan
hadisə nəticəsində baş verdikdə;
31
20.1.13.Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsinini idarə etmək hüququna malik olan
şəxs) Sığortaçının razılığı olmadan zədələnmiş avtonəqliyyat vasitəsinin təmir olunması və
ya əlavə quraşdırılmış avadaqlığın avtonəqliyyat vasitəsindən sökülməsi (demontaj
olunması) ilə bağlı işlərə başladıqda;
20.1.14.Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsinini idarə etmək hüququna malik olan
şəxs) hazırkı Qaydaların və sığorta müqaviləsinin şərtlərinə və ya tələblərinə riayət
etmədikdə, sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə;
20.1.15.Azərbaycan Respublikasının qanunvericiliyi və ya sığorta müqaviləsinin şərtləri ilə nəzərdə
tutulmuş digər hallarda.
20.2. Sığorta ödənişinin verilməsindən imtina Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə
təqdim olunur.
20.3. Sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi əsasında, Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada, məhkəmədə iddia irəli sürülə
bilər.
21.
TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
21.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilir və
tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
21.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə
yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə
olan qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
21.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda
öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
E. YEKUN MÜDDƏALAR
22.
SIĞORTALININ ZƏRƏRİN ÖDƏNİLMƏSİ ÜZRƏ TƏLƏB HÜQUQUNUN
SIĞORTAÇIYA KEÇMƏSİ (SUBROQASİYA)
22.1. Əgər Sığortalı (Faydalanan şəxs) dəymiş zərər üzrə ödənişi zərərin baş verməsində təqsirli
olan şəxsdən(lərdən) alıbsa, Sığortaçı yalnız sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş
məbləğin və üçüncü şəxslər tərəfindən ödənilmiş məbləğin arasında olan fərqi ödəməlidir.
Sığortalı (Faydalanan şəxs) üçüncu şəxslər tərəfindən edilmiş və ya edilə biləcək ödənişlər
barəsində dərhal Sığortaçıya xəbər verməlidir.
22.2. Sığorta ödənişi həyata keçirildikdən sonra zərərin baş verməsində təqsirli olan şəxsə(lərə)
qarşı Sığortalının (Faydalanan şəxsin) zərərin ödənilməsi üzrə tələb hüququ, həyata
keçirilmiş sığorta ödənişi məbləğində Sığortaçıya keçir.
22.3. Sığortaçıya keçmiş üçüncü şəxslərə qarşı tələb hüququnun həyata keçirilməsi üçün Sığortalı
(Faydalanan şəxs) lazımi tədbirləri görməli və tələb olunan sənədləri Sığortaçıya təqdim
etməlidir.
22.4. Əgər Sığortalı (Faydalanan şəxs) Sığortaçı ilə razılaşdırmadan bu hüququndan imtina edərsə
və ya bu hüququn həyata keçirilməsi Sığortalının (Faydalanan şəxsin) təqsiri üzündən
mümkün olmazsa, Sığortaçı yuxarıda göstərilmiş hərəkətlər nəticəsində ona dəymiş zərər
həcmində ödənişin verilməsindən azad olunur. Belə hal Sığortaçı tərəfindən Sığortalıya
32
(Faydalanan şəxsə) ödəniş verdikdən sonra aşkar olunarsa, Sığortalı (Faydalanan şəxs)
Sığortaçıya həmin məbləği qaytarmalıdır.
23.
SIĞORTALANMIŞ AVTONƏQLİYYAT VASİTƏSİNİN
ÖZGƏNİNKİLƏŞDİRİLMƏSİ
23.1. Sığortalanmış avtonəqliyyat vasitəsi özgəninkiləşdirildikdə, Sığortalının (Faydalanan şəxsin)
hüquq və vəzifələri əldə edənə keçir.
23.2. Əldə edən və ya özgəninkiləşdirən tərəfindən sığortalanmış avtonəqliyyat vasitəsinin
özgəninkiləşdirilməsi haqqında Sığortaçıya dərhal məlumat verilməlidir. Əldə edən və ya
özgəninkiləşdirən bu barədə Sığortaçıya dərhal məlumat vermədikdə, əgər sığorta hadisəsi
sığortalanmış avtonəqliyyat vasitəsinin özgəninkiləşdirildiyi anından iki həftə sonra baş
verərsə, Sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad edilir.
23.3. Sığortaçı sığorta müqaviləsinin ləğvi üçün bir aylıq müddəti gözləməklə əldə edənlə sığorta
münasibətlərinə xitam vermək hüququna malikdir.
23.4. Əldə edən sığorta müqaviləsini yalnız dərhal və ya sığortanın cari dövrünün sonuna yaxın
ləğv edə bilər. Əgər əldə edən sığortalanmış avtonəqliyyat vasitəsini əldə etdikdən sonra bir
ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, bu hüququ itirir, əldə edən
sığortadan xəbərdar olmadıqda isə ləğvetmə hüququ əldə edənin sığorta münasibətlərindən
xəbər tutduğu andan bir ay keçənədək qüvvədə qalır.
23.5. Əgər sığorta müqaviləsinə bu maddənin qaydaları əsasında xitam verilmişdirsə,
özgəninkiləşdirən Sığortaçıya sığorta haqqı ödəməlidir, lakin bu haqq onun sığorta dövrü
ərzində, müqavilənin ləğvi məqamı da daxil olmaqla, ödəməli olduğundan artıq
olmamalıdır; bu halda əldə edən sığorta haqqının ödənilməsi üçün məsuliyyət daşımır.
23.6. Sığortaçı sığortalanmış avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə bağlı baş vermiş
dəyişikliklərlə əlaqədar olaraq riskin qiymətləndirilməsi üçün zəruri olan məlumatları əldə
edəndən tələb edə bilər və bu cür dəyişikliklər riskin artmasına səbəb olduqda Sığortaçı
əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər.
23.7. Sığortalanmış avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar Sığortaçı sığorta
müqaviləsinə müvafiq dəyişikliklər edir.
24.
EKSPERTİZA
24.1
Sığorta hadisəsinin baş verməsindən sonra dəymiş zərər üzrə fikir ayrılığı mövcud olduqda
Sığortaçı ilə Sığortalı zərərin müəyyənləşdirilməsini ekspertlərə həvalə edə bilərlər. Bu
halda ekspertlərin rəyi, onun mövcud olan şəraitlərdən aşırı dərəcədə fərqlənməsi halları
istisna olmaqla, məcburi hesab olunur. Sığortaçı sığorta ödənişinin məbləğini bu rəy
əsasında hesablayır. Qarşılıqlı razılıq əsasında zərərin baş verməsi səbəbinin və şəraitinin və
ya sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədi ilə də ekspertiza təyin edilə bilər.
Həm Sığortalı, həm də Sığortaçı əks tərəfə müvafiq bildirişi göndərməklə, ekspertizanın
birtərəfli qaydada keçirilməsini tələb edə bilər.
24.2. Ekspertizanın keçirilməsi zamanı aşağıdakı qaydalara riayət olunmalıdır:
a) Sığortaçı və Sığortalı əks tərəfin rəqibləri, iş partnyorları və ya ailə üzvləri olan şəxsləri
və əks tərəfin rəqiblərinə, iş partnyorlarına çalışan və ya onlarla bu kimi digər əlaqələrdə
olan şəxsləri ekspert qismində cəlb edə bilməzlər;
33
b) Əgər bir tərəf əks tərəfin təyin etdiyi ekspertin rəyi ilə razı deyilsə, o, təkrar espertizanın
keçirilməsini və ya mübahisənin məhkəmə qaydasında həll olunmasını tələb edə bilər;
c) Müstəqil ekspertizanın keçirilməsi üzrə xərcləri onun keçirilməsini tələb etmiş tərəf
ödəyir. Ekspertizanın keçirilməsi tərəflərin qarşılıqlı razılığı əsasında təyin edilibsə və
sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa xərclər tərəflər arasında bərabər
bölüşdürülür.
25.
MÜRACİƏT FORMASI
Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı (Faydalanan şəxs) tərəfindən sığorta
hadisəsinin baş verməsi ehtimalı üzrə vacib məlumatın və ya onun baş verməsindən dəyə
biləcək zərərlərin həcmi (sığorta riski) barəsində Sığortaçıya yanlış məlumatın verilməsi
aşkarlanarsa və sığorta müddəti ərzində barəsində yanlış məlumatlar verilən hallar ilə
əlaqədar olan sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməməsinə və
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 893-cü maddəsinə və Azərbaycan
Respublikasının «Sığorta haqqında» Qanununa əsasən müqavilənin etibarsız hesab
edilməsinə gətirə bilər.
26.
MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə
riayət etməlidir:
a) Müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya
razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer
(çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş
ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları dəyişdiyi halda onlar bir-birinə bu barədə əvvəlcədən məlumat
göndərməlidir. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvanının dəyişməsi
barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və
xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
27.
ХЦСУСИ ШЯРТЛЯР
Щазыркы гайдаларын ясасында баьланылмыш сыьорта мцгавиляляриня сыьорта
ганунвериъилийиня зидд олмайан хцсуси шяртляр ялавя олуна биляр.
28.
MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir
ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu
ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.
34
Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası üzrə
sığorta tariflərinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin
hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1)
Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,03;
2)
Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği (So) - 20400 manat;
3)
Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (Sö) - 3000 manat;
4)
Bağlanılacaq sığorta müqavilələrinin sayı (n) - 450.
Tn,Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni,onun əsas hissəsini və risk üstəliyini işarə
edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla
hesablanır:
Tə = 10OqSö/So = 0,03.100.3000/20400 = 0,44 (manat).
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala
uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
½ ½
Tr =1,2Tə.a.((1 - q)/(nq)) = 0,44.1,2.2.((1-0,03)/(450.0,03)) = 0,28 (manat).
Tn = Tə + Tr = 0,28 + 0,44 = 0,72 manat.
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən: işlərin
apanlması xərcləri - 29%, tarif mənfəəti -1%. Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-
dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn /(1-f) = 0,72/(1 - 0,3) = 1,03 (manat).
Tarif dərəcələri nəqliyyat vasitəsinin növündən və istifadə tərzindən, sığorta risklərinin
tərkibindən və s. amillərdən asılı olaraq diferensiallaşdırılır. Ona görə də, yekun tarif dərəcəsi 2,5%
- 5% aralığında dəyişir.
Dostları ilə paylaş: |