8
4.5.3. Hazırkı Qaydalara müvafiq olaraq, sığortalanmış avtonəqliyyat vasitəsi yol-nəqliyyat
hadisəsinə uğradığı halda ona dəymiş zərərin əvəzi aşağıda göstərilən əlavə azadolma
məbləğləri tətbiq olunmaqla ödənilir:
Sığortalanmış avtonəqliyyat vasitəsi sığorta hadisəsi baş verdiyi an 22 yaşı tamam olmamış
şəxsin istifadəsində olarsa, Sığorta Səhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul
edilmiş müvafiq Əlavələrdə göstərilən azadolma məbləğindən əlavə olaraq, 300 AZN
məbləğindən az və 1,000 AZN məbləğindən çox olmaması şərti ilə, avtonəqliyyat vasitəsi
üzrə sığorta məbləğinin 2%-i məbləğində azadolma tətbiq edilir. Lakin, sığortalanmış
avtonəqliyyat vasitəsi sığorta hadisəsi baş verdiyi an, yaşından asılı olmayaraq, 12 aydan az
müddətində sürücülük vəsiqəsinə sahib olan şəxsin istifadəsində olarsa, Sığorta
Səhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş müvafiq Əlavələrdə göstərilən
azadolma məbləğindən əlavə olaraq, 300 AZN məbləğindən az və 1,000 AZN məbləğindən
çox olmaması şərti ilə, avtonəqliyyat vasitəsi üzrə sığorta məbləğinin 3%-i məbləğində
azadolma tətbiq edilir.
Hər halda, yuxarıda göstərilən əlavə azadolma məbləğlərindən yalnız biri, daha yüksəyi
tətbiq olunur.
Sığortalanmış avtonəqliyyat vasitəsi yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə
müvafiq qaydada durmuş, dayanmış (məcburi dayanmadan başqa) və ya parklanmış
vəziyyətdə olduğu halda baş vermiş yol-nəqliyyat hadisələri üzrə yuxarıda göstərilən əlavə
azadolma məbləğləri tətbiq olunmur.
Qeyd 1:
Hazırkı Qaydalara müvafiq olaraq «avtonəqliyyat vasitəsinin durması», «avtonəqliyyat
vasitəsinin dayanması» və «parklanma» anlayışları aşağıda göstərilən mənalarda başa
düşülməlidir:
avtonəqliyyat vasitəsinin durması — əgər avtonəqliyyat vasitəsi digər yol istifadəçisi
və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının
göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz
vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud
yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa,
avtonəqliyyat vasitəsi durmuş hesab edilir;
avtonəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud
yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində avtonəqliyyat
vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir;
parklanma — avtonəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada
işarələnmiş yerdə durmasıdır.
Qeyd 2:
Sığortalı əlavə sığorta haqqı ödəyərək əlavə azadolma məbləğlərinin tədbiq olmasından
azad ola bilər.
4.5.4. Bir neçə sığorta hadisəsinin baş verməsi halında, sığorta müqaviləsində başqa hal nəzərdə
tutulmayıbsa, azadolma məbləği hər sığorta ödənişindən tutulur.
4.6.
XÜSUSİ İSTİSNALAR: BÖLMƏ 4-ə AİD
Hazırkı bölmənin şərtlərinə müvafiq olaraq aşağıdakılar üzrə təminat verilmir və ödəniş
həyata keçirilmir:
9
4.6.1.Sığortalanmış avtonəqliyyat vasitəsinin bazar dəyərinin təmir olunması nəticəsində aşağı
düşməsi – dəyərin azalan hissəsində;
4.6.2.Amortizasiya, əmtəə görünüşünün itirilməsi, brak, sığortalanmış avtonəqliyyat vasitəsinin və
əlavə quraşdırılmış avadanlığın tam və ya ayrı-ayrı hissələrinin, detallarının, qurğu və
mexanizmlərinin köhnəlməsi, korroziyaya məruz qalması.
4.6.3.Yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş və ya yol-nəqliyyat hadisəsinin baş verməsinə
səbəb olan hallardan başqa, avtonəqliyyat vasitəsinin istismar olunması, o cümlədən
avtonəqliyyat vasitəsinin mexanizmlərinin, qurğularının, cihaz və aqreqatlarının içinə kənar
əşyaların, maddələrin və suyun düşməsi səbəbindən avtonəqliyyat vasitəsinin hissə və
detallarının sınması, nasaz vəziyyətə düşməsi, sıradan çıxması;
4.6.4.Sığortalanmış avtonəqliyyat vasitəsinin digər hissələrinə, detallarına, mexanizm və
qurğularına zərər dəymədikdə sığortalanmış avtonəqliyyat vasitəsinin təkərlərinin (şin və
disklərinin) zədələnməsi;
4.6.5.Sığortalanmış avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş verməsindən əvvəl mövcud
olan vəziyyətindən daha yaxşı vəziyyətə gətirilməsinə və ya sığorta hadisəsi nəticəsində
zədələnməmiş hissə, detal, qurğu və aqreqatların təmir və ya digəri ilə əvəz olunmasına
çəkilmiş xərclər;
4.6.6.Gövdəsinə ziyan dəymədən, sığortalanmış avtonəqliyyat vasitəsinin interyerinin (salonunun)
elementlərinə (detal və hissələrinə) hər hansı səbəbdən dəyən zərərlər (o cümlədən hər hansı
şəxsin ehtiyyatsız rəftarı və diqqətsizliyi və ya Sığortalının işçisinin (Faydalanan şəxsin,
avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxsin) qərəzli hərəkətləri
nəticəsində dəymiş zərərlər, həşəratlar və heyvanlar tərəfindən vurulan zərərlər);
4.6.7.Sığortalanmış avtonəqliyyat vasitəsinə, yük və avtobus tipli nəqliyyat vasitələri istisna
olmaqla, onun yüklənilməsi, boşaldılması və ya onunla yüklərin daşınması nəticəsində dəymiş
zərərlər. Nəqliyyat vasitəsinin tipi dedikdə, Sığorta Şəhadətnaməsinə qəbul edilmiş müvafiq
əlavədə göstərilən avtonəqliyyat vasitəsinin «ban növü» nəzərdə tutulur;
4.6.8.Sığortalanmış avtonəqliyyat vasitəsinin Sığortalının (avtonəqliyyat vasitəsi sahibinin) razılığı
və icazəsi ilə onun işçiləri və ya digər şəxs(lər) tərəfindən istifadə olunması, saxlanılması və
ya təmir olunmasından sonra qaytarılmaması və ya talanması (qaçırılması);
4.6.9.Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə sığortalanmış
avtonəqliyyat vasitəsinə əmlak hüquqlarını əldə etmə ilə əlaqədar baş vermiş zərərlər;
4.6.10.Sığortalanmış avtomaqnitofonun çıxarılıb-taxılan qabaq paneli avtonəqliyyat vasitəsində
baxımsız qaldığı halda avtomaqnitofonun və ya onun qabaq panelinin zədələnməsi və ya
oğurlanması;
4.6.11.Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının oğurlanması;
4.6.12.Sığortalanmış avtonəqliyyat vasitəsinin açarları baxımsız qaldığı halda, o cümlədən
avtonəqliyyat vasitəsinin içində baxımsız qaldığı halda, sığortalanmış avtonəqliyyat
vasitəsinin oğurlanması və ya qaçırılması;
4.6.13.Sığortalanmış avtonəqliyyat vasitəsinə əlavə quraşdırılmış avadanlıqlar və ya avtonəqliyyat
vasitəsinin hissələri (detalları, mexanizmləri, qurğuları, cihaz və aqreqatları, təkərləri)
avtonəqliyyat vasitəsinin üzərində olmadığı (ondan ayrılmış vəziyyətdə olduğu) zaman onların
talan olunması;
4.6.14.Sığortalanmış avtonəqliyyat vasitəsinin ehtiyat təkərlərinin avtonəqliyyat vasitəsinə zərər
dəymədən talan olunması;