10
4.6.15.Sığortalanmış avtonəqliyyat vasitəsinin və əlavə quraşdırılmış avadanlıqların sığorta
müqaviləsinin bağlanmasından əvvəl zədələnmiş hissə və detallarının təmir və ya digəri ilə
əvəz olunması;
4.6.16.Səs və ya səsin sürətindən yüksək sürətlə hərəkət edən təyyarələr və digər hava aparatları ilə
bilavasitə və ya dolayı olaraq yaranan təzyiq dalğaları nəticəsində əmələ gəlmiş itki, məhv
olma və ya digər zərərlər.
5.
SÜRÜCÜ VƏ SƏRNİŞİNLƏRİN BƏDBƏXT HADİSƏLƏRDƏN SIĞORTASI
Sığorta haqqının ödənilməsi şərti ilə, sığorta müddəti ərzində və razılaşdırılmış sığorta
məbləği(ləri) çərçivəsində, sürücü və sərnişinlər sığortalanmış avtonəqliyyat vasitəsində
oturarkan, hərəkət edərkən, yaxud həmin avtonəqliyyat vasitəsinə minərkən və ya ondan
düşərkən hazırkı Qaydaların 4.2. bəndində göstərilən risklərin baş verməsi nəticəsində bədən
xəsarəti alarsa və bu bədən xəsarəti heç bir digər səbəbdən asılı olmadan hadisənin baş verdiyi
tarixdən etibarən 12 ay ərzində onların
A.
vəfat etməsinə;
B.
hər hansı iki ətrafının (qol və ya ayaq) itirilməsinə;
C.
çiyin oynağından bir qolunun itirilməsinə;
D.
dirsək oynağından bir qolunun itirilməsinə;
E.
bir biləyinin oynaqdan itirilməsinə;
F.
bir ombasının itirilməsinə;
G.
bir baldırının itirilməsinə;
H.
bir pəncəsinin itirilməsinə;
X.
bir (əl və ya ayaq) barmağının itirilməsinə;
İ.
iki gözünün görmə qabiliyyətinin tam və bərpaedilməz şəkildə itirilməsinə;
J.
bir gözünün görmə qabiliyyətinin tam və bərpaedilməz şəkildə itirilməsinə;
K.
iki qulağının eşitmə qabiliyyətinin tam və bərpaedilməz şəkildə itirilməsinə;
Q.
bir qulağının eşitmə qabiliyyətinin tam və bərpaedilməz şəkildə itirilməsinə;
L.
əmək qabiliyyətinin daimi olaraq tam itirilməsinə;
M. tibbi xərclərinin yaranmasına səbəb olarsa, bir sığorta olunan şəxs üzrə razılaşdırılmış
sığorta məbləğindən «sığorta ödənişləri cədvəli»ndə göstərilən faiz həcmində (bu Qaydaların
şərtlərinə, müddəalarına, istisnalarına və təminatına müvafiq olaraq) sığorta ödənişi verilir.
5.1.
SIĞORTA OBYEKTİ
Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası bölməsinə müvafiq olaraq, sığorta
obyekti sığorta olunan şəxslərin həyatı, sağlamlığı və tibbi xərcləri ilə bağlı olan,
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan, əmlak mənafeləridir.
5.2.
BÖLMƏ 5-ə AİD XÜSUSİ ŞƏRTLƏR
5.2.1. Təqaüddə olan sığorta olunan şəxslərə əmək qabiliyyətinin daimi olaraq tam itirilməsi üzrə
sığorta təminatı verilmir.
5.2.2 5-ci bölmənin «B»-«Q» bəndləri ilə nəzərdə tutulan itirilmə halları həmin bəndlərdə
göstərilən bədən hissələrindən istifadə etmək imkanının tam və bərpaolunmaz şəkildə
itirilməsini nəzərdə tutur.
11
5.2.3. Heç bir halda Sığortaçının məsuliyyəti yuxarıda göstərilən bəndlərdən (5«A» - 5«M») biri
üzrə Ödənişlər Cədvəlində göstərilən faiz dərəcəsindən çox ola bilməz. Bir bədbəxt hadisə
yuxarıda göstərilən bəndlərlə (5«A» - 5«M») nəzərdə tutulan bir neçə hal ilə nəticələnərsə
cəmi ödənilən məbləğ Ödənişlər Cədvəlində göstərilən faiz dərəcələrinə müvafiq toplanır,
lakin bu məbləğ Sığorta Şəhadətnaməsində bir sığorta olunan şəxs üzrə göstərilən sığorta
məbləğindən artıq ola bilməz. Bir bədbəxt hadisə hazırkı Qaydaların 5-ci bölməsinin «B»-
«Q» bəndlərində göstərilən hər hansı bir ətrafın və ya onun hissəsinin itirilməsi ilə
nəticələnərsə, itirilən ətrafın (hissənin) tərkib hissələri üzrə (yəni bilək, barmaq və s.)
ayrılıqda ödəniş verilmir.
5.2.4. Tibbi xərclərin sığortası üzrə Sığortaçı sığorta hadisəsi nəticəsində əmələ gəlmiş təcili tibbi
yardıma, həkim yardımına və dərman alınmasına zəruri və ağlabatan həcmdə çəkilmiş
xərclərin əvəzini ödəyir. Lakin, tibbi xərclərin sığortası üzrə sanatoriya-kurort müalicəsinə,
əlavə qidalanmaya, başqasının qulluğuna, protezləşdirməyə, xüsusi nəqliyyat vasitələrinin
əldə edilməsinə çəkilmiş xərclər üzrə təminat verilmir və heç bir ödəniş həyata keçirilmir.
5.2.5. Ölüm hadisəsi üzrə ödəniş vəfat etmiş şəxsin(lərin) vərəsələrinə verilir.
5.2.6. Sığorta hadisəsi baş verməzdən əvvəl öz funksiyasını yerinə yetirə bilməyən və ya istifadə
olunmayan orqanın və ya onun hər hansı hissəsinin itirilməsi üzrə sığorta ödənişi verilmir.
5.3.
SIĞORTA MƏBLƏĞİ
Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası bölməsinə müvafiq olaraq, tərəflərin
qarşılıqlı razılığı əsasında, avtonəqliyyat vasitəsində olan bir oturacaq yeri üzrə ayrıca
sığorta məbləği müəyyən edilir və sığorta olunmuş yerlərin sayı ilə birgə Sığorta
Şəhadətnaməsinin müvafiq Əlavəsində göstərilir.
Qeyd: Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası üzrə sığorta olunan yerlərin
sayı avtonəqliyyat vasitəsində olan istehsalçı tərəfindən müəyyən edilmiş oturacaq
yerlərinin sayından çox ola bilməz.
5.4.
AZADOLMA
Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası bölməsinə müvafiq olaraq, sığorta
hadisəsi baş verdikdə azadolma tətbiq edilmir.
6.
AVTONƏQLİYYAT
VASİTƏSİ
SAHİBİNİN
MÜLKİ
MƏSULİYYƏTİNİN
SIĞORTASI
Sığorta haqqının ödənilməsi şərti ilə, sığorta müddəti ərzində və razılaşdırılmış sığorta
məbləği çərçivəsində, sığortalanmış avtonəqliyyat vasitəsinin istifadə olunması nəticəsində
üçüncü şəxslərin və sərnişinlərin həyatına, sağlamlığına və ya əmlakına zərər dəyməsinə görə
avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti (bu Qaydalırın şərtlərinə, müddəa və
istisnalarına müvafiq olaraq) təmin olunur və Sığortaçı dəymiş zərərlərin əvəzini ödəyir.
Hazırkı Qaydalara müvafiq olaraq avtonəqliyyat vasitəsi sahibi dedikdə sığorta müqaviləsi
üzrə Sığortalı və ya sığortalanmış avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan
digər şəxs nəzərdə tutulur.