Human resources slide 1


İnsan inkişafı nəzəriyyəsinin formalaşması



Yüklə 6,83 Mb.
səhifə3/4
tarix05.10.2023
ölçüsü6,83 Mb.
#125649
1   2   3   4
Davamlı İnsan İnkişafı 2ci mövzu

İnsan inkişafı nəzəriyyəsinin formalaşması  Yuxarıda göstərildiyi kimi, artıq XX əsrin 80-ci illərində aydın idi ki, iqtisadi artım özü-özlüyündə inkişafın əsas prioriteti sayıla bilməz. Həmin illər ərzində bir çox ölkələrdə iqtisadi artım tempinin zəifləməsi və struktur böhranı müşahidə olunurdu. İnkişaf strategiyalarında dövlət borclarının və xərclərinin azaldılması kimi keyfiyyətcə yeni prioritetlər tədricən ön plana çəkilirdi. Lakin getdikcə artan yoxsulluq problemi və sosial infrastrukturun inkişafı problemləri öz həllini nə insan kapitalı, nə də başqa nəzəriyyələrdə tapa bilirdi. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının həmin dövrdə dəstəklədiyi makroiqtisadi stabillik paketi və struktur uyğunlaşma siyasətinə alternativ olaraq 1987-ci ildə YUNİSEF “İnsan simalı yenidənqurma” (“Adjustment With a Human Face”) adlı hesabat çap etdi.
Hesabat iqtisadi struktur dəyişikliklərinin əhəmiyyətini inkar etmədən, kəskin yoxsulluq və insanların həyat səviyyəsinin yüksəldilməsi problemlərinə daha çox diqqət ayrılmasını tövsiyə edirdi.
UNICEF-in məqsədi nədir? UNICEF 190-dan çox ölkədə və ərazidə uşaqların həyatını xilas etmək, hüquqlarını müdafiə etmək və erkən uşaqlıqdan yeniyetməlik dövrünə qədər öz potensiallarını həyata keçirməyə kömək etmək üçün fəaliyyət göstərir . UNICEF beş əsas dəyərə əsaslanır: qayğı, hörmət, dürüstlük, etibar və hesabatlılıq . Bu dəyərlərin UNICEF-in əməliyyatlarının əsasını təşkil etməsi və dünyanın aparıcı uşaq və gənclər təşkilatına rəhbərlik etməsi üçün bir sıra təşəbbüslər yaradılmışdır.
1987-ci ildə BMT-nin İnkişafın Planlaşdırılması üzrə Komitəsi özünün növbəti hesabatında struktur yenidənqurmanın insan aspektini nəzərdən keçirmək qərarını verdi. Bu, Mahbub ul Haqın, Kiyt Qriffinin və Con Naytın rəhbərliyi altında əsaslı tədqiqatın aparılmasına stimul verdi. Tədqiqatın nəticəsi olaraq çap olunan “İnsan potensialının inkişafı: İnkişaf strategiyasının unudulmuş aspekti” adlı hesabat əslində insan inkişafı konsepsiyasının başlıca prinsiplərini əks etdirən ilk analitik yazı idi.
Artıq qeyd edildiyi kimi, insan inkişafı konsepsiyası iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Hindistanlı alim Amartya Senin əsərləri ilə formalaşmışdır. Onun “Yoxsulluq və Aclıq: Hüquq və məhrumiyyətlər haqqında esse” (1981), “Seçim, rifah və ölçü metodologiyası” (1982), “Resurslar, dəyərlər və inkişaf” (1984), “İnkişaf azadlıq kimi” (1998), “Qeyri-bərabərliyin yenidən tədqiqi” (1992) kimi əsərləri hələ də öz əhəmiyyətini saxlamaqdadır və inkişaf problemləri ilə maraqlanan, eləcə də inkişaf strategiyalarının hazırlanması ilə məşğul olan mütəxəssislər üçün mühüm istinad mənbəyi sayılır.

Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə