Human resources slide 1



Yüklə 6,83 Mb.
səhifə1/4
tarix05.10.2023
ölçüsü6,83 Mb.
#125649
  1   2   3   4
Davamlı İnsan İnkişafı 2ci mövzu

Human resources slide 1


Beynəlxalq Millətlər Təşkilatı

Human resources slide 2


BMT

1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti»dir. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80% ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir.
Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.


Ən böyük beynəlxalq təşkilat kimi BMT-nin fəaliyyətinin ilk dövründə bütün diqqət iqtisadi artım üzərində cəmləşirdi. Sonrakı onilliklərdə BMT-nin prioritetləri genişlənərək inkişafın iqtisadi amilləri ilə yanaşı daha geniş profilli sahələri əhatə etmişdir. Ötən əsrin 90-cı illərində formalaşan və BMT tərəfindən fəal surətdə dəstəklənən insan inkişafı ideyası insan hüquqları, münaqişələrin həll olunması, insan təhlükəsizliyi, ekoloji cəhətdən dayanıqlı inkişaf və digər tərəqqipərvər konsepsiyaları da özündə ehtiva etməkdədir. İnsan təhlükəsizliyinin təmin edilməsi və insan hüquqlarının qorunması uğrunda dayanıqlı inkişafa gedən yolda həyati vacib bir amil kimi sülh şəraitinin təmin edilməsinə insan inkişafı yanaşmasında çox böyük əhəmiyyət verilir.

İnsan inkişafının bir paradiqma və ya konsepsiya kimi ərsəyə gələrək formalaşması bilavasitə BMT fəaliyyəti ilə bağlıdır, çünki bu konsepsiya hər şeydən əvvəl BMT çərçivəsində baş tutmuş konfranslardan və onların ortaya qoyduğu ideyalardan, prinsiplərdən, analitik yanaşmalardan, ölkələrin paylaşdığı müsbət və mənfi təcrübələrdən, alternativ inkişaf modellərindən qaynaqlanmışdır. BMT-nin fəaliyyəti yalnız konseptual müzakirələrin və beynəlxalq təcrübə mübadiləsinin təşkilindən ibarət deyildir.
Təşkilatının əsas məqsədlərindən biri daha yüksək həyat standartlarını, tam məşğulluğu və sosial-iqtisadi tərəqqi və inkişaf üçün şəraiti təşviq etməkdir. Birləşmiş Millətlər Təşkilatı sisteminin fəaliyyətinin 70 faizi bu vəzifə ilə bağlıdır. Bu fəaliyyətlərin əsasında yoxsulluğun aradan qaldırılması və hər yerdə insanların rifahının yaxşılaşdırılmasının, davamlı dünya sülhü üçün şəraitin yaradılması, uşaqların və anaların sağlamlığını, gender bərabərliyini, düzgün idarəçilii dəstəkləmək dayanır.

Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə