Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə19/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   15   16   17   18   19   20   21   22   ...   211

Pambıqyığan maşın  

 

36 


 

Pambıqyığan maşın pambıq xammalının açıl-

mış  qozalardan  yığılmasına  xidmət  edir  (şəkil 

1).  Bu  maşınlar  cərgələrin  sayına  görə  (1,2,4 

və  s.  cərgəli)  və  işçi  orqanların  konstruksiya-

sına görə (pnevmatik, pnevmomexaniki, mexa-

niki və s.) fərqlənirlər.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Pambıqyığan maşın (üst görünüşü) 

1-kolqaldıran, 2-qəbul kamerası, 3-şpindel barabanı, 

4-çıxarıcı, 5-pambığın çıxarılma zonası, 6-işçi zona, 

7-sorucu, 8-ventilyator, 9-bunker 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2. Pambıqyığan maşın  tarlada 

 

Pnevmatik  pambıqyığan  maşınlarda  pambıq 



hava  axını  ilə  sorularaq  yığılır.  Pnev-

momexaniki  maşınlarda  həm  hava,  həm  də 

mexaniki  üsulla  işləyən  şpindellərdən  istifadə 

olunur.    Mexaniki  maşınlar  silindrik  və  konik 

şpindellərdən ibarət işçi oqanlara malik olur. 

İş zamanı öz oxu ətrafında fırlanan üfüqi şpin-

dellər  kolların  arasına  girərək  pambığı  özünə 

dolayaraq  qoparır.  Şaquli  şpindellər  yığma 

zamanı  şaquli  olaraq  öz  oxu  boyunca  hərəkət 

edir  (şəkil  2).  Onlar  kola  daxil  olmur,  yan  tə-

rəfdən  ona  sıxılır.  Şpindellə    yığılmış  pambıq 

daraqla  çıxarılır  və  havi  ilə  sorularaq  bunkerə 

verilir. Buraya yığılmış pambıq hava ilə kipləş-

dirildikdən sonra arabalara yüklənirlər. 

 

(alm. der Baumwollernter, ingl. Cotton picker ) 



 

Paralel dirsəkli  mufta  eninə istqamətdə əyil-

gən, burulmaya sərt, homokinetik tənzimləyici 

muftadır  (şəkil  1).  O,  əsasən  üç  şaybadan 



ibarətdir.  Şaybalar  öz aralarında hər  biri  üç  və 

daha  çox  eyni  uzunluqlu,  bolt  ətrafında  hərə-

kətli bərkidilmiş qollarla əlaqələndirilir. Kənar 

şaybalar  aparıcı  vallarda  tərpənməz  bərki-

dilirlər. Orta şaybanın vəziyyəti qollarla müəy-

yənləşir.  Oxların  sürüşməsindən  asılı  olaraq 

orta şayba müəyyən bir vəziyyətdə yerləşir. Bu 

sürüşmənin  qiyməti  qolun  uzunluğundan  ası-

lıdır. Kiçik ox sürüşməsində bu muftalardan is-

tifadə məsləhət görülmür, çünki, bu halda orta 

şayba təyin olunmamış məxsusi hərəkətlər icra 

edə bilər.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Paralel dirsəkli mufta 

 

(alm.  die  Parallelkurbelkupplung,  ingl.



 

Parallel 

crank  coupling  ) 

 

Paralel  layihələndirmə  (ingl.  Simultaneous 



Engineering)  yeni  məhsulun  yaradılması  və 

inkişaf  etdirilməsi  (modelləşdirmə,  layihələn-

dirmə  və  s.)  proseslərini  təsvir  edir.  Bu 

konseptin  tətbiqi  ilə  yeni  məhsulu  inkişaf 




Paralel layihələndirmə 

 

37 


 

etdirilmə  müddətini  qısaltmağa,  istehsal  za-

manı  dəyişiklik  aparmanı  aradan  qaldırmağa, 

layihələndirmə və istehsal arasında razılaşmanı 

yaxşılaşdırmağa  xidmət  edir.  Onun  əsas  ma-

hiyyəti  ənənəvi  layihələndirmə  və  texnoloji 

proseslər  ardıcıllığını  müəyyən  mənada  üst-

üstə  salmaqadan  ibarətdir.  Bir  mərhələdə 

kifayət qədər məlumat yığıldıqda onun sonunu 

gözləmədən  ikinci  mərhələ  başlanılır.  İş 

prosesində əmələ gələn bu informasiya asılılığı 

görülən  işin  əsasını  hər  zaman  dəyişə  bilər. 

Müsbət  cəhəti  ondan  ibarədtir  ki,  xətalar 

vaxtında  aşkar  edilir  və  onun  köməyi  ilə 

sonrakı  mərhələlərdə  yüksək  xərclər  yarada 

biləcək çatışmamazlıqlar aradan qaldırılır.  

Paralel  layihələndirmə  texnologiyasının  üs-

tün  cəhətlərindən  biri  məmulun  inkişafı  və 

istehsalın  (istehsal  vasitələri  də  daxil  olmaqla) 

layihələndirilməsi  mərhələləri  arasında  yarat-

dığı  əlaqədir.  Ənənəvi  halda  bu  iki  mərhələ 

bir-birindən təcrid  olunmuş  proseslərdir.  Öncə 

məmul  layihələndirilir  və  bütövlükdə  işlənir. 

Bundan  sonra  istehsal  vasitələri  planlaşdırılır. 

Paralel 

layihələndirmənin  tətbiqi  zamanı 

istehsalın planlanmasına erkən başlamaq müm-

kündür.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  1.  Paralel  layihələndirmənin

 

tətbiqi  ilə  vaxta 

qənaət 

 

Məmulun ilkin variantı hazır olan kimi onun 



yetişmiş variantını gözləmədən istehsalın plan-

lanmasına  başlanılır.  Bu  halda  məmulun 

inkişaf  prosesi  paralel  davam  etdirilir.  Hər  iki 

şöbələr  öz  tapşırıqları  üzərində işlədiyi  zaman 

onların  arasında  aparılan  informasiya  müba-

diləsi  inkişaf  mərhələsindəki  dəyişiklərin  vax-

tında  növbəti  mərhələyə  ötürülməsinə  şərait 

yaradır. 

Digər  tərəfdən  istehsal  prosesinin  dəyişdiril-

məsi  məcburiyyəti  konstruksiyanın  yenidən 

baxılması  və  optimallaşdırılmasına  gətirib  çı-

xara  bilər.  Bu  üsulun  verdiyi  üstünlüklərdən 

biri də, istehsal imkanlarının və xərclərinin ar-

tıq  layihələndirmə  mərhələsində  yoxlanılması, 

lazımı  dəyişiklər aparılmasından  ibarətdir.  Be-

ləliklə,  istər  məmulun  yaradılması,  istərsə  də 

istehsalın  planlanması  zamanı  yarana  biləcək 

problemlər istehsala başlamamışdan əvvəl vax-

tında aradan götürülə bilir. 

 

Praktikada  paralel  layihələndirmənin  tətbiqi 



göstərmişdir  ki,  bu  konseplə  işləyən  firmalar 

məmulun istehsalında vaxta 30%-ə qədər qənat 

edə bilirlər.

 

 



(alm. Simultaneous Engineering, ingl. Simultaneous 

Engineering

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paralel

 

kinematikalı  dəzgahlar  koordinat 

oxları  üzrə  hərəkətlər,  adi  dəzgahlardan  fərqli 

olaraq paralel icra olunabilən dəzgahlardır. Adi  



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə