Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə16/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   12   13   14   15   16   17   18   19   ...   211

Ötürmə sistemi  

 

30 


 

siya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş 

yayılmış formaları bunlardır: 

 

Elektro-mexaniki  ötürmə  (məsələn,  körpü 



kranlarında), 

 

Elektro-hidravlik  (məsələn,  sex  nəql-



edicilərində), 

 

Dizel-mexaniki (məsələn,  ekskavatorlarda)  



 

Benzin-hidravlik  (məsələn,  yük  maşın-

larında), 

 

Dizel-elektrik 



(məsələn, 

dəmir 


yol 

kranlarında). 

Ötürmənin  seçilməsi  istismar  şəraitindən  və 

üsulundan asılı  olaraq aparılır.  Bu  və  ya  digər 

ötürmə  sisteminin  üstün  cəhətləri  onun  tətbiq 

olunan maşına uyğun gəlməsi ilə səciyyələnir.   

Tipik ötürmə sisteminə avtomobillərdə tətbiq 

olunan  mühərriklə  təkərlər  arasında  mövcud 

olan ötürməni göstərmək olar. Mühərrikin yeri 

və  ötürmə  sistemi  avtomobillərdə  ağırlığın 

konsentrasiyası,  yerə  olan  tələbat  və  oxlara 

düşən ağırlığa görə böyük əhəmiyyət kəsb edir. 

Normal  halda  mühərriklə  aparıcı  təkərlər 

oturan  ox  bir-birinə  →kardan  valı  vasitəsilə 

birləşdirilir.  Bu  mühərrikin  yaxşı  soyu-

dulmasına imkan verərək arxa oxda dönməyən 

təkərlərin asan işlədilməsinə  şərait  yaradır.  Bu 

quruluşda həm də arxa oxa düşən yük nisbətən 

az olur. 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Avtomobillərdə ötürmə konseptləri 

a)

 



mühərrik qabaqda, aparıcı ox arxada, 

b)

 



mühərrik və aparıcı ox hər ikisi qabaqda 

c)

 



mühərrik və aparıcı ox hər ikisi arxada, 

d)

 



mühərrik  qabaqda,  oxların  hər  ikisi 

aparıcıdır. 

 

Mühərrikin arxa hissədə yerləşməsi arxa oxa 



düşən  yükü  artırır  və  arxada  yanacaq  çəni  və 

yük  üçün  nəzərdə  tutulan  yeri  tutur.  Bunun 

üçün  avtomobilin  qabaq  hissəsində  olan  yer 

istifadə  olunur.  Mühərrikin,  ötürmə  mexa-

nizminin  kompakt  olaraq  arxada  yerləşdiril-

məsi mühərrikin soyudulması üçün əlavə  

soyutma  sisteminin  tətbiqini  zəruri  edir.  Kiçik 

avtobuslarda  bu  ötürmə  sistemləri  geniş  ya-

yılmışdır. 

Mühərrik və aparıcı oxun avtomobilin qabaq 

hissəsində  yerləşdirilməsi  yeni  komponovka 

tələb  edir.  Mühərrikin qabaqda  olması hərəkət 

zamanı  onun  hava  ilə  yaxşı  soyudulmasına 

şərait  yaradır.  Qabaq  ox  maksimal  yüklənir. 

Avtomobilin  qalan  hissələrindən  optimal 

istifadə etmək olur.  

Avtomobillərdə  bütün  təkərlərə  ötürmə, 

dartıcı qüvvə oxa düşən ani yükə uyğun olaraq 

paylanarsa  adhezion  ağırlığının  çəkmə  üçün 

tam istifadə edilməsinə imkan yaranır. 

 

(alm. der Antrieb, ingl. Drive ) 



 

Özüitilənmə→Abraziv alətlər 

 

Ötürücü  mexanizm  lentli axın  xətlərində  işçi 

yerlər arasında hissələrin nəqlinə yardımçı olan 

qurğudur (şəkil 1).  Lentli axın xətti sonsuz ola 

bilmədiyindən  və  çox  vaxt  istiqamətini  dəyiş-

diyindən  bu  →mexanizmlərə    ehtiyac  yaranır.  

O,  axın  xəttini  kəsdiyindən  onların  sayı 

məhduddur. Ötürücü mexanizmlər bir-birindən 

asılı  olmayaraq  işləyən  iki  lent  arasında 

yerləşir.  Onun  əsas  vəzifəsi  nəql  edən  lentdən 

məhsulları  götürüb  verici  lentlərə  ötürməkdir. 

İş  üslubundan  asılı  olaraq  lentlər  arasında 

mexanizmin  dönmə  və  maillik  bucağı    müəy-

yən  olunur.  Hissələrin  problemsiz  nəqlini  tə-

min  etmək  üçün  aparan  lent  üzərinə  onların 

şaquli və ortadan verilməsi əsas şərtdir. 

Hissələrin  lentin  üzərinə  düşmə  şırnağı  

verici  lentin  istənilən  vəziyyətində  şaquli  hala 

yönəldilməlidir. Bu, dəymə divarı və ya dəymə 

qapağının  konstruktiv  quraşdırılması  ilə  əldə 

edilir.  Onlar  şaquli  və  üfüqi  durumlardan 

tənzimlənərək  verilmiş  istehsal  şəraiti  üçün 

əlverişli vəziyyətə gətirilirlər. Dəymə divarı və 

atıcı baraban arasında məhsulun keçməsi üçün 

kifayət  qədər  məsafə  olmalıdır.Təxmini  olaraq 

bu  məsafə  lentin  eninin  1,3  misli  götürülür. 

Verilən məhsul axınını tamamilə tutub, aparan 

lentə vermək üçün tutucu qanov lövhələri atıcı 

barabanı  tam  əhatə  etməlidir.  Yuxarıdakı 

qanov lövhələrinin aşağı hissəsi elə tənzimlənir 

ki,  verilən  məhsul  aparan    lentin  tən  ortasına 

tökülsün.  Onun  aşağı  hissəsi  aparan  lentin 



Ötürücü mexanizm  

 

31 


 

 

qanovunun daxilinə yerləşdirilir. Aparan lentin 



qanovunun lövhələri istənilən halda yuxarıdakı 

qanov  lövhələrinin  aşağı  uclarını  tam  əhatə 

etməlidirlər.  Atıcı  barabanın  və  aparan  lentin 

üzərində  quraşdırılmış  mexanizm  (qüllə) 

arasında  kifayət  qədər  məsafə  nəzərdə  tutulur. 

Bu  məsafə  nəql  edilən  məhsul  və  nəql 

sürətindən asılı olaraq təyin edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Ötürücü mexanizmin sxematik təsviri 

1-atıcı  baraban,  2-dəymə  divarı,  3-dəymə  divarı  ilə 

barabanın  mərkəzi arasındakı məsafə,  4- yan qanov 

lövhələri, 5- üfüqi lentin mərkəzi xətti. 6-verici lent, 

7-verici  diyircəklər,  8-  çirk  tutan  lent,  9-yönəldici 

diyircəklər, 10-çirk tutan lent 

 

(alm.  die  Übergabevorrichtung,  ingl.  Transfer  de-



vice

 

Özlü  mufta  fırlanma  hərəkətini  özlü  mayenin 

köməyi  ilə  ötürür.  Konstruktiv  olaraq  o,  çı-

xıntıları  və  deşikləri  olan  çoxlu  sayda  dairəvi 

lövhələrdən  yığılır  (şəkil  1).  Onlar  hermetik 

gövdədə    bir-birinə  çox  yaxın  quraşdırılırlar. 

Muftada iki növ  lövhələr  yerləşirlər.  Onlardan 

bir növü aparan vala qoşulur, digərləri aparılan 

valla əlagəli olurlar. Müxtəlif tipli lövhələr elə 

yerləşdirilirlər ki, onlar bir-birinin ardınca eyni  

ox  boyunca  fırlanırlar.  Muftanın  gövdəsi 

silikon  əsaslı  dilant  mayesi  ilə  doldurulur. 

Dilant  mayesi  sürüşmə  deformasiyası  artdıqca 

özlülüyünü  artıran  qeyri-nyuton  mayelərinə 

aiddir.  Eyni  tipli  lövhələr  eyni  tezliklə  fır-

lanarsa,  onda  mayenin  daxilində  sabit  hal 

hökm  sürür.  Mayenin  özlülüyü  çox  olmur. 

Mufta  bu  halda  kiçik  moment  ötürür.  Amma 

vallardan  birinin  sürəti  artdıqda  maye  qarış-

mağa  başlayır  və  onun  özlülüyü  dilantlıq  xas-

səsinə  əsasən  kəskin  artır.  Maye  bərkiyir  və 

lövhələri  yapışdırır.  Nəticədə  mufta  bir  valdan 

digərinə  böyük  moment  ötürə  bilir.  Ötürülən 

momentin  qiyməti  mayenin  növündən,  lövhə-

lərin ölçüsü, onlarda  olan deşiklər və çıxıntıla-

rın  ölçü  və  formasından  asılıdır.  Bir  çox  özlü 

muftalarda  maye  sürtünmə  nəticəsində  istilik 

yığır.  Sonda  maye  genişlənir.  Bu  dəyişmə 

lövhələri bir-birinə sıxır və sürtünmə yaradır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Özlü muftanın en kəsiyi 

1-stator,  2-xarici  lövhə,  3-daxili  lövhə,  4-gövdə,  5-

çıxış valına birləşmə, A-giriş, B-çıxış 

 

Özlü  muftalar  →hidromuftalardan  fərqlənir. 



Çünki,  hidromuftalarda  yalnız  mayenin  hidro-

dinamiki  xassələrindən  istifadə  edilir.  Uyğun 

olaraq  özlü  muftalar  soyutma  tələb  etmirlər. 

Ötürülən  momentin  qiyməti  giriş  və  çıxışdakı 

sürətlər arasındakı fərqə həssas deyil.  

Özlü  muftalar  1980-ci  ilin  əvvəlində  yara-

dılıb  avtomobillərdə  tətbiq  edilmişdir.  Özlü 

muftalar  avtomobillərdə  qabaq  təkərlərdən 

ötürücü  momenti  arxa  təkərlərə  ötürməyə 

imkan verir. 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə