Himn ilə başlayırıq Məmməd əmin Rəsulzadənin səsi -İstiqlal qurbanları



Yüklə 43,3 Kb.
səhifə9/9
tarix22.05.2023
ölçüsü43,3 Kb.
#112157
1   2   3   4   5   6   7   8   9
ssenari AXC 100

Aparıcı:Qatar stansiyaya yaxınlaşırdı.Hər 2 silahdaş Görüşərək , ürək ağrısı ilə doğma vətənləri ilə sağollaşırlar.
-Hər iki uşaq əllərində çantalarla vağzalda qatara minirlər.
- Abbasqulu bəy deyir: Azadlıq günəşi söndü.
-Yox, yox mən əminəm, əminəm ki, o günəş bir də parlayacaq bu vətənin başı üzərində işıq saçacaq, O azadlıq bayrağı ki, biz 28 mayısda qaldırdıq, o bayraq bir də bu vətənin başı üzərində dalğalanacaq.


Aparıcı: Azadlığı, müstəqilliyi görən, dadan xalq bolşevik əsarətində də onu yaddan çıxarmadı. 70 illik sovet ipreyasının bütün cəhdlərinə baxmayaraq xalq yenə də müstəqil və azad yaşamağı seçdi. Ötən əsrin sonlarında açıq şəkildə alovlanan milli azadlıq hərəkatı nəticəsində 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktını qəbul etdi. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 2-ci maddəsində təsbit edildi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Yenidən müstəqilllik əldə edən Azərbaycan çox çətin bir yoldan keçdi. Sonda azad, müstəqil, qüdrətli Azərbaycan dövləti yarandı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olduğunu bəyan etdi. O vaxtdan ötən tarix, Azərbaycanın iqtisadi, sosial-mədəni inkişafı, dünyaya inteqrasiyası göstərir ki, Azərbaycan artıq sözün həqiqi mənasında müstəqil və suveren bir dövlətdir.
Bəli Məmmədəmin Rəsulzadənin dediyi kimi azadlıq günəşi bu vətənin başı üzərində işıq saçdı. Bir daha yüksələn bayraq, bir daha enmədi. Vətənimizin başı üzərində dalğalandı.

Şagirdimizin ifasında Azərbaycan şeiri


Od ürəkli , od nəfəsli diyarımsan


Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !

Savaşlardan alnıaçıq çıxan zaman


Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !

Neçə gizli sərvət yatır qucağında ,


Neçə ölkə od aparır ocağından .
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban , Azərbaycan !

Hər uğurun gələcəyə bir yol açır ,


Hər dost elə xoş niyyətin işıq saçır .
Hər millətə , hər məzhəbə isti , açıq
Qucağına canım qurban , Azərbaycan !

Başım üstdə məğrur-məğrur dalğalanan


Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !

Tədbir Heydər Əliyevin müstəqilliyimiz barədə söylədiyi “müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” sözləri ilə yekunlaşır


Ey əziz Anam Azərbaycan mahnısı Müslüm Moqamayev sonda
Yüklə 43,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə