Himn ilə başlayırıq Məmməd əmin Rəsulzadənin səsi -İstiqlal qurbanları



Yüklə 43,3 Kb.
səhifə2/9
tarix22.05.2023
ölçüsü43,3 Kb.
#112157
1   2   3   4   5   6   7   8   9
ssenari AXC 100

Şagirdlər toplanır.
1. Bu gün buraya Tiflisdə toplanmağımızın məqsədi alidir. Azadlıq və vətən eşqi hər şeydən uca və əzizdir. Bu qədər əsarət yetər. Bəsdir düşmən tapdağında inlədik. Başımıza gələn bütün bəlaların səbəbi müstəmləkə əsarətində olmağımızdır.(Rəsulzadə)
2. Doğru deyirsən Məmməd bəy. Götürək bir neçə ay öncə qanlı mart qırğınını. Bunun davamı gəlməmiş bir tədbir görməliyik.(Fətəli xan)
3. Bakı murdar Şaumyanın nəzarəti altındadır. Bu da bəs deyilmiş kimi, erməni-sovet hökuməti bütün qüvvələrini digər şəhərlərə cəmləyir.(Topcubaşov)
4. Ağalar belə bir halda milli şuranın təklifi nədir?(Rəsulzadə)
Hamı bir yerdə :hürriyyət
1. Yaranmış bu siyasi şəritdə bizim yalnız bir yolumuz var. Bəli. Azərbaycanın müstəqilliyini elan etmək. İnsanlara hürriyyət, millətlərə istiqlal(Rəsulzadə)
Aparıcı: Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. Həmin gün Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə oldu. Azərbaycan Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının çox böyük rolu olmuşdur. 1918-ci il may ayının 27-də uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçildi. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi.

Yüklə 43,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə