Himn ilə başlayırıq Məmməd əmin Rəsulzadənin səsi -İstiqlal qurbanları



Yüklə 43,3 Kb.
səhifə1/9
tarix22.05.2023
ölçüsü43,3 Kb.
#112157
  1   2   3   4   5   6   7   8   9
ssenari AXC 100



Ssenari
Himn ilə başlayırıq
Məmməd əmin Rəsulzadənin səsi –İstiqlal qurbanları
Aparıcı:
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixində ən mühüm hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusunu və əzmini nümayiş etdirmişdir. Şərqdə ilk demokratik dövlət quruluşu olan Xalq Cümhuriyyəti obyektiv və subyektiv səbəblər üzündən çox az müddət – cəmi 23 ay yaşamasına baxmayaraq, gördüyü böyük işlərlə Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Bu səbəbdən hər il 28 may ölkəmizdə Respublika Günü kimi qeyd edilir. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. Həmin gün Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə oldu. Azərbaycan Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının çox böyük rolu olmuşdur. Azərbaycan Cümhuriyyətinin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyini təmin etdi, tarixi yaddaşın formalaşmasında müstəsna əhəmiyyət kəsb etdi.
***
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
Sərəncamda deyilir:
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. .....
Daha sonra sərəncamda qeyd olunur ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika günü olaraq təntənə ilə qeyd edir.
Bu sərəncamla qərara alınmışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin. Ölkəmizdə yubileylə bağlı çoxsaylı tədbirlər hazırlanıb həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin digər bir sərəncamı ilə 2018-ci il Azərbaycanda Cümhuriyyət ili elan olunmuşdur.

Yüklə 43,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə