HidrosferiN ÇİrkləNMƏSİ VƏ İnsan sağlamliğI


Xəzər dənizinin ekoloji vəziyyəti



Yüklə 34,09 Kb.
səhifə4/6
tarix24.12.2022
ölçüsü34,09 Kb.
#97849
növüYazı
1   2   3   4   5   6
Hidrosfer cirkl#U0259nm#U0259si

Xəzər dənizinin ekoloji vəziyyəti
Xəzər dənizi Yer kürəsinin ən böyük gölu olub, geniş materik depressiyasında yerləşmiş qapalı su tutarıdır. Bu bölmə tanınmış su mikrobioloqu – ekoloq M.Ə.Salmanovun (1999) Azərbaycanın çaylarının və Xəzər dənizinin çirklənməsi və ekoloji durumu üzrə uzun illər boyu apardığı tədqiqatların nəticələri əsasında
yazılmışdır. Apardığı tədqiqatlara əsaslanaraq müəllif qeyd edir ki, planetimizdə Xəzər dənizi qədər amansız ekoloji depressiyaya məruz qalan başqa sututar tapmaq çətindir.
Hələ 1940-50-60-cı illərdə Xəzər dənizində aparılan 10 minlərlə məxfi seysmik partlayışlar (hər biri 10 kqdan 1,5 ton çəkisi olan trotil «şaşkilər»), Cənubi Xəzərin açıq hissəsində və başqa sahələrdə xüsusi hərbi poliqonlarda sınaqdan keçirilən raketlər Xəzər dənizinin altını üstünə çevirmiş, xoşbəxtlikdən o, bugünkü günə kimi «salamat» qalmışdır. M.Ə.Salmanovun 1961-ci ildə apardığı müşahidələr zamanı müyyən edilmişdir ki, 70 kq çəkisi olan partlayıcının partladılması nəticəsində partlayışın epimərkəzində 85-100 m radiusunda ixtiofauna tamamilə
məhv olur, onun 60%-i dənizin dibinə çökür, plankton həyat qabiliyyətini itirir, su, yanma məhsulunun terrigen hissəcikləri ilə zənginləşir, dib çöküntüləri şumlanır (qarışır) və su bulanaraq şəffaflığı azalır, epimərkəzində Ph 3-4 göstərici aşağı düşür. Xəzər dənizinin ekoloji vəziyyətinin dəyişməsində dənizin səviyyəsinin tərəddüdü və çirklənməsi əsas rol oynayır. Qlobal miqyasda isə Xəzərin dəyişməsi dənizin və onun hövzəsinin çirklənməsinin artması nəticəsində baş vermişdir. M.Ə.Salmanovun (1999) qeyd etdiyi kimi Xəzərin çirklənməsi barədə olduqca çoxlu məlumatlar mövcuddur, bu məsələ ilə yüzlərlə mütəxəssislər məşğul olmuş, onlarla simpozium, konfranslarda müzakirə olunmuş, ən yüksək səviyyədə qərarlar qəbul edilmişdir. Xəzərin təmiz saxlanmasının vacibliyi bütün Xəzəryanı
dövlətlər tərəfindən təsdiq edilsə də o, yenə də həmişə olduğu kimi çirklənməkdə davam edir. Xəzərin çirklənməsində başlıca yeri neft və neft məhsulları, sonrakı yeri isə kimyəvi çirklənmə tutur. Hazırda Xəzərə tökülən çaylar (Volqa, Kür, Ural, Terek) dənizi üzvi maddələrlə, biogen elementlərlə də zənginləşdirir.
Xəzər dənizinin çoxkomponentli çirklənməsi bir çox sənaye obyektləri növlərinin məskunlaşdığı mühitin sanitar-gigiyena vəziyyətinin dəyişməsinə təsir göstərən amil olmuşdur. Qiymətli balıq növlərinin kütləvi qırılması adi hadisəyə çevrilmişdir. Bir sıra alimlərin məlumtına görə bir çox hidrobiontların oraqnizmində insanın sağlamlığı üçün təhlükəli parazitlərin böyük bir siyahısı var: anizakidlər, psevdoamfistomidlər, eustronqililər və s. dəniz suyunda və
balıqlarda patogen bakteriyalar, məs. ptoteilər, vibrionlar, protei-vulqaris və b.

Yüklə 34,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə