HidrosferiN ÇİrkləNMƏSİ VƏ İnsan sağlamliğI


Dünya okeanı və dənizlərin çirklənməsi



Yüklə 34,09 Kb.
səhifə3/6
tarix24.12.2022
ölçüsü34,09 Kb.
#97849
növüYazı
1   2   3   4   5   6
Hidrosfer cirkl#U0259nm#U0259si

Dünya okeanı və dənizlərin çirklənməsi
Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sisteminin balansını təmin edir.
Okeanda çirkləndirici maddələrin yayılmasının dəniz orqanizmlərinə və insana təsirinin öyrənilməsi üzrə toplanmış çoxillik məlumatlar göstərir ki, çirkləndiricilərin təbii ekosistemlərə təsiri baxımından karbohidrogenlər, yəni xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər),
toksiki metallar və radioaktiv maddələr daha təhlükəli sayılır.
Dünya okeanını çirkləndirən mənbələr üç qrupa ayrılır:
1. Dəniz hərbi gəmilər, müxtəlif təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması;
2. Yerüstü – çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olur;
3. Atmosfer – atmosferə zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlər. Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər pathogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Çirklənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar. Məsələn, 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri
pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusklarla qidalanmışlar. Körfəzə qurğuşun birləşmələri sahildə yerləşən kimya zavodlarından daxil olmuşdur (Tisso kimya kombinatı). Fransa tədqiqatçıları müəyyən etmişlər ki, Atlantik okeanının dibi qurudan gətirilən qurğuşunla sahildən 160 km məsafədə 1610 m dərinlikdə çirklənməyə məruz qalmışdır. Dib çöküntülərinin üst qatlarında qurğuşunun qatılığının daha çox olması onun uzun müddətli təbii proseslərin deyil, məhz insan fəaliyyətinin nəticəsi olmasını təsdiq edir. Çay suları vasitəsilə okeana daxil olan patogen mikroorqanizmlər sahil zonası şəraitində asan adaptasiya olunaraq orada yaşayır. Bu mikroorqanizmlər dəniz məhsullarında toplanaraq insanların kütləvi xəstəliyə tutulmasına səbəb olur.
Dənizləri, xüsusən sahilyanı zonanın çirkab təmizləyən qurğuların və gəmilərin təsərrüfat – məişət çirkabları da çirkləndirir. Gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq onların miqdarı da artır.
1950-1992-ci illərdə Sovet İttifaqı tərəfindən Buzlu Şimal okeanı sularında aktivliyi cəmi 2,5 milyon kyürü olan nüvə tullantıları, 15 reaktor, «Lenin» atom buzqıranının quraşdırılması, 13 qəzaya uğramış sualtı gəmilərin reaktorları basdırılmışdır. Böyük Britaniya tərəfindən İrlandiya dənizində, Fransa tərəfindən isə Şimal dənizində radioaktiv tullantılar basdırıldı. Buradan çirkləndiricilər Barens dənizinə keçir.
-Dünya okeanı fiziki çirklənməyə də (radioaktiv və istilik çirklənməsinə) məruz qalır. Radioaktiv məhsullar okeana nüvə silahlarının sınaqdan keçirildiyi, həcminin xüsusi kanteynerlərdə radioaktiv tullantıların
atılması və onların zədələnməsi zamanı baş verərək suda olduqca geniş əraziləri əhatə edir. Mikroneziyada 50-ci illərdə 50-dən artıq nüvə partlayışı keçirilmişdir. Minə yaxın ada öldürücü radiasiya təsirinə məruz qalmışdır.
Okeanın istilik çirklənməsi də təhlükəlidir. Elektrik stansiyaları və digər mənbələrdən atılan isti sular sahilyanı ekosistemlərin ekoloji tarazlığını ciddi surətdə pozur. Alimlərin hesablamalarına görə hər 8-10 il müddətində okeana atılan suların miqdarı iki dəfə artır.
- Okeanın ən zərərli kimyəvi çirkləndiriciləri neft və neft məhsulları hesab olunur. BMT-nin məlumatına görə hər il dəniz və okeanlara 6 … 10 milyon ton neft daxil olur. Sular ən çox tankerlər və sualtı qazma işləri zamanı neftin sızması nəticəsində çirklənir. Dünya okeanının antropogen çirklənməsinin təxminən yarısı gəmiçiliyin payına düşür. Hazırda okeanlarda yükgötürmə qabiliyyəti 200-dən 700 min tona qədər olan 230 gəmi üzür. Onlar Dünya okeanına böyük potensial təhlükə yaradır.
1973-1984-cü illər arasında ABŞ-da ətraf mühitin qorunması və energetika institutu suyun neftlə çirklənməsinin 12000 hadisəsini qeydə almışdır. 1977-ci ildə axıdılan neftin ümumi miqdarı 8,2 milyon hallon (1 hallon 3,8 litrdir), 1985-ci ildə isə 21,5 milyon ton təşkil etmişdir. 1970-1982-ci illər ərzində dünyada 169
böyük tanker qəzası və 17000 2-ci dərəcəli neftin axması qeydə alınmışdır.
Ən böyük ekoloji fəlakət gəmilərin qəzası zamanı tankerlərdən axan neftlə əlaqədardır. «Amoko-Kadis» tankerinin Fransanın sahilləri yanında batması nəticəsində 220 min ton neft okeana buraxılmasıdır (1978-ci ildə).
1989-cu ildə «Ekson-Valdes» tankerinin yolundan çıxması zamanı Alyaskada Prins-Uilliam körfəzində deşilməsi nəticəsində 39 min ton neft axmış və 550 km sahilyanı ərazinin çirklənməsinə səbəb olmuşdur. «Naxodka» adlı Rusiya tankeri Yapon dənizində 1997-ci il yanvarın 2-də fırtına zamanı parçalanıb suyun
dibinə batdı. Dənizə 5 min ton mazut tökülərək Yaponiyanın baş adası sayılan Xonsyunun sahil ərazisinin böyük hissəsinin çirklənməsinə səbəb oldu. Balıq və digər dəniz məhsullarına olduqca böyük ziyan dəydi, Yaponiyanın mühüm istirahət zonasının çimərlikləri çirklənməyə məruz qaldı. Qeyd etmək lazımdır ki, belə
qəzalar hər il dəfələrlə baş verir. Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan yetirir. Yalnız 1 ton neft dənizin 12 km2 sahəsini örtür. Suyun səthində neft pərdəsi (təbəqəsi) bütün fizikikimyəvi prosesləri dəyişir: suyun səthinin temperaturu yüksəlir, qaz mübadiləsi pisləşir, balıqlar köçür və ya məhv olur. Suyun dibinə çökən neft uzun müddət bütün canlılara ziyan verir.
Neft və neft məhsulları bütün canlı orqanizmlərə və bioloji zəncirin bütün həlqələrinə öldürücü təsir göstərir. Dəniz və okeanların səthindəki neft pərdəsi okean və atmosfer arasında olan enerji, istilik, rütubətlik və qaz mübadiləsini poza bilər. Son nəticədə okeanın səthindəki neft təbəqəsi okeanda fiziki-kimyəvi və hidroloji şəraitə, həm də Yerin iqliminə və atmosferdəki oksigen balansına təsir göstərə bilər. Neftlə çirklənmə dənizlərin bioloji tarazlığına böyük zərbə vurur. Neft ləkələri günəş şüalarını buraxmır, suda oksigenin dəyişməsini ləngidir. Bunun nəticəsində dənizdə yaşayan canlıların əsas qida məhsulu olan planktonun çoxalmasını dayandırır. Neftin həll olan komponentləri çox zəhərlidir. Onlar əksəriyyət hallarda balıqların, dəniz quşlarının ölümünə səbəb olur, dəniz heyvanlarının ətinin dad keyfiyyətinə mənfi təsir göstərir. Əgər mayalanmış balıq
kürüsünü olduqca az qatılıqlı neft məhsulları olan akvariuma yerləşdirsək, onların rüşeymlərinin (embrionlar) çoxusu məhv olacaq, salamat qalanları isə eybəcər şəkil alacaqdır.
Okean suyunun səthində neftin olduqca nazik qatı tozsoranın süzgəci kimi bir çox çirkləndirici maddələri özündə tutub saxlayır. neft pərdəsində pestisidlər, ağır metalların ionları – toksikantlar toplanaraq canlıların həyatına böyük təhlükə yaradır.
- Dünyada pestisidlərin istehsalı ildə 200 min tona çatır. Onların nisbətən kimyəvi davamlılığı, həmçinin yayılma xarakteri böyük həcmdə dəniz və okeanlara daxil olmasına şərait yaratmışdır. Suda daim xlor üzvi maddələrin toplanması insanların həyatı üçün ciddi təhlükə yaradır.
Pestisidlər Baltik, Şimal, İrlandiya dənizlərinin müxtəlif rayonlarında, Biskay körfəzində, İngiltərə, İslandiya, Portuqaliya və İspaniyanın qərb sahillərində aşkar edilmişdir. DDT və heksaxloran Antarktidada istifadə edilmədiyinə baxmayaraq çoxlu miqdarda suitilərin və Antarktika pinqvinlərinin qaraciyər və piylərində
tapılmışdır. DDT və digər xlor üzvi maddələr atmosfer havasının asılı kalloid hissəciklərində toplana və ya aerozolların damla hissəcikləri ilə birləşərək uzaq məsafələrə aparıla bilər. Bu maddələrin Antarktidada aşkar olunması ABŞ və Kanadada onların intensiv istifadə edilməsi ilə əlaqədar okeanın çirklənməsidir. Okean suları vasitəsilə zəhərli kimyəvi maddələr Antarktidaya qədər gəlib çatır.

Yüklə 34,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə