Həyat siğortasi qaydalari razilaşdirilmişdir



Yüklə 222,58 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix26.10.2017
ölçüsü222,58 Kb.
#6638
növüQaydalar
1   2   3   4   5   6   7

 

1.1.5.  Sığorta  olunanın  səhhətində  onun  həyatını  təhlükə  altına  qoyan  sağalmaz  xəstəliklə 

əlaqədar  sığorta  ödənişlərinin  həyata  keçirilməsini  nəzərdə  tutan  sağalmaz  xəstəliklərdən 

sığorta. 



 

2. Sığorta predmeti  

 

Bu  qaydalara  əsasən  sığorta  müqaviləsi  üzrə  sığortalanan  əmlak  mənafelərinin  aid  olduğu 

fiziki şəxs sığortanın predmeti hesab olunur.   

 

3. Sığorta obyekti 



 

Bu  qaydalara  əsasən  sığorta  obyekti, sığortalının  və  ya  sığorta  olunanın  həyatı, sağlamlığı, 

əmək qabiliyyətini itirməsi ilə bağlı əmlak mənafeləridir. 

 

4. Sığorta məbləği  



 

4.1. Sığorta məbləği sığortaçının öhdəliyinin son həddidir. 

 

4.2. Sığorta  məbləği tərəflərin razılığına əsasən müəyyən olunur. 



 

4.3.  Sığorta  ödənişi  verildikdən  sonra  sığorta  məbləği  ödənilmiş  məbləğ  həcmində  azalır. 

Sığortalı əlavə sığorta haqqı müqabilində ilkin sığorta məbləğini bərpa edə bilər. 

 

5. Sığorta hadisəsi 



 

5.1.  Bu  Qaydalara  əsasən  bağlanmış  sığorta  müqaviləsi  üzrə  Sığortaçı  Sığortalıya,  bu 

Qaydaların  «İstisnalar»  bəndində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  aşağıdakılar 

nəticəsində baş vermiş sığorta hadisələrinə sığorta təminatı verir: 

 

5.1.1.  Sığorta  olunannın  sığorta  müqaviləsi  ilə  müəyyən  olunmuş  müddətin  sonuna  qədər 



yaşaması; 

 

5.1.2. Sığorta olunanın müqavilənin qüvvədə olduğu müddət ərzində ölməsi



 

5.1.3.  Sığorta  olunanın  bədbəxt  hadisə  nəticəsində  əmək  qabiliyyətinin  daimi  tam  və  ya 

qismən itirməsi; 

 

5.1.4.  Sığorta  olunanın  bədbəxt  hadisə  və/və  ya  xəstəlik  nəticəsində  əmək  qabiliyyətinin 



müvəqqəti itirməsi; 

 

5.1.5.  Sığorta  olunanın  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində  həmin 



müqavilədə qeyd olunmuş sağalmaz xəstəliyə (xəstəliklərə) tutulması. 

 

6.Ümumi istisnalar:  

 

6.1. Ölüm riskindən əsas təminatlar üzrə istisnalar: 




 

 

6.1.1. Əgər sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, Sığorta olunanın ölməsi, 



aşağıdakıların nəticəsində baş vermişdirsə, sığorta hadisəsi hesab edilmir: 

 

6.1.1.1.  Sığorta  olunanın  üçüncü  şəxslərin  qanunazidd  hərəkətləri  nəticəsində  özünü 



öldürmək həddinə çatdırılması və ya intihara  məcbur  edilmə  halları istisna olmaqla, sığorta 

olunanın sığorta müqaviləsinin bağlanmasından sonrakı ilk 2 (iki) il ərzində intiharı;  

 

6.1.1.2.  Sığorta  olunanın hərbi  əməliyyatlar,  vətəndaş  qarşıdurmaları, hərbi    çevrilişlər   və  



xalq    ixtişaşlarında  iştirak  etməsi,  həmçinin  Sığorta  olunanın  hərbi  xidmət  keçməsi,  hərbi 

toplanışlarda, təlimlərdə iştirak etməsi və s. bu kimi hallar. 

 

6.2.  Əgər  sığorta  müqaviləsində  başqa  cür  nəzərdə  tutulmayıbsa,  bədbəxt  hadisə  və  yol 



nəqliyyat  hadisəsi  nəticəsində  baş  vermiş  ölüm  və  ya  əmək  qabiliyyətinin  daimi  və 

müvəqqəti itirilməsi riskləri  hallarından istisnalar: 

 

6.2.1. Bu Qaydaların 6.2. bəndində nəzərdə tutulduğu kimi bədbəxt hadisə və yol nəqliyyat 



hadisəsi  nəticəsində  ölümə  görə  sığorta  təminatı  verilmiş  olduğu  halda  Sığorta  olunanın 

ölməsi  bu  Qaydaların  6.1.  bəndində  göstərilmiş  hadisələrdən  əlavə,  aşağıdakıların 

nəticəsində də baş vermişdirsə, sığorta hadisəsi hesab edilmir: 

 

6.2.1.1.  Sığortalının,  Müqavilədə  faydalanan  şəxs  qismində  göstərilən  şəxsin,  həmçinin 



Sığorta  olunanın  özünün  (Sığorta  olunanın  üçüncü  şəxslərin  qanunaqazidd  hərəkətləri  ilə 

intihara məcbur edilməsi halları  istisna olmaqla), həmçinin adı çəkilən şəxslərin hər hansı 

birinin  tapşırığı ilə sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən edilmiş hərəkəti; 

               

6.2.1.2. Sığorta olunanın sığorta hadisəsinin əlamətlərini daşıyan hadisə ilə birbaşa əlaqəsi 

olan qanunsuz hərəkətləri;  

 

6.2.1.3.  Sığorta  olunanın  alkoqollu,  narkotik  və  ya  toksik  sərxoşluğu,  o  cümlədən    belə 



sərxoş  vəziyyətdə  nəqliyyat  vasitəsini  idarə  etməsi  və  həmçinin  nəqliyyat  vasitəsini  belə 

sərxoş  vəziyyətdə  olan  şəxsə  və  ya  uyğun  kateqoriyalı  nəqliyyat  vasitəsini  idarə  etmək 

hüququ olmayan şəxsə idarə etmək üçün verməsi

 

6.2.1.4.  Sığorta  olunanın hərbi  əməliyyatlar,  vətəndaş  qarşıdurmaları, hərbi    çevrilişlər   və  



xalq    ixtişaşlarında  iştirak  etməsi,  həmçinin  sığorta  olunanın  hərbi  xidmət  keçməsi,  hərbi 

toplanışlarda, təlimlərdə   iştirak  etməsi və s. bu kimi hallar

 

6.2.1.5. Sığorta olunanın özünün idarə etdiyi uçuş aparatının qəzaya uğraması; 



 

6.2.1.6.  Sığorta    olunanın    idmanın    təhlükəli    növləri    ilə    (avto-moto  idman,  paraşutla 

tullanma,  əlbəyaxa  döyüş,  alpinizm,  dağ  və  su  turizmi,  sualtı  üzgüçülük)  peşəkar  surətdə 

məşğul olması; 

 

6.2.1.7. Sığorta olunanın ruhi-əsəb pozuntusu vəziyyətində olması; 



 

6.2.1.8.  İnsan  həyatını  xilas  etmək  məqsədi  ilə  edildiyi  hallar  istisna  olmaqla,  bilərəkdən 

özünü xüsusi təhlükə altına atma; 



 

 

6.2.1.9.



 

Sunami, zəlzələ və ya vulkan püskürməsi

 

6.2.1.10.



 

Nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin təsiri. 

 

6.3.  Əgər  sığorta  müqaviləsində  başqa  cür  nəzərdə  tutulmayıbsa,  xəstəlik  nəticəsində  baş 



vermiş ölüm və ya əmək qabiliyyətinin  itirilməsi riskləri  hallarından istisnalar: 

 

6.3.1. Bu Qaydaların 6.3. bəndində nəzərdə tutulduğu kimi xəstəlik nəticəsində ölümə görə 



sığorta təminatı verilmiş olduğu halda Sığorta olunanın ölməsi bu Qaydaların 6.1. bəndində 

göstərilmiş  hadisələrdən  əlavə,  aşağıdakıların  nəticəsində  də  baş  vermişdirsə,  sığorta 

hadisəsi hesab edilmir: 

 

6.3.1.1.Spirtli  içkilərin,  iflicin,  epilepsik  tutmanın,  Sığorta  olunanın  bütün  bədəninə  təsir 



edən qıc olmanın digər növlərinin təsiri və ya  Sığorta olunanın psixi pozuntuları; 

 

6.3.1.2. Sığorta olunanın özünün öz üzərində və ya Sığortalının təlimatı ilə hər hansı digər 



şəxsin  Sığortalıya  tətbiq  etdiyi  terapevtik  və  ya  operativ  müayinə  metodlarının  tətbiqi 

nəticəsində  Sığorta  olunanın  səhhətinə  ziyan  dəyməsi.  Lakin,  terapevtik  və  ya  operativ 

müayinə,  və,  həmçinin,  rentgen  diagnostikasına  zərurət,  sığorta  müqaviləsi  ilə  təminat 

verilən sığorta hadisəsindən irəli gəlirsə, sığorta təminatı öz qüvvəsini saxlamış sayılır;  

 

6.3.1.3.  Özü  özlüyündə  ciddi  zədələnməni  ehtiva  etməyən,  lakin  xəstəlik  törədicilərinin 



orqanizmə dərhal və ya müəyyan müddətdən sonra daxil olmasına şərait yaradan dəri qatının 

və  ya  selikli  qişanın  zədələnməsi  halları  fərdi  qəza  hadisəsinin  nəticəsində  baş  verən 

zədələnməyə aid edilmir

 

6.3.1.4. Sərt və ya maye şəkilli cismlərin udulması nəticəsində yaranan zəhərlənmə



 

6.3.1.5.  Qarın  yırtığı.  Qarın  yırtığlığının  sığorta  müqaviləsi  ilə  təminat  verilən  sığorta 

hadisəsinin  səbəb  olduğu  xarici  fiziki  təsirin  nəticəsində  baş  verməsi  hallarda  sığorta 

təminatı öz qüvvəsini saxlamaqda davam edir;  

 

6.3.1.6.  Bağların  zədələnməsi,  və  həmçinin  daxili  qan  sızma  və  ya  beyinə  qan  sızması. 



Səhhətin  belə  pozulmasının  əsas  səbəbləri  sığorta  müqaviləsi  ilə  təminat  verilən  sığorta 

hadisəsi olduqda sığorta təminatı öz qüvvəsini saxlamaqda davam edir; 

 

6.3.1.7.


 

Baş vermə səbəblərindən asılı olmayaraq yaranan psixi pozuntular; 

 

6.3.1.8.


 

 Sığorta  olunanın  və  ya  onun  ölümü  halında  sığorta  ödənişini  almaq  hüququna 

malik  olan  şəxslərin  sığorta  hadisəsi  hesab  edilə  bilən  hadisənin  baş  verməsinə  yönələn 

qərəzli hərəkətləti;  

 

6.3.1.9.


 

Sığorta  olunanın  hərbi  əməliyyatlar,  hərbi  çevrilişlərdə  iştirak  etməsi,  həmçinin 

Sığorta olunanın hərbi xidmət keçməsi, hərbi toplanışlarda, təlimlərdə iştirak etməsi və s. bu 

kimi hallar; 

 



Yüklə 222,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə