Həyat siğortasi qaydalari razilaşdirilmişdir



Yüklə 222,58 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix26.10.2017
ölçüsü222,58 Kb.
#6638
növüQaydalar
1   2   3   4   5   6   7

 

11 

 

8.5.  Sığorta  haqqının  hissə-hissə  ödənilməsi  Müqavilədə  nəzərdə  tutulan  sığorta 



hadisələrindən hər hansı birinin baş verməsi ilə dayandırılır. 

 

   8.6.  Müqavilədə  müəyyən  edilmiş  tədricən  ödənilən  sığorta  haqqı  həmin  Müqavilədə 



göstərilən  tarixlərədək  ödənilməlidir.  Aylıq  sığorta  haqqları  istisna  olmaqla,  müddəti 

tədricən ödənilən sığorta haqqına 30 günlük güzəşt tətbiq edilir.  

 

  8.7.  Hissə-hissə  ödənilən  sığorta  haqqının  növbəti  hissəsi  güzəşt  müddətində  belə 



ödənilmədikdə, Sığortaçı Sığorta   müqaviləsini birtərəfli qaydada ləğv edə bilər. 

 

8.8.  Sığortalı  sığorta  haqqının  Müqavilədə  müəyyən  edilmiş  miqdarını  və  ödənilmə 



qaydasını Sığortaçının razılığı ilə dəyişdirmək hüququna malikdir. 

 

9. Sığorta müqaviləsinə xitam verilməsi 

 

9.1. Müqaviləyə aşağıdakı hallarda xitam verilir : 



 

9.1.1.  Müqavilədə  nəzərdə  tutulmuş  sığorta  hadisəsinin  baş  verməsi  ilə  əlaqədar  Sığortaçı 

tərəfindən sığorta məbləğinin tam şəkildə ödənilməsi; 

 

9.1.2. Müqaviləyə tərəflərdən birinin təşəbbüsü ilə aşağıdakı qaydada xitam verilməsi: 



 

9.1.2.1. Həyatın yığım sığortası üzrə: 

 

9.1.2.1.1.  Əgər  sığorta  haqqının  ödənilməsi  üzrə  öhdəliklər  hələ  tam  şəkildə  yerinə 



yetirilmədiyi halda sığorta olunan  (digər Birgə sığortalı) bu öhdəliklərin icrasını öz üzərinə 

götürməmişdirsə,  Sığortalının  tələbi  ilə  -  bu  zaman  Sığortaçı  qaytarılan  məbləği  bu 

Qaydaların 10.1.2. bəndində nəzərdə tutulduğu kimi Sığortalıya ödəyir; əgər Sığortalının bu 

tələbi Sığortaçının Sığorta qaydalarını pozması ilə bağlıdırsa qaytarılan məbləğ Sığortalıya 

bu Qaydaların 10.1.1. bəndində nəzərdə tutulduğu kimi ödənilir.  

 

9.1.2.1.2.  Sığortaçının  tələbi  ilə;  bu  zaman  qaytarılan  məbləğ  bu  Qaydaların  10.1.1. 



bəndində  nəzərdə  tutulduğu  kimi  Sığortalıya  qaytarılır.  Əgər  Sığortaçının  bu  tələbi 

Sığortalının Sığorta qaydalarını pozması ilə bağlıdırsa, Sığortaçı qaytarılan məbləği 10.1.2. 

bəndində nəzərdə tutulduğu kimi ödəyir. 

 

9.1.2.2. Həyatın yığım sığortasına aid olmayan həyat sığortası növləri üzrə: 



 

9.1.2.2.1.  Sığorta  müqaviləsinə  sığortalının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə, 

sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə 

üzrə  işlərin  aparılması  xərclərini  çıxmaqla  müqavilənin  qurtarmamış  müddəti  üçün  sığorta 

haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə 

yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.  

 

9.1.2.2.2.  Sığorta  müqaviləsinə  sığortaçının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə  o, 



sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi 

üzrə  vəzifələrini  yerinə  yetirməməsi  ilə  bağlıdırsa,  sığortaçı  həmin  müqavilə  üzrə  işlərin 




 

12 

aparılması  xərcləri  çıxılmaqla,  müqavilənin  qurtarmamış  müddəti  üçün  sığorta  haqlarını 

qaytarır.  

 

9.1.2.2.3.  Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam  verilmə 



anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox 

miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.  

 

9.1.2.2.4.  Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam  verilmə 



anınadək  sığortaçı  tərəfindən  sığortalıya  ödənilmiş  sığorta  haqqından  az  miqdarda  sığorta 

ödənişi  verilmişdirsə,  həmin  sığorta  haqqı  məbləği  ilə  sığorta  ödənişi  məbləği  arasındakı 

fərq  miqdarında  sığorta  haqqının  sığortalıya  qaytarılması  müvafiq  olaraq  bu  maddənin 

9.1.2.2.1.-ci və 9.1.2.2.2.-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.  

 

9.1.2.2.5.  Sığorta  müqaviləsi  məhkəmə  qərarı  əsasında  (sığortalı  məhkəmənin  qərarı  ilə 



fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilmişdirsə,  yaxud  onun  fəaliyyət  qabiliyyəti 

məhkəmənin  qərarı  ilə  məhdudlaşdırılmışdırsa)  xitam  verilmiş  hesab  edildikdə,  sığortaçı 

həmin  müqavilə  üzrə  işlərin  aparılması  xərclərini  çıxmaqla  müqavilənin  qurtarmamış 

müddəti  üçün  sığorta  haqlarını,  bu  maddənin  9.1.2.2.3-cü  və  9.1.2.2.4-cü  bəndlərinin 

tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır;  

 

9.1.3. Əgər sığorta haqqının ödənilməsi üzrə öhdəliklər hələ tam şəkildə yerinə yetirilmədiyi 



halda  Sığorta  olunan  (digər  Birgə  sığortalı)  bu  öhdəliklərin  icrasını  öz  üzərinə 

götürməmişdirsə, Müqavilə müddətinin sonuna qədər  hüquqi şəxs olan Sığortalının ləğvi və 

ya fiziki şəxs olan Sığortalının ölümü; 

 

9.1.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda. 



 

10. Qaytarılan məbləğ və onun ödənilmə qaydası (Həyatın yığım sığortası üzrə) 

 

10.1. Qaytarılan məbləğ tərəflərdən birinin tələbi ilə Müqavilənin ləğv edilmə anında sığorta 

ödənişinin  ödənilməsi  ilə  bağlı  Müqavilədə  nəzərdə  tutulmuş  öhdəliklərin  icrası  üçün 

Müqaviləyə xitam verildiyi günədək yaradılmış  riyazi (aktuar) ehtiyyat əsasında müqaviləyə 

xitam verilmə səbəbindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir. 

 

10.1.1.  Qaytarılan  məbləğ  Müqaviləyə  xitam  verildiyi  günədək  yaradılmış  riyazi  (aktuar) 



ehtiyyat həcmində ödənilir; 

 

10.1.2.  Qaytarılan  məbləğ  bu  Qaydaların  10.1.1.  bəndində  nəzərdə  tutulan  riyazi  (aktuar) 



ehtiyyat məbləği ilə riskli məbləğin 1 %-i arasındakı fərq miqdarında ödənilir. 

 

10.2.  Qaytarılacaq  məbləğin  ödənilməsi  zamanı  ondan  Sığortalının  müqavilə  üzrə  bütün 



borcları,  qaytarılmamış  ssudalar  və  ssudalardan  istifadə  faizləri  və  həmçinin  cari 

müqavilənin ili üçün ödənilməmiş sığorta haqqları tutulacaqdır. 

 

10.3.  Əgər  Müqavilədə  hüquqi  şəxs  olan  işəgötürən  və  onun  işçisinin  sığorta  haqqının 



ödənilməsində  birgə  iştirakları  nəzərdə  tutulmuşdursa,  digərinin  razılığı  ilə  Birgə 

sığortalılardan  biri,  əgər  sığorta  müqaviləsində  qaytarılan  məbləğin  ödənilməsi  nəzərdə 

tutulmuşdursa,  qaytarılan  məbləğdən  sığorta  haqqının  ödənilməsində  iştirak  payına  



Yüklə 222,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə