Həyat siğortasi qaydalari razilaşdirilmişdir



Yüklə 222,58 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix26.10.2017
ölçüsü222,58 Kb.
#6638
növüQaydalar
1   2   3   4   5   6   7

 

13 

mütənasib olaraq öz payını almaq hüququna malikdir. Bu zaman, əgər digər Birgə sığortalı 

sığorta  haqqının  tam  ödənilməsini  öz  üzərinə  götürürsə  və  ya  payına  düşən  hissəsinin  

ödənilməsinin  yerinə  yetirilməsi  vəzifəsini  özündə  saxlayırsa,  Sığorta  müqaviləsinə  xitam 

verilmir. 

 

10.4.  Sığorta  olunanın  səbəbi  sığorta  hadisəsi  olmayan  ölümü  halında  və  eyni  zamanda 



Sığorta  olunanın  ölümündə  Faydalanan  şəxsin  qəsdli  hərəkəti  olmamışdırsa,  Sığortaçı 

müəyyən edilmiş yazılı formada ərizəni, Sığorta olunanın ölümü haqqında şəhadətnamənin 

təsdiqlənmiş  surətini,  qaytarılan  məbləğini  alanın  şəxsiyyətini  təsdiq  edən  sənədi,  lazım 

olduqda varislik hüququnu təsdiq edən hər hansı sənədi aldıqdan sonrakı 10 gün müddətində 

qaytarılan məbləği Faydalanan şəxsə ödəyir. 

 

   10.5.  Əgər  Sığorta  olunanın  ölümü  Faydalanan  şəxsin  sığorta  hadisəsinin  baş  verməsinə 



yönəlmiş  qəsdli  hərəkətin  nəticəsidirsə,  Sığortaçı  müəyyən  edilmiş  yazılı  formada  ərizəni, 

Sığorta  olunanın  ölümü  haqqında  şəhadətnamənin  təsdiqlənmiş  surətini,  qaytarılan 

məbləğini  alanın  şəxsiyyətini  təsdiq  edən  sənədi  və  varislik  hüququnu  təsdiq  edən  sənədi 

aldıqdan sonrakı 10 gün müddətində qaytarılan məbləği Sığorta olunanın varisinə ödəyir. 

 

10.6. Fiziki şəxs olan Sığortalının öldüyü və ya hüquqi şəxs olan Sığortalının ləğv edildiyi 



halda, Sığorta olunanın (digər Birgə sığortalının) tam həcmdə ödənilməmiş sığorta haqqının 

ödənilməsi  öhdəliyini  üzərinə  götürməməsi  şərti  ilə  qaytarılan  məbləğ  Sığorta  olunana 

ödənilir.  

 

10.7.  Əgər  Müqavilədə  qaytarılan  məbləğin  alınması  imkanı  nəzərdə  tutulmuşdursa, 



vaxtından  əvvəl  xitam  verildiyi    halda  Müqavilə  Sığortaçı  tərəfindən  həmin  məbləğin 

ödənildiyi tarixdə qüvvədən düşür. Əgər Müqavilədə qaytarılan   məbləğin alınması imkanı 

nəzərdə  tutulmamışdırsa,  vaxtından  əvvəl  xitam  verildiyi  halda  Müqavilə,  qanunun  və  bu  

Qaydaların  tələbləri  nəzərə  alınmaqla,  onun  xitam  verilməsi  tələbi  barədə  ərizədə 

(məktubda) göstərilən tarixdə qüvvədən düşür. 

 

10.8.  Əgər  Müqavilə  5  ildən  artıq  müddətə  bağlanmışdırsa,  Müqaviləyə  vaxtından  əvvəl 



xitam verilməsi barədə tərəflər ehtimal olunan ləğv edilmə tarixindən 3 ay əvvəl bir birini 

rəsmi xəbərdar etməlidirlər. Əgər Müqavilə 5 ildən  az müddətə bağlanmışdırsa onda tərəflər 

bir birini ehtimal olunan ləğv edilmə tarixindən 1 ay əvvəl xəbərdar etməlidirlər.  

 

11. Tərəflərin hüquq və vəzifələri 



 

11.1. Sığortalının hüquqları: 

 

11.1.1.  Sığortaçı  tərəfindən  Sığorta  müqaviləsinin  şərtlərinə  və  bu  Qaydalara  əməl  edilib-



edilməməsini yoxlamaq; 

 

11.1.2.  Sığorta  müqaviləsinin/  Sığorta  şəhadətnaməsinin  itdiyi  halda  Sığortaçıdan  onun 



dublikatını almaq; 

 

11.1.3. Müqavilədə sığorta hadisəsi kimi müəyyən edilmiş halların baş verməsinə qədər bu 



Qaydaların  10.8.  bəndində  göstərilmiş  müddətlə  bağlı tələbə  əməl  etməklə,  yazılı  formada 

xəbərdarlıq edərək Müqaviləni vaxtından əvvəl ləğv etmək; 




 

14 

 

11.1.4.  Sığorta  hadisəsinin  baş  verməsinə  qədər  Sığorta  olunanın  yazılı  razılığı  ilə  onun 



öldüyü halda sığorta təminatı alacaq Faydalanan şəxsi təyin etmək, həmçinin yenə də Sığorta 

olunanın yazılı razılığı ilə onu digəri ilə əvəz etmək

 

11.1.5. Müqavilənin şərtləri və bu Qaydalar üzrə hər hansı izahatlar almaq; 



 

11.1.6. Müqavilə və bu Qaydalara uyğun olaraq qaytarılan məbləği və ya onun bir hissəsini 

almaq; 

 

11.1.7.  Bu Qaydaların 13-cü bəndinə uyğun olaraq ssuda almaq; 



 

11.1.8.  Sığortaçı  ilə  qarşılıqlı  razılıq  əsasınsa  Sığorta  müqaviləsinin    sığorta  məbləğinə, 

sığorta  haqqının  miqdarı  və  ödənilmə  qaydasına,  sığorta  təminatının  ödənilməsi  qaydasına 

aid olan şərtlərini dəyişmək. Belə dəyişikliklər Müqaviləyə edilən əlavə ilə rəsmləşdirilir. 

 

11.1.9. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlardan 



istifadə etmək; 

 

11.2. Sığortalının vəzifələri: 



 

11.2.1. Sığorta haqqlarını Müqavilədə nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;  

 

11.2.2.  Sığorta  hadisəsi  baş  verərkən,  Sığortaçını  bu  barədə  bildiyi  və  ya  bilməyə  borclu 



olduğu andan 30 gün müddətində yazılı şəkildə məlumatlandırmalıdır. Sığortalının hadisənin 

baş verməsi faktı barədə Sığortaçını məlumatlandırmaq vəzifəsi Faydalanan şəxs tərəfindən 

də yerinə yetirilə bilər. 

 

11.2.3.  Sığortaçıya  onun  tələbi  ilə  sığorta  olunan  və  ya  Faydalanan  şəxs  barədə  düzgün 



məlumat vermək; 

 

11.2.4.  Sığortaçıya  və  ya  onun  nümayəndəsinə  sığorta  hadisəsi  ilə  əlaqəsi  olan  məlumatı 



sərbəst əldə etmək imkanı vermək; 

 

11.2.5.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulan  digər  vəzifələri 



yerinə yetirmək

 

11.3. Sığortaçının hüquqları: 



 

11.3.1.  Sığortalının  verdiyi  məlumatların,  həmçinin    Sığortalı  tərəfindən  Müqavilə  və 

Qaydalara əməl edilib - edilməməsinin yoxlanılması; 

 

11.3.2.  Sığorta  hadisəsi  baş  verdiyi  andan  3  il  müddətində  bu  Qaydaların  12.5.  bəndində 



nəzərdə  tutulmuş  müvafiq  sənədlər  Sığortaçıya  təqdim  edilməzsə,  sığorta  təminatının 

ödənilməsindən imtina etmək; 

 

11.3.3. Sığorta olunanın səbəb olan sığorta hadisəsinin baş verməsi faktı üzrə cinayət işinin 



qaldırılması  halında  səlahiyyətli  orqanın  müvafiq  qərarının  çıxmasına  qədər  və  ya  Sığorta 


Yüklə 222,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə