Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

 
26
məqsədini güdmüş imanlı şəxslər olmuşdur. Onların bəziləri 
unudulmamış,  haqqında  maraqlı,  düşündürücü,  tərbiyəvi 
söhbətlər də qalmışdır. Günəşli nəslindən olan Hacı Seydəli 
varlı olmuşdur. Yüzə qədər arısı, qoyun sürüsü, əkin sahələri 
olmuşdur.  Atasının  adını  qoyduğu  oğlu  Niftalının  Hacı 
Seyidəlidən səxavətli, əliaçıq olduğu söylənilr. 
Hacı Seyidəli deyirmis; “Yanmaqla, yeməyə heç nə çatmaz, 
heç vaxt onlara çox demə “, “ Ac evə qaçar, lüt bayıra “.
Xatırlamalar. Bir gün kəndin ortasında bir neçə nəfər daya­
nıb söhbət ölümdən, qalımdan düşəndə peşəsi oğurluq olan 
bir nəfər öləndə öz qəbrinin harada və necə olacağını söyləyir. 
Bir kənarda əsasına söykənib dayanmış Hacı Seyidəli istehza 
ilə gülür və deyir; “ –Sənin heç qəbrin olacaq ki, necəliyini də 
biləsən?”
İllər keçir. Həmin adam harada ölür, harada qalır, məlum 
olmur. Hacı Seyidəlinin uzaqgörənliklə dediyi sözlər düz çı­
xır.
Əliməmmədlilərdən olan Hacı Məlik haqqında danışılır ki, 
Məkkə  ziyarətindən  qayıdanda  pulu  qurtarır.  Onunla  bir 
vaxtda  ziyarətdə  olan  Hacı  Seyidəli  Hacı  Məlikə  pul  təklif 
edir. Hacı Məlik bir az düşünür və deyir:
– Seyidəli, siz gedin, kənddə deyərsən ki, Məlikin işi oldu, 
bir  az  gecikəcək.  Mən  qalacağam,  işləyib  pul  əldə  edəndən 
sonra  gələcəyəm.  İstəyirəm  Həcc  xərcim  öz  zəhmətimlə  ol­
sun. Sənin verdiyin pul haçansa mənə sərki (baş qaxancı) olar.
Hacı Məlik öz dediyi kimi də edir.
Ağakişililərdən  olan  Hacı  Eynal  əvvəlcə  aşıq  olmuşdur. 
Dini təhsil alan və qəlbində Allaha bağlılığı güclü olan Eynal 
ətraf kəndlərdə də toy məclisi apararmış. Toy məclislərində 
çox vaxt dinlə bağlı şeirlər oxuyarmış. Məclislərin birində bir 
cavan ayağa qalxıb deyir: 
– Aşıq, biz buraya şənlənməyə gəlmişik, Quran öyrənməyə 
gəlməmişik ki?
Aşıq Eynal deyir:
– Mənim aşıqlıq etməyim xalqa Quranı öyrətmək üçündür. 
Bunu etməyəcəyəmsə, heç aşıqlıq da etməyəcəyəm.


27
Deyilənlərə  görə, Aşıq  Eynal  sözünü  deyib  sazını  vurub 
sındırır, məclisi tərk edir. Həmin vaxtda Həccə getməyə ha­
zırlıq gedirmiş. Eynal da tədarükünü görür və ziyarətə gedir. 
Həcc ziyarətindən sonra Hacı Eynal adlandırılmış, kəndin sa­
yılan, hörmətli şəxslərindən biri olmuşdur.
Cinitlilərdən Hacı Məhəmməd və Hacı Hacəli qardaş ol­
muşlar. Hər ikisi İstanbulda İlahiyyat universitetində ali təhsil 
almışlar.  1843-cü  ildə  Azərbaycanın  müxtəlif  yerlərindən 
həmin  universitetdə  onlarla  birgə  daha  10  nəfər  vardı. 
Tələbələrdən biri – Ağsunun Qaraqoyunlu kəndindən olan – 
bu  qardaşlarla  dostlaşıb,  sonralar  Həcc  səfərinə  də  birgə 
gediblər. Hacı Məhəmməd hərdən bir Ağsuya, dostunun ya­
nına gedib-gələrmiş. 1892-ci ildə (hicri 1310) dostunun yanın­
da olarkən xəstələnir və vəfat edir. Dostu onu oradaca dəfn 
edir, möhtəşəm baş daşı qoydurur. Baş daşının üstündə ərəb 
əlifbası  ilə  yazılmışdır:  “Hacı  Məhəmməd  Əfəndi”.  Hacı 
Məhəmməd  vergili  insan,  övliya  olmuşdur,  onun  haqqında 
sonrakı  hissələrdə  danışacağıq.  Hacı  Hacəli  haqqında  söz 
düşəndə belə deyirlər ki, yayı quraq keçib məhsulu az olan bir 
il imiş. Hacı Hacəli də öz zəmisinin məhsulunu yığıb evindəki 
buğda anbarına tökübmüş. Yazağzı kənd camaatının bir çoxu 
qıtlıq çəkməyə başlayır.
Bir gün Hacı Hacəli məsciddən günorta namazından evə 
gəlirmiş. Küçədə Rəcəb kişi ilə qarşılaşır (Rəcəb Əlixanlı Qey­
bullanın babasıdır). Hacı soruşur:
– Ay Rəcəb, necəsən?
Maşallah, yemişəm, lap yaxşı.
– Evdə taxılın necə, varmı?
Şükür Allaha, bir qara dağarın yarısından varımdır.
– Bəs elə bununla deyirsən yaxşıyam?
Rəcəb əl ağacını yerə atıb küçənin ortasındaca uzanır.
– Fatihə, Rəcəb öldü, dağar da qaldı.
Hacı bu səhnəyə məəttəl qalır, heç nə demədən evinə gedir. 
Amma  Rəcəblə  olan  söhbəti  unuda  bilmir.  Xeyli  düşünür: 
“Rəcəbin  heç  nəyi  yoxdur,  Allaha  şükürlüdür,  hələ  sabahı 
üçün də Allahın kərəminə sığınır. Mən isə Hacı ola-ola anbar­


 
Ağsu rayonunun Qaraqoyunlu kəndində Hacı Məhəmmədin qəbri.


29
dakı buğdama ümid olub, öz varıma sığınıb Allahın şükür və 
kəramətindən uzaq düşmüşəm.
Gecəni narahat yatan Hacı səhər bir neçə adam çağırtdırıb 
imkansız  adamların  siyahısını  tutdurur.  Özü  də  bir  pay  ol­
maqla anbarındakı taxılı paylatdırır. Bu olmuş əhvalatda istər 
Rəcəbin,  istərsə  də  Hacı  Hacəlinin  hərəkətlərindən  bu  gün 
çoxları ibrət ala bilər.
Yerfi kənd ərazisində övliyalar və pirlər
Kələva baba. Bu övliyanın məkanı kəndin arxasındakı qa­
yanın ən uca zirvəsidir. Zirvədən aşağıda, cənubda və şimal­
da, yəni dağın hər iki tərəfində bulaq var. Ziyarətə gələnlər 
hər iki səmtdə bulağın üstündə qurban kəsə bilər.
Kələva  baba  ağır  övliyadır.  Ondan  tutiya  adı  ilə  heç  nə 
götürmək olmaz. Götürən ziyan tapar. Odur ki, qorxudan heç 
kəs övliya ərazisindən bir çöp də götürmür. Natəmizliyi də 
bağışlamır.
Sovet  hakimiyyətinin  30-cu  illərində  allahsızlıq  təbliğatı 
aparılanda  Qayadalı  kənd  məktəbinin  müəllimi  məktəbin 
xidmətçisini  göndərir  ki,  get  Kələva  babanın  ağaclarından 
yandırmaq üçün gətir. Çox çəkmir, müəllimin 16-17 yaşlı oğlu 
tut ağacından yıxılıb ölür.
Başqa  bir  yerfili  Kələva  baba  ərazisindəki  otlağa  od  vur­
muşdu. Alov Kələva babanı bürüyəndə hamı dəhşət içərisində 
baxırdı. Bir qədər keçdi, həmin kişinin oğlu qəza nəticəsində 
öldü. Çoxları bu faciəni atanın əməli ilə əlaqələndirirdi.
Kələva babaya dilək edib, diləyi hasil olduğu üçün hər il 
qurban kəsənlər çox olur.
Baba Şəhməd baba. Bu kəramət sahibi, deyilənlərə görə, 
XIX əsrin ikinci yarısından Yerfidə yaşamışdır. Şam şəhərindən 
gəldiyi  söylənilir.  Yerfi  kəndində  Şıxbabalılardan  olan 
Məhəm məd kişiyə qonaq olmuş, ömrünün sonuna qədər tək, 
yəni ailəsiz yaşamışdır. Sovet hakimiyyətinin ilk illərində tor­
paq  kəndliyə  paylandıqda  Yerfidən  Nohurdüzünə  köçənlər 
arasında Şıxbabalılardan da olmuşdur.


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə