Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   33

 
12
məhəlləsi olmuş, onların tikdirdikləri evlərdən ötən əsrin 50-ci 
illərinədək qalmışdı. İndiki Qayadalı kəndindən 1.5 km yuxa­
rıda  Lahıc  kəndi,  Qayadalıdan  1  km  aşağıda  isə  Mişkəncə 
kəndi olmuşdur. Lahıc 4-cü əsrdə İranın Lahican əyalətindən 
köçüb Azərbaycana gəlmiş tatlara mənsub qəbilə adıdır. La­
kin  bizim  kəndimizin  ərazisinə  gətirilmiş  lahıclar  və  mis-
kincəlilər xanlıqlar dövründə zorla köçürülüb gətirilən əhali 
olmuşdur.  Bir-neçə  onillikdən  sonra  ruslar  Azərbaycanda 
əmin-amanlıq yaratdıqda həmin əhali öz doğma yurdlarına 
qayıtmışlar.  Onlar  bu  yerlərdə  az  müddət  yaşadıqlarından 
digər  kəndlərlə  qohumluq  əlaqəsi  yaranmamış,  köçüb 
getdikdən sonra da həmin əhali ilə əlaqə olmamışdır. Zorla 
köçürülmüş əhali çox işgüzar olmuş, qısa müddətdə özlərinə 
şərait qurmuş, miskincəlilər yaşadıqları yerə Kələva babadan 
su xətti də çəkmişlər.
Yerfi  kəndi  uzun  müddət  əhalisinin  sayına  görə  qonşu 
kəndlərdən  üstün  olmuş,  bəzən  dini,  bəzən  idarəçilik  baxı­
mından mərkəz rolunu oynamışdır. 1831-ci il siyahıya alması­
na görə Yerfidə 79, Qonaqkənddə 63, Cimidə 64, Söhübdə 56, 
Xaltanda 62 təsərrüfat olmuşdur.
Bu siyahıya almadan təxminən 100 il əvvəl, bu günümüzdən 
300  il  əvvəl  haqqında  bizə  bəzi  fikirləri  çatdıran  mənbə 
kəndimizdə olan nəsil adlarıdır. 1831-ci ildə yüzbaşı Əhmədin 
atası Həşimin 90 yaşı vardı. Həşimin atası Ağakişidir. Ağakişi 
Yerfiyə 20-30 yaşlarında gəlib, ailə qurub, məskunlaşıbsa bu 
təxminən  1735–40-cı  illərə  aiddir.  (Kənddə  nəsil  adları  bu 
dövrdən,  kənardan  gələnlər  olduqda  işlənməyə  başlamış, 
sanki “biz”, “siz” deyilmişdir.) Gələnlərin bir qismi ailə şək-
lində deyil, tək kişidən ibarət olmuş, burada evlənmişdir.
Bu gün Yerfidə yaşayan əhaliyə görə aşağıdakı nəsilləri sa­
dalamaq  olar:  Musalılar,  Nurəlilər,  Nağılılar,  Davudlular, 
Əliməmmədlilər,  Ağakişililər,  Cinitlilər,  Günəşlilər,  Əlixan-
lılar, Qaralar. 
Nəsillərdən sonrakı babaların adı ilə əqrəbalar yaranmışdır 
ki, bəziləri bunları da nəsil kimi təqdim edirlər. Məsələn, Mu­
salılar  –  Bağırlı,  Koxa  Musalı,  Cıncıq  Musalı;  Əliməmmədli 


13
oğru  və  keçəl  Əliməmmədli  kimi  əqrəbalara  ayrılmışdır. 
Ağakişililərə əmioğlu deyən Hacıbabalılar, Nağılılara əmioğlu 
deyən Qaralar da bu qəbildəndir. Beləcə, Seyidəmirlilər, Mol­
lağalılar, Şalyarlılar, Məhməsəylilər, Yaqublular, Şıxbabalılar, 
Babaxanlılar  əsas  qollardan  ayrılmışdır.  Yuxarıda  deyildiyi 
kimi,  XVIII  əsrdə  kəndə  gəlmiş  Ağakişi  Şamaxının  (indiki 
Kürdəmir ərazisi) Xınıslı kəndindən, Günəş Dərbənddən, Qa­
ralar  Qarabağdan,  Cinitlilərin  babası  isə  indiki  Türkiyə 
ərazisindən gəlmişdir.
Haşiyə.  Deyilənlərə  görə  Günəş  Dərbənddə  bir  xanın 
mehtəri olmuşdur. Mehtər xanın qızı ilə gizli sevişmişdir. İşin 
üstü açılanda xan nökərinin öldürülməsinə göstəriş vermiş­
dir. Bunu qızdan eşidən Günəş Dərbənddən qaçıb Qubanın 
Növdün kəndinə gəlmiş və burada evlənmişdir. Dərbənd Qu­
baya birləşdikdən sonra xan təsərrüfatı ilə Nügədi yaxınlığın­
da köç salır. Günəş hələ də xanın onun sorağında olduğunu 
eşidib Yerfiyə qaçır. Yerfidə də evlənir, 7 oğlu olur. Bu, 1831-ci 
il  siyahısında  var.  Növdündə  ailəsi  qaldığından  orda  da 
Günəşlilər vardır. Növdün tat kəndləri əhatəsində olan türk­
dilli kənddir, yerfililərlə əlaqəsi vardır (Quba Dövlət arxivi, 
fond 137, siyahı–1, saxlama vahidi 1–71).
Belə bir sual yaranır, niyə nəsil adı kimi məhz 1831-ci il si­
yahıya almasında olan adamların atasının adı ilə götürülüb? 
O  vaxtdan  yüz  il  əvvəl  yaşamış  bir  babanın  adı  ilə  tanına 
bilməzdimi? Cavab elə sualın özündədir. Bu nəsil adlarının 
meydana çıxmasına, elə rusun siyahıya alması səbəb olmuş­
dur.
XVIII əsrdə xanlıqlararsı vuruşmalar vaxtı başqa yerlərdən 
Yerfiyə, eləcə də Yerfidən köçmələr olmuşdur. Ağakişililərin 
Yerfiyə  gəlişi  1735-1740-cı  illərə,  Günəşlilərin  nümayəndəsi 
Günəşin gəlişi isə 1760-cı illərə düşür. Yerfidən gedib İsmayıl­
lı rayonunun Cülyan və Müdrü kəndlərində məskunlaşanların 
tarixi isə hələ ki, məlum deyil.
Deyilənlərin doğruluğuna inanmaq üçün bir sıra mənbələrə 
diqqət yetirmək münasib olar. A.Bakıxanov “Gülüstani-İrəm” 
adlı əsərində yazır: “Samur nahiyəsindəki Mişkincə kəndinin 


 
14
əhalisini  1-ci  Şah  Təhmasib  Səfəvi  Astarabad  hüdudundan 
buraya köçürmüşdür. Bu nahiyədə yalnız Mişkincə kəndi şiə 
məzhəbidir”( səh.20 ). “Şeyx Əli xan qəflətən gedib Dərbəndin 
Ulus  nahiyəsinin  9  kəndini  köçürüb  Qubaya  gətirdi”  (səh. 
215).  “Şirvanlı  Mustafa  xan,  Xançobanı  tayfasını  toplayıb 
Ağsu  şəhərini  Fit  dağına  köçürməyi  əmr  verdi.  Yaşayış 
vəsaitinin  azlığından  və  soyuğun  şiddətindən  əhalıinin  bir 
çoxu  fəlakət  və  zillətə  məruz  qaldı,  bir  çoxu  da  Qubaya  və 
Dərbəndə dağıldı.” (səh. 206)
İskəndər bəy Hacıniski “Qubalı Fətəli xan” əsərində yazır 
ki, Fətəli xan Dərbənd bəyləri ilə gizli əlaqəyə girdi, onlara o 
vaxta  qədər  bəxşişlər  verdi,  nəvaziş  göstərdi  ki,  onların 
bəziləri Qubaya köçdülər. 1759-cu ildə Dərbəndi bir güllə belə 
atmadan işğal etdikdən sonra da Quba ərazisinə köçmə və ya 
köçürülmələr olmuşdur.
Şahin Fazil Fərzəlibəyli də “Quba tarixi” kitabında yazır:” 
Kizlyar komendantı general-mayor fon-Fraundorf tərəfindən 
Həştərxan qubernatoruna göndərilən 8 dekabr 1759-cu il ta­
rixli  məktubla  məlumat  verildiyinə  görə,  müttəfiqlərin 
birləşmiş qoşunları sürətlə Dərbəndə gedərək oraya tabe olan 
kəndlərin əhalisini Quba kəndlərinə köçürməyə başladılar.”
A.Bakıxanov  yazır  ki,  Dərbəndin  sünni  əhalisi  sufi  məz-
həbdilər. Qubanın da sünni və safii məzhəb olan kəndləri çox­
dur. Qatı dindar olmasalar da yerfililər də sünni, safii məz-
həbdirlər.
1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə 
Azərbaycanın şimalı Rusiya tərəfindən işğal olunduqdan son­
ra 1831-ci ildə ilk dəfə siyahıya alınma aparıldı. Siyahıya al­
mada  ailədə  yalnız  kişi  cinsindən  olanlar  yazılırdı.  Həmin 
dövrdə  qadınların  siyahıya  alınmasına  müsəlman  kişisi  heç 
cür  razı  olmazdı.  Siyahıya  diqqət  etdikdə  bunu  da  görmək 
mümkündür ki, hələ heç bir ailədə soyadı işlənmir. Hər bir 
nəfər özünün və atasının adı ilə göstərilir.
Bu  siyahının  hər  bir  yerfilinin  evində  olmasını  istədiyi-
mizdən olduğu kimi burada verməyi münasib bildik. 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə