Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə101/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   97   98   99   100   101   102   103   104   ...   112

Nazim Tapdıqoğlu
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 151 nəfər güllələnir...
29  noyabr  1981-ci il - İsmayıllı rayonu ərazisində zəlzələ baş verir. Dağıntılar 
olur...
29  noyabr  1988-ci il - Qərbi Azərbaycanın Basarkeçər mahalının Aşağı və 
Yuxan Şorca,  Qayabaşı,  Qoşabulaq, Subatan, Zağalı, San Yaqub, Qaraqoyunlu, 
Nərimanlı, Ağkilsə, Gözəldərə, Zərkənd, Zod, İnəkdağı kəndlərinin əhalisi Kəl­
bəcər dağlarını aşaraq böyük çətinliklə (44nəfər itki) Azərbaycana gəlirlər. Er­
məni qaragüruhu digər həmvətənlərimiz kimi Dilican və İcevan rayonlarının bir 
sıra  azərbaycanlılar yaşayan  kəndlərinin əhalisini  də ata-baba yurdundan  di­
dərgin salır...
29  noyabr  1988-ci il - Ermənistanın Quqark rayonunda 70 nəfər azərbaycanlı 
qətlə yetirilir. Təkcə Gözəldərə kəndində 21 nəfər, o cümlədən 6 qadın və 3 körpə 
ermənilər tərəfindən vəhşicəsinə öldürülür...
29 
noyabr  1989-cu il -  Ermənistanda qalmış  40 nəfər  azərbaycanlı kütləvi 
şəkildə ermənilər tərəfindən məhv edilir...
29  noyabr  1990-cı il - Ağdam rayonunun Şelli və Cinli kəndlərinə ermənilər 
tərəfindən basqın edilir...
29 
noyabr  1990-cı il - Xocalı təyyarə limanına növbə çəkməyə gedən milis 
işçilərini aparan  avtobus  erməni terrorçuları  tərəfindən  atəşə tutulur.  1  nəfər 
həlak olur, 16 nəfər yaralanır...
29  noyabr  1990-ci il-  16 yaşlı Xocalı sakini Xanoğlan Şahməmmədov qoyun 
otararkən erməni yaraqlısı tərəfindən girov götürülür...
29 
noyabr  1991-ci il - Ağdam-Cəmilli reysi ilə uçan vertolyot ermənilər tə­
rəfindən atəşə tutulur...
29 
noyabr  1991-ci il - Əslən Xıdırlı kənd sakini olan bir nəfər azərbaycanlı 
Xramord kəndi yaxınlığında yaralanır...
29 
noyabr  1995-ci il - Bakı metropolitenində erməni terrorçuları tərəfindən 
güclü partlayış törədilir.  286 nəfər azərbaycanlı faciəli  surətdə həlak  olur,  270 
nəfər yaralanır...
29  noyabr  2001-ci il - Əslən Bakı ermənisi olan  "Qızıl Xaç "ordenli polkov­
nik  Tiqran Moiseyeviç Xaçenyan  "Əsl milli hökumət"in Dağlıq  Qarabağdakı 
nümayəndəsi təyin olunur...
30  noyabr  1803-cü il - Qafqazın baş komandanı P.D.Sisianov Gəncə ermə­
nilərinə müraciət edir ki, müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sı- 
xışdırılmalardan  onların  canı  tezliklə  qurtaracaq.  Gəncə qalasmm yollarının 
planını,  xəritəsini xanın  arvadlarından  biri olan erməni qızı Astigikin qardaşı
276
Azərbaycan faciələrinin təqvimi
Andoyan Sisianova verir  (sonralar Cavad xanın ölümünə bais olanlardan biri də 
öz qaynı olur
) ...
30 
noyabr  1805-ci il - P. D. Sisianov başda olmaqla rus qoşunları Kür çayını 
keçib Şəki və Şirvan ərazisinə daxil olur...
30  noyabr  1905-ci il - Cavanşir qəzasında erməni yaraqlıları Çıraqlı və Ha- 
cıqərvənd faciələrini törədirlər.  Hər iki kəndi od vurub yandırırlar...
30 
noyabr  1920-ci il - Azərbaycan İnqilab  Komitəsinin Ermənistan  Sovet 
Respublikasına ünvanladığı teleqramda və  1  dekabr bəyannaməsində  ("Nəri­
manov bəyannaməsi")  artıq Zəngəzurun guya  "Ermənistana verilməsindən " bəhs 
olunur...
30  noyabr  1988-ci il  -  Daşnaq  terrorçular  Quqark  (Ermənistan  SSR) 
rayonunun Gözəldərə kəndinə basqın edir. 21 nəfər, o cümlədən 6 qadın, 3 körpə 
qətlə yetirilir...
30 
noyabr  1988-ci il -  Erməni  daşnaqları malakanlar yaşayan Lermontov 
kəndində qaçıb  gizlənən  Calaloğlu  rayonunun  Qarqar  kənd  sakini  Bəsti 
Mustafayevanı üzərinə neft tökərək yandırıb  öldürürlər.  Onun  20.  000 manat 
pulu və qızıl əşyaları ermənilər tərəfindən qarət olunur...
30  noyabr  1988-ci il - Vedibasarda-Vedi rayonunun Xalisə kəndində 2 azər­
baycanlı (1908-ci il təvəllüdlü Gülgəz İsmayılova və bu kəndə sığınmış Şidli kənd 
sakini,  1893-cü il təvəllüdlü Məhəmməd Nəsrulla oğlu Əliyev) erməni yaraqlıları 
tərəfindən vəhşicəsinə qətlə yetirilir. 170 exlik kəndin əhalisi  doğma ocağından 
qovulur...
30  noyabr  1988-ci il - Daşnaq  terrorçular Hamamlı  (Spitak)  rayonunun 
Saral kəndindən Həmzə çimən kəndinə yollanan qaçqın dəstəsinə hücum  edir. 
18 nəfər qətlə yetirilir. Mövsüm Balacayevin 8 nəfərlik ailəsi tamamilə məhv edi­
lir. Kənd əhalisi yurdlarından didərgin salınır...
30 
noyabr  1988-ci il - Sevan şəhərində yerləşən Respublika ruhi xəstəxana- 
sındakı  azərbaycanlı xəstələrdən 22 nəfəri daşnaq  terrorçular tərəfindən  su ilə 
doldurulmuş quyuya atılaraq boğulub məhv olurlar...
30  noyabr  1988-ci il - Erməni terrorçu qrupları Allahverdi (Ermənistan SSR, 
Tumanyan rayonu) rayonunun Ayrım kəndinə hücum edir. Kənd sakinlərindən 
Haqverdi  Haqverdiyev  və  Abbas  Əliyev evlərini tərk etmədiklərinə görə ermə­
nilər tərəfindən döyülərək qətlə yetirilir...
30  noyabr  1990-cı  il  -  Erməni  terrorçuları  tərəfindən Xankəndi  (Xocalı) 
aeroportu yaxınlığında içərisində  azərbaycanlıların olduğu  sərnişin  avtobusu 
partladılır.  2 nəfər həlak olur,  11 nəfər yaralanır...
30  noyabr  1990-cı il - Çay kəndə sığınmış  erməni  terrorçuları Xanlar  (Gö­
ygöl)  rayon sakinlərini - Məmmədəli Əhmədov, Sənan Ağayarov, Raqub Rzayev, 
Şərif Məmmədov, Sərhəddin Əliyev, Rafiq Məmmədovu qətlə yetirirlər...
30  noyabr  1990-cı il - Xanlar (Göygöl) rayonunun Martunaşen kəndində 5 
azərbaycanlı polis nəfəri ermənilər tərəfindən amansızlıqla qətlə yetirilir...
277


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə