Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   22   23   24   25   26   27   28   29   30

78 

 

dərinlikdə qazma, 4800 m dərinlikdə təmir işləri apara bilən qurğunun istehsalının 



mənimsənilməsinə başlamışdır.  

Hazırda  Azərbaycan  neft  maşınqayıranlarının  qarşısında  duran  ən  mühüm 

vəzifələrdən  biri  buraxılan  məhsulların  beynəlxalq  standartlara  uyğunlaşdırılması 

və bunun nəticəsində məhsullarımızın dünya bazarına çıxarılması, respublikamızda 

neft-qaz  istehsalı  sferasında  çalışan  xarici  şirkətlərin  neft-qaz  mədən  avadanlıq-

larına olan tələbatının müəyyən hissəsinin ödənilməsidir. Bu istiqamətdə Yaponiya 

hökumətinin  köməkliyi  ilə  «Azneftkimyamaş»  ASC-də    xüsusi  «model  layihəsi»  

həyata  keçirilmişdir.  Həmin  layihəyə  əsasən  «Azneftkimyamaş»  ASC-nin 

müəssisələrinə 

məhsulların 

sertifikatlaşdırmasının 

«QOST» 


standartları 

sistemindən  «APİ»  və  «İSO»  standartlarına  keçirilməsi  üçün  lazım  olan  nou-hau, 

texnologiya, avadanlıq və proqram təminatının tətbiqi artıq başa çatdırmışdır. Bu 

layihə  ilə  SC-nin  müəssisələrinə  45  ədədi  texnoloji  avadanlıq  olmaqla  365  ədəd 

müxtəlif avadanlıq, tərtibat, alət və ölçü cihazları verilmişdir.  

“Azneftkimyamaş”a daxil olan 5 müəssisədə - «Səttarxan adına maşınqayırma 

zavodu», «Suraxanı maşınqayırma zavodu», «Bakı  maşınqayırma zavodu», «Bakı  

neft-mədən maşınqayırma zavodu», «Zabrat maşınqayırma zavodu» TASC-lərində 

7 adda 13 tip ölçüdə neft avadanlıqları «APİ» standartı üzrə  istehsal edilir. Eyni 

zamanda  adı  çəkilən  beş  müəssisə  ilə  bərabər,  əlavə  8  müəssisə,  ümumilikdə  13 

müəssisə  «İSO»  standartları  üzrə  sertifikatlaşdırılmışdır.  Proqram  çərçivəsində 

layihə  üzrə  “Sabunçu  EİB”,  “Bakı  fəhləsi  maşınqayırma  zavodu”  və  “Balaxanı 

adına  maşınqayırma  zavodu"  TASC-lərin  istehsal  etdikləri  məhsulların  API 

monoqramlarının  alınması  üçün  sertifikatlaşdırma  işləri  həyata  keçirilmişdir. 

Bununla da 8 müəssisədə məhsullar API standartları üzrə istehsal ediləcəkdir. 

 

 



 

 

 



 


79 

 

NƏTİCƏ  

 

1.Uğurlu  strateji  idarəetmə  müəssisəni  gələcəyə  istiqamətləndirir, 



uzunmüddətli  inkişaf  istiqamətlərini    və  biznesdə  öz  mövqeyini  müəyyən  eməyə 

imkan  verir.  Strateji  idarəetmənin  nəticələri  müəssisənin  bazarda  qazandığı 

mövqeyində və iqtisadi-maliyyə göstəricilərinin uzunmüddətli meyllərində təzahür 

olunur.  Biznesin  strateji  idarəedilməsi  onun  uzun  müddətli  inkişafının  təımin 

edilməsinin  əsasıdır.  Strateji  idarəetmə  təşkilatın  vəzifəsi,  onun  plan  və 

proqnozlarının,  məqsədlərinin,  strategiyalarının  təsərrüfatçılıq  metodlarının  və 

funksiyalarının yerinə yetirilməsi ilə bağlıdır. 

2.  Müasir  şəraitdə  biznes  strategiyasının  hazırlanmasına  münasibət 

dəyişilmişdir. Əgər əvvəllər strategiyaya rəqabət mübarizəsində təşkilata üstünlük 

verən  vasitə  kimi  baxılırdısa  və  o  təşkilatın  məhdud  rəhbərlər  dairəsinə  məlum 

idisə,indi  açıq  ifadə  olunmuş  strategiyaya  üstünlük  verilir.Strategiya  təkcə 

idarəedicilərin  işi  deyil,elmi-tətqiqat  və  layihə-konstruktor  işlərində,istehsal  və 

satış  sahəsində  çalışanların  da  işidir.Deməli  icraçılar  həm  strategiyanın 

hazırlanmasında,həm də həyata keçirilməsində iştirak edirlər. 

3.  Müəssisənin  maliyyələşdirilməsinin  səhmdar  kapital  vasitəsilə  təminatı 

daha  real  sayılır.  Müəssisə  rəhbərliyi  tərəfindən  səhmlərin  buraxılışı  və 

yerləşdirilməsi  haqqında  qərar  qəbul  olunmasına  mane  olan  bir  neçə  problem 

mövcuddur.  Birincisi,  müəssisə  rəhbərləri,  bir  qayda  olaraq,  faktiki  olaraq 

müəssisədə səhm mülkiyyətindən ayrılmaz surətdə istifadə etməkdə qeyri-məhdud 

hakimiyyətə  malikdirlər.  İkincisi,  bu  maliyyələşmə  üsulundan  imtinanın  səbəbi 

müəssisə  menecmenti  tərəfindən  öz  funksiyalarını  lazımsız  yerinə  yetirdiyi  halda 

idarəedənin təhdidi ola bilər ki, bunun da nəticəsində yeni səhmdar idarəedəni öz 

tutduğu  vəzifəsindən  yerini  dəyişməyi  tələb  edir.  Üçüncüsü,  səhmlərin 

yerləşdirilməsi haqqında qərarın qəbul edilməsi yolunda aradan qaldırıla bilməyən 

maneə  maliyyə  hesabatının  tam  şəffaflığını  təmin  etmək  barədə  investorun 

tələbidir.  




80 

 

4.



  Bizneslər  portfelinin  təhlili  strateji  idarəetmənin  ən  vacib  alətlərindən  birini 

özündə  birləşdirir.  O,  aydın  təsəvvür  yaradır  ki,  biznesin  ayrı-ayrı  hissələri  bir-

birilə  qarşılıqlı  əlaqədardır  və  portfel  vahid  tam  kimi  onun  hissələrinin  sadə 

cəmindən  kəskin  surətdə  fərqlənir  və  onun  ayrı-ayrı  hissələrinin  vəziyyətinə 

nisbətən  firma  üçün  daha  vacibdir.  Bizneslər  portfelinin  təhlilinin  köməyilə  risk, 

pulun  daxil  olması,  təzələnmə  və  sıradan  çıxma  kimi  çox  mühüm  amillər 

balanslaşdırıla bilər.  

5. 


Texnologiyanın  təşkilati  struktura  təsiri  özünü  aşağıdakı  kimi  göstərir. 

Birincisi,  təşkilati  struktur  təşkilatda  istifadə  olunan  texnologiyaya  bağlıdır. 

Struktur  vahidlərin  sayı  və  onların  qarşılıqlı  yerləşməsi  təşkilatda  hansı 

texnologiyanın  istifadə  olunmasından  asılıdır.  İkincisi,  təşkilati  struktur  elə 

qurulmalıdır  ki,  o,  texnologiyanın  tənzimlənməsini  aparmağa  imkan  versin. 

Xüsusilə  də,  təşkilati  struktur  texnoloji  inkişaf  ideyalarının  əmələ  gəlməsinə  və 

yayılmasına, texnoloji təzələnmə proseslərinin aparılmasına kömək etməlidir. 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə