Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   22   23   24   25   26   27   28   29   30

75 

 

"А" Strategiyası – hər şeyi dəyişməz saxlamaq. Hər şeyi olduğu kimi təsbit 



etməyə  cəhd  etmək  və  bunu  stabilləşdirmə    adlandırmaq  mümkündür.  Buna 

baxmayaraq,  bu,  bizim  keçən  illərdə  müşahidə  etdiklərimiz    deyil.    "А" 

strategiyasının  mahiyyəti "heç nə etməmək"dən deyil, istehsal və satışın mövcud 

səviyyələrinin  saxlanmasından  ibarətdir.  Bizim  "Azneftkimyamaş"-  da  keçən 

onilliklər  ərzində  gördüklərimz  mövqelərinin  buna  heç  bir  obyektiv  əsaslandırma 

olmadan  planauyğun,  ancaq  çox  sürətli  təhvil  verilməsini  əks    etdirirdi. 

Baxmayaraq ki, heç nə etməmək də strategiyadır, və biz bütün keçən illər ərzində 

bu  strategiyanın  reallaşdırmasını  müşahidə  edə  bilərik.  Buna  baxmayaraq 

fəaliyyətsizlik həmişə deqradasiyaya gətirir, belə ki, əhatə edən həqiqət dinamikdir 

və fasiləsiz inkişaf vəziyyətindədir.  

"В"  strategiyası  -  məhsuldarlığın.  artırılması.  Verilmiş  strategiya  sistem 

effektivliyinin yükcəlməsinə yönəldilən təşkilati-idarəetmə tədbirlərinin reallaşdır-

masını bəzərdə tutur. Məhsuldarlığın artırılması strategiyasını seçərək ondan çıxış 

etmək  lazımdır  ki,  müəssisələr  yeni  texnologiyaların  inkişafına  və  ya  yeni  satış 

bazarlarının  mənimsənilməsinə miqyaslı investisiyalarının yerinə yetirilməsi üçün 

heç bir sərbəst maliyyə resurslarına malik deyildir.  

Məhsuldarlığın  artırılması  proqramı  özünə  hansı  hərəkətlərləri  daxil 

etməlidir? 

Birincisi,  idarəetmə  strukturunun  islahatı.  Müəssisənin  belə  təşkilatı 

strukturunun,  hətta  əgər  bu  yalnız  yüksəkixtisaslı  mütəxəsislərlər  tərəfindən 

doldurulacaqlarsa belə, onun məhsuldar fəaliyyət göstərə bilməməsini başa düşmək 

üçün  idarəetmə  üzrə  mütəxəsis  olmaq  zəruri  deyildir.  Bir  tərəfdən  faktiki  olaraq 

idarəetmənin  bütün  funksiyaları  müəssisələrin  rəhbərinin  əllərində  cəmlənib,  və 

digər  tərəfdən  daha  az  əhəmiyyətli  olanlar  isə  kəsişirlər  və  müxtəlif  şöbələrlə 

dəfələrlə  təkrar  olunurlar.  Vaxtaşırı  bəzi  şöbələr  onlara  tamamilə  aid  olmayan 

funksiyaları  yerinə  yetirirlər.  Əgər  bu  problemi  müəssisənin  texniki  işçilərinin 

effektivlik  artımı  üçün  imkanlarının  bacarıq,  ixtisas  səviyyəslərinə  hasil  etsək, 

vursaq  onda  məhsuldarlığın  artırılması  üçün  imkan  həqiqətən  hədsiz  görünür. 

Bundan başqa, onlar çox realdırlar. Bir şey tələb olunur  - rəhbərliyin əzmi.  



76 

 

İkincisi,  Azərbaycan  müəssisələrinin  fəaliyyət  göstərdikləri  mühit  bu  gün 



biznes  üçün  sadəcə  olaraq  arzu  edilməyəndir,  əlverişsizdir.  Vergiqoyma  sistemi 

müəssisələrə,  təkcə  inkişaf  üçün  deyil,  həm  də  stabil  mövcudluğu    üçün  imkan 

verməyərək  onu  əzir.  Əgər  müəssisədən,  fəaliyyətin    həyata  geçirilməsinə  və 

inkişafa  yönəldilə bilən faktiki olaraq bütün sərbəst aktivlər geri götürülürsə,  belə 

müəssisə investorlar üçün cəzb edici ola bilməz. Müəssisə üçün istehsal  xərclərinə 

ilkin  məsrəfləri,  minimum  əmək  haqqlarını  ödəmək,  kreditorlarla    hesablaşmaq 

üçün  minimum  dövriyyə  vəsaitləri  zəruridir,  əks  təqdirdə,  müəssisə  sadəcə 

fəaliyyətini  dayandırmağa  məcbur  olacaq.  Sənaye  müəssisəsi  vergiqoymanın  belə 

səviyyəsində  mövcud  ola  bilmir,    və  əgər  o,  bu  gün  mövcuddursa,  bu  yalnız 

vergiləri  tam  ödəmədyinə,  xammalın  tədarükçülərilə  hesablaşmadıqlarına,  əmək 

haqqlarını  vermədiyinə    görə  olur.  ona  Belə  hərəkətlərin  nəticəsi  kimi  borc 

öhdəliklərinin hər tərəfli artmasıdır.  

Üçüncüsü,  müəssisələrin  böyük  əksəriyyəti,  ənənəvi  olaraq  artıq  aktivlərə 

malikdir.  Nəticə  kimi,  resursların  irrasional  istifadəsi  və  aşağı  məhsuldarlıq  çıxış 

edir.  Təcrübə  göstərir  ki,  yalnız  dərin  islahlar  və  ya  restrukturlaşdırma 

müəssisələrin  effektivliyinin  mühüm  artımına  gətirə  bilər.  Restrukturlaşdırmanın 

nəticəsi təkcə müəssisənin krediti ödəmə qabiliyyətinin bərpası deyildir, həmçinin 

onun dəyərinin artım potensialının yaradılması, beləliklə də  və müəssisənin kapital 

qoyuluşu, investisiya  cəlbediciliyinin yüksəldilməsidir.  

Verilən  strategiyanın  reallaşdırması,  əlbəttə  stabilləşməyə  və  mümkündür  ki 

inkişaf üçün mühüm xərclərsiz ümumi məhsulun artmasına  gətirəcək. 

"С"  Strategiyası,  səhmdar  cəmiyyətin  müəyyən  rəqabət  üstünlüklərinə  malik 

olduğu müəssisələrdə səylərin təmərküzləşdirilməsi. 

"D"  Strategiyası  -  sənayenin  qarışıq  və  ya  yeni  sahələrinda  yeni 

texnologiyaların  yaradılması  və  yerli  maşınqayıranların,  maşın  mühəndislərinin 

artıq  güclü  mövqelərə  malik  olduğu  bazarlara  çıxışı.  Hər  şeydən  əvvəl  bu 

Qazaxıstanın və Orta Asiya dövlətlərinin  ənənəvi bazarlarına  aiddir. 

Verilən  strategiya  yeni  məhsul    və  texnologiyaların  işlənib  hazırlanmasına, 

əhəmiyyətli qoyuluşları, eləcə də istehsalın yaradılmasına investisiyalar tələb edir. 



77 

 

Buna  görə  də  bu  strategiya  yuxarıda  müəyyən  ediləndən  daha  erkən  reallaşdırıla 



bilməz.  Faktiki  olaraq  bu  strategiya  mövcud  olan  məhsulların  keyfiyyətcə 

təkmilləşdirməsi və prinsipcə yeni məhsulların yaradılması mərhələsini və əvvəllər 

mənimsənilmiş satış bazarlarında rəqabət mövqelərin gücləndirməsini bildirir.  

"E" Strategiyası - sənayenin yeni sahələrində yeni texnologiyaların inkişafı və 

yeni satış bazarlarına çıxış. 

Bu  strategiya  ən  bahalıdır.  Yeni  məhsulların  və  texnologiyaların  yaradılma-

sına xərclərlə yanaşı marketinqə mühüm qoyuluşları, yeni məhsullar üçün bazarın 

inkişafı  tələb  olunur.  Verilmiş  strategiyanın  uğursuz  reallaşdırmasının  tipik 

nümunəsi SSRİ-də olan konversiya idi. Bu zaman tank istehsalçılarını yaxşı məişət 

cihazlarını  yaratmağa  və  bu  texnikalarla  yeni  bazarlara  çıxmağa  məcbur  etməyə 

cəhd edirdilər.  

"Böyük  sıçrayış"  və  ya  təkamül  inkişafı  strategiyası.  İqtisadi  strategiyanı 

işlətib  hazırlayarkən  zəruri  resursların  olmasını  və    onlara  olan  tələbati  nəzərə 

almaq  zəruridir:  əmək,  elmi,  texnoloji,  təbii,  enerji  və  maliyyə.  Müəyyən 

məhdudiyyətlərin  və  imkanların  olmasını  nəzərə  alaraq  hərəkətlərin  prioritetlərini 

və  ardıcıllığını  qurmaq  lazımdır.  "Böyük  sıçrayış"  cəhdi  müvəffəqiyyətsizliyə 

məhkumdır.  "Heç  nə  etməmək"  strategiyasından  "yeni  bazarlara  yeni  məhsullar" 

strategiyasına tullanmaq qeyri-mümkündür. 

Elmi-texniki  tərəqqinin  nailiyyətlərinin  istehsalata  tətbiqi,  yeni  məhsulların 

mənimsənilməsi 

həmişə 

“Azneftkimyamaş”  SC-nin  rəhbərliyinin  diqqət 



mərkəzində  olmuşdur.  2007-2010-cu  illərin  “Yeni  texnika  və  texnologiya 

proqramı”  çərçivəsində  19  yeni  neftqazmədən  avadanlığının  sınaq  nümunələri 

hazırlanmış  və  müvafiq  sınaqlar  keçirilmiş,  12  adda  məhsulun  seriyalı    istehsalı 

mənimsənilmişdir.  SC-nin  müəssisələrimiz  bir  sıra  yeni  məhsulların  istehsalının 

mənimsənilməsinə  nail  olmuşlar.  Belə  ki,  “Bakı  fəhləsi  maşınqayırma  zavodu” 

TASC-də yeni layihə əsasında yükqaldırma qabiliyyəti 60 ton və 80 ton olan, 2500 

m-ə  qədər  dərinlikdə  qazma  və  təmir  işləri  aparan    qurğunun  istehsalı 

mənimsənilmişdir. Bunlarla yanaşı, 2007-ci ildən etibarən Cəmiyyət Almaniyanın 

“Bentek”  firması  ilə  birlikdə  yükqaldırma  qabiliyyəti  125  ton  olan,  2600  m 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə