72
Maşınqayırma müəssisəsinin rəqabət qabiliyətliliyini aaşağıdakı amillərlə
müəyyən etmək olar:
-məhsulun və xidmətin keyfiyyəti;
- marketinq və satışın effektiv strategiyası olmsı;
- heyyətin və mencmentin ixtisas səviyyə;
- istehsalın texnoloji səviyyəsi;
- müəssisənin fəaliyyət göstərdiyi vergi mühiti;
- maliyyələşdirmə mənbələrinin mümkünlüyü.
"Azneftkimyamaş"ın səhmdar cəiyyətin yenidən formalaşdırması üzrə birinci
dərəcəli tədbirləri müəyyən etmək üçün Azərbaycan müəssisələrinin rəqabət
qabiliyətliliyinin itkisi səbəblərini müəyyən etmək lazımdır.
Məhsulun və xidmətin keyfiyyəti Azərbaycan əmtəələrinin ənənəvi olaraq
aşağı keyfiyyətliliyi heç də keyfiyyətli məhsul yaratmaq və istehsal etmək
qabiliyyətsizliyinin nəticəsi deyildir. Bazarın tələblərinə cavab verən əhəmiyyətli
dərəcədə yeni məhsulu yaratmamaq və ya təkmilləşdirməmək üçün heç bir ciddi
səbəblər yoxdur. Əgər müəssisənin mühəndis-layihə xidmətinin inkişaf səviyyəsi
öz qüvəsilə rəqabət qabiliyətlili məhsul yaratmağa imkan vermirsə, onda
lisenziyanın əldə edilməsı haqda, bazarda liderlik edən müəssisələrə müraciət
etməyə heç nə mane olmur. Belə təcrübə Çin, Cənubi Koreya və bir çox başqa
ölkələrin müəssisələri tərəfindən müvəffəqiyyətlə tətbiq edildi. Həm də bu
ölkələrin müəssisələri tarixən texnoloji səviyyəyə və mühəndis-layihə ənənələrinə
görə Azərbaycan müəssisələrdən xeyli geri qalırdı. Azərbaycan müəssisələrinin
yüksək keyfiyyətli və rəqabətə davamlı məhsulu istehsal etmək qabiliyyətinin
olmaması köhnəlmiş texnoloji avadanlıqların olmasıdır. Bəs müasir avadanlıqların
əldə edilməsi üçün imkanların olduğu və sərhədlərin açıq olduğu vaxtda ən yeni
avadanlıqların əldə edilməsinə mane olur? Digər tərəfdən, müəssisə bu gün tələb
olan texnoloji avadanlıqlara malik olmayan müəssisələr zəruri avadanlıqlara malik
olan digər müəssisələrdən zəruri detal və hissələri sifariş verə bilər.
Məhsulun istehsalının bütün mərhələlərində onun keyfiyyətinə nəzarətin
təmin edilməsi həmçinin texniki problemdən çox, təşkilati-idarəedici problemdir.
73
MDB bazarında, müəssisələtin hazırlığı üçün və ISO9000 standartlarına müvafiq
olan keyfiyyətin idarə edilmə sistemlərinin tətbiqi üzrə müvəffəqiyyətlə xidmət
göstərən məsləhətçi şirkətlər iştirak edirlər.
Azərbaycanda sənaye üçün yeni məhsulların və ideyaların mənbəyi kimi çixiş
edə bilən tələb olunmamış iri miqyasda innovasiya potensialı mövcuddur.
Işləmələrin müəllifləri yeni ixtiralara əaslanan orijinal və rəqabətə davamlı
məhsulun istehsalını və satışını təşkil etmək imkanı tapmağa cəhd edirlər.
İxtiraçının yalnız yeni məhsul ideyası əsasında kapitalı cəlb etmək şansları
təcrübəyə, istehsal imkanına və ixtisaslı heyyətinə malik olan, yeni məhsulun
istehsalını mənimcəməyi planlaşdıraran sənaye müəssisələrinin imkanından
əhəmiyyətli dərəcədə aşağıdır. Buna baxmayaraq alimlərin və sənayeçilərin
effektiv əməkdaşlıqlarının nümunələri faktiki olaraq mövcud deyildir. Səbəb odur
ki, bizim ölkədə iş vençur maliyyələşdirməsi mexanizmləri kifayət dərəcədə
inkişaf etməmişdir. Məsələn, Tayvanda qanunvericiliklə müəyyən edilib ki, ixti-
ranın müəllifi onun kəşfinin əsasında məhsulun istehsalına və satışına hüquqların
verildiyi korporasiyadan müəssisənin texniki səhmlərinin 15 %-ə qədərini ala bilər.
Beləliklə, Azərbaycan müəssisələri yeni rəqabətə davamlı məhsulun
yaradılması və onun istehsalının yüksək keyfiyyətin təmin edilməsi məsəllərininin
həlli üçün bütün şəraitə və imkanlara malikdir. Həm də bu problem müstəsna
olaraq təşkilati-idarə etmə tədbirləri vasitəsi ilə müəssisənin inzibatilıq tərəfindən
həll edilə bilər.
Effektiv bazar strategiyası və realistik planlar. Hətta "Azneftkimyamaş"-ın
səhmdar cəmiyyətin zəruri texnoloji potensiala malik olan və keyfiyyətli
məhsulları istehsal etməyə qadir olan bala müəssisələri bazarda effektiv fəaliyyət
göstərmək bacarığında deyillər. Çox vaxt bu, müəyyən sahədə iş təcrübəsi, elmi-
texniki potensial, təşkilatı və maliyyə imkanları da daxil olmaqla müəssisənin
rəqabət üstünlüklərinin və mövcud imkanlarının nəzərə alınması ilə istehlakçı-
ların müəyyən məqsədli qruplarına səmtləşdirilmiş heç bir dəqiq strategiyaya
malik olmaması ilə törənmiş olur.
74
Strategiyaya və konkret hərəkət planına malik olmayan heç bir səhmdar
cəmiyyət və onun heç bir bala müəssisəsi biznes nöqteyi-nəzərindən, gələcək
gəlirlərin proqnozunun nəzərə alınması baxımından investorlar tərəfindən
qiymətləndirilə bilməzlər. Belə müəssisə ağırlaşdırılmış öhdəçilikli activlərin
sadəcə bir yığımını verir. Başqa sözlə, korporativ strategiyanın olması müəssisənin
bazar dəyərinin formalaşmasını təmin edir.
Rəqabət üstünlüklərinə əsaslan strategiya. İnkişaf strategiyasının seçimi
müəssisə restrukturlaşdırmasında əsas dəyərə malikdir. Dəqiq strategiyaya malik
olmadan fəaliyyətdə hansısa bir əhəmiyyətli müvəffəqiyyətlərə nail olmaq qeyri-
mümkündür, belə ki, strategiyanın uyğunluğu cari fəaliyyətin qarşıya qoyulmuş
məqsədə uyğunluq səviyyəsinin qiymətləndirilməsində vacib ölçü meyardır. Yaxın
gələcəkdə "Azneftkimyamaş" səhmdar cəmiyyətinin rəhbərliyi tərəfindən
reallaşdırıla bilən iqtisadi strategiyanın mümkün variantlarını təhlil etməyin mənası
vardır. Korporativ strateji planlaşdırmaya müvafiq olaraq GAP - səhmdar
cəmiyyətin inkişaf strategiyasının müxtəlif variantlarının baxılması üçün təhlil
tətbiq ediləndir.
Sxem 4. "Azneftkimyamaş" ASC-nin inkişaf strategiyasının müxtəlif
variantları
İstehsal və satış həcmləri
Vaxt
E
D
C
B
A