128
tirir.
–Yox, qağa, Allah allahlığı ilə insanın hər gü-
nünü xoş etmir, birini ağ edəndə ikisini qara edir.
Əmbə sən qorxma, pulsuz qalan deyilsən...
Başa düşürdü ki, barakda gedən qumarı Iltifat
idarə edir və hətta bu işdən xəbəri olan əməliyyatçı
zabitə də vaxtlı-vaxtında “haqq” çatdırır. Bir dəfə Il-
tifat həmin zabitə otaqların birində haqq çatdıran an-
da təsadüfən içəri daxil olmuş, qapını döyməməsinə
görə üzr istəyərək çölə çıxmışdı. O, səhvə yol ver-
mişdi, içəri daxil olmamışdan əvvəl qapını döyməli
idi. Onu cəza gözləyirdi, elə də oldu.
Bir gün, növbəti axtarış zamanı balışının içəri-
sindən adi, köhnə şpris tapıldığı üçün on beş günlü-
yə cərimə təcridxanasına – qaranlıq, rütubətli kame-
raya salındı. Kameranın hündürlüyü bir qarış, eni iki
qarış olan qalın dəmir barmaqlıqlı pəncərəsindən
içəriyə günəş işığı düşmürdü. Divarlar yarıya qədər
nəm idi. Beton döşəmənin üzəriylə arabir siçanlar
qaçışırdı. Ayaq üstə dayanmaqdan bezirdin, otur-
mağa yer yox idi. Divara bərkidilmiş dəmir döşəməli
çarpayılar yatmaq vaxtı açılır, səhər saat altı olmamış
nəzarətçinin əmri ilə dəhlizdəki sancaqla divara bağ-
lanıb bərkidilirdi. Gün ərzində üç dəfə bir qab su, ba-
landa, bir parça çörək qapıdakı qol girəcək deşikdən
söyüşqarışıq ona bəxş edilirdi.
Ayaqyolu içəridə – kameranın qapıya yaxın
129
küncündə yerləşirdi. Bəzən krana su gəlməyəndə
ayaqyolunun üfunətindən içəridə baş çatlayırdı.
Ağarəhim ilk dəfə idi cərimə təcridxanasına düşür-
dü. Haqqında çox eşitmişdi, amma, buranın cəhən-
nəm əzabından belə be-tər olması heç vaxt təsəvvü-
rünə gəlməmişdi. Bəxti gətirdiyindən qarşıdan gə-
lən bayrama görə onu deyilən vaxtdan üç gün tez
buraxdılar. Halsız, xəstə vəziyyətində baraka qayıt-
dı. Rəngi saralmışdı, arıqlıqdan sifətinin almacıqları
irəli çıxmışdı. Öz görkəminə düşməsi üçün bir aya
qədər vaxt keçməli oldu.
Cərimə təcridxanasından qayıdandan sonra,
qumarda əli uğurlu olmurdu. Qazanmaqdansa çox
zaman itirirdi. Günlərin birində isə, ilk dəfə böyük
məbləğdə uduzmuşdu.
Əli-ayağı yerdən üzülmüşdü. Vaxt vermişdilər,
vaxt tamam olana qədər “tavan altından” çıxmalı idi.
Yoxsa onu böyük biabırçılıq gözləyirdi... Iki yolu
vardı: ya hansı yolla olur-olsun, hardansa borc-xərc
pul tapıb ödəməli, ya da qumarbaşının çıxaracağı qə-
rarın insafına uyğun onun adamlığına şərəfsizlik gə-
tirən ağlagəlməz gülünc bir hərəkətdən başlamış
“petux” siyahısına düşməsinədək cəzalana bilər. Bu
adla tanınanlar zonda murdar əski günündə idilər.
Onlarla özlərinə tay hesab olunanlardan savayı heç
kəs görüşmür, yoldaşlıq etmir, hətta yanaşı belə da-
yanmırdılar. Görən kimi kənara qovurdular. Gecələr
130
barakın qapısı tərəfdə yatardılar, gündüzlər isə iş-
gücləri yalnız silib-süpürmək idi. Tavan – qumar
borcu ucbatından belə günə düşənlər arabir də olsa
olurdu. Ötən illərdə birisi deyilənə görə, “petuxluq”
cəzasından canını qurtarmaq üçün özünü maykası
ilə çarpayının başına bağlayıb boğmuşdu.
O, bilmirdi nə etsin,dərdin kimə desin, kimdən
pul istəsin, tavandan necə çıxsın?.. Təkcə onu qərar-
laşdırmışdı ki, əgər heç yerdən pul əldə edə bilməsə,
biabırçılığı gözləməyəcək, özünü öldürəcəkdi. Elə iy-
rənc gündə yaşamaqdansa ölüm daha şərəfli idi. Ya-
dına qardaşı düşdü, bu dar gündə kimsə onun kö-
məyinə çatmayacaqdı. Nəzarətçilərdən birinə and-
aman, yalvar-yaxar edib qardaşının ünvanına mək-
tub göndərdi: “Təcili özünü çatdırmasan, yaxın gün-
lərdə həyatla vidalaşmalı olacağam.”
Qardaşı təlaşla gəldi. Qardaşı ondan çox yox,
iki yaş böyük idi, amma, ailəyə həmişə o kömək edir-
di. Ağarəhim zonda yatdığı müddətdə anasını dəfn
etmişdi, bacısına toy edib gəlin köçürmüşdü, bacar-
dığından Gülbənizə, onun uşaqlarına kömək edirdi.
Özünün üç azyaşlı uşağı vardı.
Görüş otagında onu görəndə, elə bil dünyaya
təzədən gəldi. Günahını etiraf etdi, bir də belə qələt
etməyəcəyini söylədi. Qardaşı da keçdi günahından.
Ancaq, bir şərt qoydu:
–De ki, sən öl, bir də qumar oynamayacağam!..
131
O, çarəsiz qalıb ürəyində and içmədisə də dili
ilə and içdi. Qardaşından pul götürüb, tavanı ödəyib,
canını gözlənilən ağır “cəzadan” qurtardı.
On gün oynamadı. Qardaşının yanında and iç-
diyinə görə qəlbinə zor göstərib, özünü güclə oyna-
maqdan saxlayırdı. Lakin, qumar dostları onu rahat
buraxmırdılar, elə hey ürəkli olmağa həvəsləndirib
dingildədirdilər. On birinci gün çoxdan qoluna vura
bilmədiyi iynənin dəmi gəlmişdi canına. Pulu da
azalmışdı. Özünü saxlaya bilməyib andını pozdu,
yenidən qumara başladı.
Altı ay keçməmiş ikinci dəfə böyük məbləğdə
uduzdu. Bu dəfə qardaşına ağır xəstə olduğunu,
müalicə üçün pul lazım olması xəbərini göndərdi. Az
keçmədi,qardaşı yenə gəldi. Görüş zamanı onun xəs-
tə olmadığını,yalan danışdığını, andı pozub təzədən
qumara qurşandığını başa düşdü. Pulları verib dedi:
–Ağarəhim, anamın ruhu xatirinə sənə bu dəfə
də kömək edirəm. Amma, sən ki, mənim canıma and
içdin, əməl etmədin, mənim bundan sonra, sən adda
qardaşım yoxdur. Bir də mənə xəbər göndərmə, –
acıqlı, sağollaşmadan görüşdən çıxdı.
Elə o gedən oldu, bir daha gəlmədi. Ağarəhi-
min o gündən sanki, qol-qanadı qırılıb çiyinlərindən
asılı qaldı.
Çox istəyirdi ki, özünə qayıtsın, düşdüyü və-
ziyyətdən çıxsın. Bacarmırdı. Ətrafındakı əcaib mü-
Dostları ilə paylaş: |