108
Ağarəhim insaflı alverçi idi. Başqalarına nisbə-
tən ucuz satırdı, çəkidə çox aldatmırdı. Bu da onun
ətrafında olan o biri alverçiləri özündən çıxardıb
qeyzləndirirdi. Xüsusilə, aralarında ən yaşlısı, özünü
hamıdan ağıllı, bazarın qeyri-rəsmi şefi sayan, sol qı-
çını çəkdiyinə görə “Topal” çağırılan Bəyəhmədin ilk
gündən Ağarəhimin alıcıları özünə cəlb etməyi xo-
şuna gəlməmişdi. Bir-iki dəfə xəbərdarlıq məqsədiy-
lə ona söz də atmışdı:
–Bacıoğlu, belə yaramaz a... Göz görə-görə al-
verimizi öldürürsən. Yoxsa özünü ağıllı, bizi soğan-
başı sayırsan?
–Yox ay kişi, elə deyil. Mənimki düzlükdü. Baş-
qa heç kimlə işim yoxdur. Neynim, sizin kimi bacar-
mıram, əlimdən gəlmir.
–Bacarmalısan, bacıoğlu, bacarmalısan, yoxsa
sənin düzgünlüyün bizi əyəcək...
Ağarəhim Topala, onun adamlarına əhəmiyyət
vermir, öz bildiyi qaydada alverini edirdi. Topalın si-
fəti isə hər dəfə onu görəndə günü-gündən daha da
“əyilirdi”.
Bir axşam hava qaranlıqlaşanda alverini qurta-
rıb, bazardan çıxan yerdə hərəsi bir tərəfdən iki polis
nəfəri onu qoltuqladılar:
–Əl-qol atma, bizimlə şöbəyə gedəcəksən.
–Nəyə görə, nə məsələdir, deyin bilim də güna-
hımı. Bəlkə elə buradaca söhbətimizi eləyək?
109
–Yox, söhbətimizi şöbədə eləyəcəyik. Vəssa-
lam, uzatma, elə etmə ki, səninlə başqa cür rəftar
edək.
Onu polis maşınına oturdub şöbəyə apardılar.
Şöbədə bər-bəzəkli kabinetə saldılar. Həmin cabinet-
də başda oturmuş mayordan savayı iki leytenant da
var idi. Mayor sifətini bozardıb acıqla dilləndi:
–Hamının gözü qabağında ciblərində nə var, çı-
xar tök stolun üstünə. Tez ol!
Ağarəhimin ürəyi döyünməyə başladı: axı
onun ciblərində qorxulu nə ola bilərdi? Bugünkü al-
verindən qalan pulları çıxardıb stolun üstünə tökdü:
–Götürün, hamısı qurbandı sizə, – dedi.
Mayor istehza ilə gülümsədi:
–Xeyr, bizə pul gərək deyil, bizə lazım olan sə-
nin cibində qalıb, çıxar onu da.
–Allah haqqı, daha başqa şey yoxdur.
–Yaxşı bax, bəlkə qoltuq cibinə qoymusan?!
Əllərini cibinə salıb bir də ələk-vələk elədi. Yan
cibindən ona tanış olmayan bükülü yumru kağız çıx-
dı. Bükülünü bayaq onu qoltuqlayan serjant görən
kimi Ağarəhimin əlindən aldı, tələm-tələsik açıb ma-
yorun qarşısına qoydu:
–Özüdür ki, var. Anaşadır. Axır ki, ələ keçdin...
Ağarəhimin canına üşütmə düşdü:
–Nəçənnik, vallah-billah, mənim o kağızdan
xəbərim yoxdur. O bükülü mənim deyil, hardan dü-
110
şüb cibimə, kim atıb, bilmirəm.
Yanında duran serjant ona möhkəm bir şapalaq
çəkdi, az qaldı yıxılsın:
–Əclaf, bəlkə demək istəyirsən biz atmışıq sə-
nin cibinə, həri?
–Yox, elə demədim. Amma, mənim xəbərim
yoxdur, mənim deyil...
–Xeyri yoxdur, atdanıb düşməyinin, – mayor
dilləndi, – biz çoxdan məlumat almışdıq sənin nar-
kotika alveri ilə gizli məşğul olmağını. Nəhayət, izi-
nə düşüb səni yaxalaya bildik. Bu da sübut, – kağıza
bükülünü göstərdi.
Sonra yanındakı leytenanta göstəriş verdi:
–Təcili protokol tərtib edin, qərar çıxardıb, özü-
nü də həbs edin.
Ağarəhim çox yalvar-yaxar, and-aman elədi,
xeyri olmadı. Səhəri günü onu istintaq təcridxanası-
na göndərdilər. Istintaq bir aya yaxın çəkdi və məh-
kəmə ona üç il iş kəsdi. Hökm oxunandan sonra isə
konvoy maşınında islah-əmək düşərgəsinə gətirdilər.
Düşərgəyə gətirən kimi başını qırxdırıb əməliy-
yatçıların otağına apardılar. Əməliyyatçı zabitlər onu
sorğu-sual etdikdən sonra üst-başını axtardılar. Ana-
sının təcridxanada yanına gətirdiyi paltarlarını so-
yundurub, məhkum paltarını qarşısına atdılar:
–Geyin, cəld ol!
Anasının əllərinin istisini, ətrini duyduğu yun-
111
dan toxunma köynəyini, paltarlarının əynindən çı-
xardıb, ona yad bir paltarın geydirilməsi Ağarəhimi
haldan çıxarmışdı. Kövrəlib hönkürtü çəkmək istə-
yirdi. Elə bil ona ölü paltarı geydirirdilər. Bu andan
dönüb olurdu “canlı meyit”.
Ləng tərpənməsinə dözməyən zabitlər ilk
“dərs” kimi Ağarəhimin bədənini “yumşaltmağa” gi-
rişdilər. Ona dəyən şillə-təpikdən elə fəallaşdı ki, bir
anın içində geyinib canını qurtararaq özünü otaqdan
çölə atdı.
Bir ay karantində saxlayıb, istehsalat zonasın-
dakı sexlərdə ağır işlərə göndərdilər. Bütün günü
Günəşin yandırıcı istisi altında işlədiyindən zənci sa-
yağı qapqara qaralıb, arıqlayıb çöpə dönmüşdü. Ka-
rantindən sonra yaşayış zonasında yaşayacağı ba-
rakda da onu çətin günlər gözləyirdi. Ancaq, qulağı-
na çatmışdı ki, “obşak”ın yaxın adamlarından biri
həmyerlisidir, xeyli sevinmişdi.
Bir ayın tamamında Ağarəhimi karantindən
azad edib briqadaya təyin etdilər, dəstə rəisinə isə
onun tərbiyə edilməsiylə məşğul olmağı tapşırdılar.
Dəstə rəisi onu qabağına qatıb qalacağı baraka apar-
dı. Barakda yerliləri hay-küylə qarşıladılar. Bir neçə
saat keçmiş xəbər gəldi ki, anası görüşə gəlib. Sevin-
cindən az qaldı ağlasın. Çətin günlərinin birində ana-
sı özünü ona yetirmişdi.
Ürəyi çırpına-çırpına görüş otağına gəldi. Ana-
Dostları ilə paylaş: |