Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   27   28   29   30   31   32   33   34   35

124 
 
da götürüb görüşə gəlmişdi. Üçgünlük ailəvi görüşə 
icazə verdilər. Ağarəhim körpəni öpməkdən doymaq 
bilmirdi.  O  heç  Gülbənizdən  də  doymamışdı.  Onun 
gəlin  üzünü,  isti  nəfəsini  qoyub,  özünü  barakın  buz 
kimi  soyuq,  ağır  havalı,  üfunətli  qucağına  atmışdı. 
Nə  qədər  böyük  səhv  elədiyini  indn  başa  düşürdü, 
ancaq artıq gec idi. Nəmlənmiş gözlərinin yaşını bo-
ğub  ürəyinə  axıdırdı.  Görüş  günü  nə  qədər  sevincli 
idisə  də,  ayrılıq  anı  çatanda  kövrəlməyə  bilmədi. 
Əzizlərindən  ayrılıb  lənətə  gəlmiş  baraka  qayıtmaq 
ona cəhənnəm əzabı qədər ağır idi. 
          Gülbəniz  altı  aydan  bir  ailəvi  görüşə  gəlirdi. 
Qaynanasının yanında konserv kombinatında işə dü-
zəlmişdi.  Çörəkqazanan  olmuşdu,  bir  az  diribaşlaş-
mışdı.  Özünün  danışığına  görə,  ailənin  korluq  çək-
məməsi üçün arabir Əmirxan da onlara  pul yardımı 
edirmiş. Gülbənizin Əmirxanı tərifləməsi onu heç aç-
mırdı, kefini pozdugundan tez “nə böyük işdir?” de-
yərək  söhbətin  yönünü  dəyişdirirdi.  Gülbənizin 
üçüncü  gəlişində  ayrılarkən  həmişəki  kimi  dolux-
sunmuşdu: 
          –Gülbəniz,  qurbanın  olum,  mən  yenə  səni  altı 
aydan  sonra  görəcəyəm,  nə  olar  bir-iki  ay  tez  gələ-
sən... 
          –Imkan  olmur,  Ağarəhim,  –  Gülbəniz  cavab 
verdi. – Gəlib-getməyin xərcini altı aya ancaq düzəl-
dirəm. 


125 
 
          –Eybi  yox,  pay-paranı  bir  qədər  az  gətirərsən. 
Təki səni, balamı görüm. 
          –Məni görmək elə bilirsən havayıdır, – gülüm-
sədi. – Bu iki gündən ötrü iki aylıq maaşımdan keç-
məli oluram, yoxsa bilmirdin? 
          Eşitdiklərindən  heyrətə  gəldi,  bu  vaxtadək  gü-
man edirdi ki, qapıda dayananlar kim nə hörmət elə-
sə, kifayətlənirlər. 
          –Deməli, bu əclaflar öz namusumuzu özümüzə 
satırlar,  gecəmizə  qiymət  qoyurlar?  –  Ağarəhim 
qeyzləndi. 
          Gülbəniz tez əlini onun ağzına dayadı: 
          –Başın  bədəninə  ağırlıq  edir  yoxsa?  Eşidərlər, 
gördüyün günlərə də həsrət qalarsan. 
          O  gündən  görüşə  nəzarət  edən  zabit  və  nəza-
rətçilərə  ürəyində  nifrət  edirdi,  Gülbənizə  “gəl”  de-
məyə isə utanırdı. Növbəti görüş vaxtı xəbər gəldi ki, 
qız  atası  olub,  qız  balası  dünyaya  gəlib.  Qız  olmağı 
Ağarəhimi sevindirməsə də xeyli düşündürdü. 
          Cəzasının yarısını çəkmişdi. Görüşə gedən yer-
lilərindən  eşitdi  ki,  anası  rəhmətə  gedib.  Anasının 
ölüm  xəbəri  ona  bərk  təsir  etdi.  Dünyada  ən  əziz 
adamı  olan  anasının  dəfnində  iştirak  etmək  imkanı 
olmadığından  ilk  dəfə  o  zaman  zonaya  düşməyinə 
nifrət etdi. Həmin günlərin birində məhkum yoldaş-
ları  arasında  kişiliyə  dair  söhbət  gedərkən  dözə  bil-


126 
 
məyib partlamışdı: 
          –Nə  kişi,  kimdi  kişi?  Biz  heç  birimiz  kişi  deyi-
lik,  eşidirsiz?  Anamızı,  bacımızı,  arvadımızı  çöldə 
qoyub, gəlib burda bıçaq soxmağı kişilik sayırsız? Ki-
şi o kəsdir ki, evində oturub, arvadı da yanında – gö-
zünün qabagında, uşaqlarını saxlayır... 
          Ətrafındakılar  onun  hüznlü,  dərdli  olduğunu 
bilib,  qəlblərinə  dəysə  belə  sözlərinə  əhəmiyyət ver-
məmişdilər. 
          Qırx gün yas saxladı. Rəisdən icazə alıb üzünü 
qırxdırmadı. Qırxıncı gün “Yasin” surəsini əzbərdən 
bilən  məhkum  yoldaşlarından  birini  –  barakın  mol-
lasını kupesinə dəvət edib, anası üçün “Yasin” oxut-
durdu.  Sonra  da  məsləhət  bildiyi  dost-tanışını  çağı-
rıb, ehsan çay verdi. Hamı anasına rəhmət dua edib, 
Ağarəhimə səbr dilədi. 
          Anasının  qırxı  ötəndən  sonra  da  Ağarəhimin 
rəngi açılmırdı. Gününü dünyadan küskün, qanıqara 
keçirirdi.  Qonşu  çarpayılarda  yatan  məhkum  yol-
daşları zabit və nəzarətçilərin gözündən yayınıb, im-
kan  tapan  kimi  vaxtlarını  öldürmək  bəhanəsiylə 
kartla  qumar  oynamağa  girişirdilər.  Əvvəllər  dəfə-
lərlə  onu  da  dəvət  etmişdilər,  yaxın  durmamışdı. 
Axır  vaxtlar  qumarın  əsas  aparıcılarından  biri  olan 
kupe yoldaşı Iltifat onu yaman şirnikdirirdi: 
          –Avam olma, gəl qoşul bizə, həm “srok”un ge-
dəcək, həm də bala-bala qazanacaqsan, cibin pulnan 


127 
 
dolacaq.  Məbadə  uduzmaqdan  qorxasan,  ə,  biz  öl-
məmüşük  ki,  səni  pis  “polojeniya”da  qoyax.  Sən  bir 
dənə “prob” elə... 
          Nəhayət,şeytan  qəlbinə  yol  tapdı,  gecənin  bi-
rində yuxusuna haram qatıb,zəif gecə lampasının işı-
ğında qumar azarına tutulanlara qarışdı. 
          Ilk günlər nə iş idisə, əli yaxşı gətirirdi. Hər ge-
cədə  əlinə  xeyli  pul  gəlirdi.  Pul  gəldikcə  ləzzət  elə-
yirdi oynamaq. Hər gün intizarla gecənin düşməsini 
gözləyirdi. Əvvəlki kimi darıxmırdı. Qəmdən, kədər-
dən  boğulan  günlərində  ona  dünyanı  unutduran 
dərmanlar təklif etmişdilər. Pulu az olduğundan im-
tina  etmişdi.  Indi  xeyli  pulu  olduğundan  nəzarətçi-
lərin  vasitəsilə  çöldən  gətirilib,  əl  altından  satılan 
narkotik dərmanlardan  əyləncə məqsədi  ilə alıb isti-
fadə etməyə başladı. 
           Yarım  ayın  içində  az  qala  xasiyyətini  dəyiş-
mişdi,  tanınası  deyildi,  qumarın  və  bihuşedici  iynə-
dərmanın azarkeşi olmuşdu. Sonralar, Ağarəhim ye-
nə  nə  iş  idisə  az-az,  hərdən  bir  udurdu.  Ona  nə  ol-
muşdu, başa düşə bilmirdi?.. Niyə bu gecə qazandı-
ğını səhərisi gecə uduzub qaytarmalıydı. Nə vaxt Il-
tifat: “Qaqaş, qəm eləmə, yaxşı olajax” deyirdisə, əli-
nə  pul  gəlirdi.  Iltifatın  səsi  gəlmədi,  uduzurdu.  Dö-
şənirdi Iltifatın ayaqlarına: 
          –Qurban olum  sənə, ağzın dualıdı, gəl sən hər 
gecə deynən “yaxşı olajax”. Sən elə deyəndə əlim gə-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə