122
himi köşkündən gəlib apardılar. Tədqiqat zamanı əl-
üzyuyanın sağ qalmış hissələrindən birində onun əl
izi tapılmışdı. Bundan əlavə, partlayış zamanı mət-
bəxdə zədə almış qadınlardan biri Ağarəhimi əlüz-
yuyana keçərkən gördüyünü, oradan çıxandan sonra
əlüzyuyana tərəf heç kimin getmədiyini, iyirmi-iyir-
mi beş dəqiqə sonra da partlayışın baş verdiyini is-
tintaqa xəbər veribmiş.
Həmin gün Ağarəhimi həbs edib, istintaq təc-
ridxanasına göndərdilər. Əmirxanla Xəlil bərk qor-
xuya düşmüşdülər. Lakin, Ağarəhim istintaq zamanı
onların adını çəkmədi.
Həyat yoldaşının tutulması ilə Gülbəniz ürə-
yində heç cür barışa bilmirdi. Təzə-təzə ürəyi istədiyi
xoş günlər görürdü, o da belə qurtardı. Yanılmadığı,
əri həbsdən buraxılarsa da birlikdə yaşadıqları bəx-
təvər günlərinin qurtarması ürəyinə dammışdı. Ona
qarşı təzəcə yaranmış, bərkiməmiş məhəbbətində ar-
tıq çat yaranmışdı. Onun fikrincə, düşüncəli adam
bu cür ucuz, gərəksiz cinayət etməməli idi. Hər şey-
dən əvvəl qoca anasını, cavan ailəsini xatırlamalı idi.
Anası təcradxanada görüş zamanı ayrılarkən,
özünü
saxlaya bilməyib, hıçqıra-hıçqıra söymüşdü:
–Ay oğraş, nöş tələsirdin, məni basdıraydın,
sonra gələrdin də bura, gərək elə məni zülmə qo-
yaydın?..
Istintaq bir aya qədər çəkdi. Məhkəmənin hök-