113
sığmırdı. Tanış-bilişə Allah eşqinə şirni paylayırdı,
oğlunu evdə görmək arzusuna çatdığı üçün hər sö-
zündə Allaha şükr edirdi. Ağarəhim işləyib son üç il-
də anasının çəkdiyi əziyyətləri qismən də olsa ödə-
mək, onun qayğısını azaltmaq istədi. Çox götür-qoy
etdikdən sonra yenə əvvəlki peşəsi – alverlə məşğul
olmağı qərarlaşdırdı. Bu dəfə bazarda deyil, yol qı-
rağında köşk düzəldib alver etməyə başladı.
Bir neçə ay keçmədi, yenə alıcıların diqqətini
özünə cəlb etdi. Işi pis getmirdi. Dörd-beş aya və-
ziyyətini düzəltdi. Oğlunun işinin yaxşı getdiyini gö-
rən ana tezliklə onun ailə qurmağını istəyirdi. Hər
süfrəyə oturanda gələcək gəlinindən söhbət açır, oğ-
lunu tələsdirirdi.
Ağarəhim həbsdə olan zaman böyük qardaşı
toy etmək imkansızlığından qız götürüb qaçmış, son-
ra da yüngül yığıncaqla evlənməyi qeyd olunmuşdu.
Əsl toy etmək arzusu anasının ürəyində qalmışdı.
Odur ki, istəyirdi Ağarəhim çalışıb pul yığıb özünə
əsl toy etsin, o da doyunca oynayıb ürəyindəki həs-
rəti çıxartsın. Anasının söhbətlərindən sonra tanış-bi-
lişdəki, qonum-qonşudakı qızlara göz qoymağa baş-
ladı. Nədənsə, bəlkə qismətdən idi, qızların içində
qonşu məhəllədəki Gülbəniz daha çox xoşuna gəlir-
di.
Gülbənizin də atası yox idi, rəhmətə getmişdi.
Anası Narınc yaman çərənçi idi, deyirdilər ərini də