Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə64/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   60   61   62   63   64   65   66   67   ...   72

247
Haqq-nahaqq seçilər Haqq divanında
“İrəvan qəzası, Şərur nahiyəsinə daxil olan kəndlə-
rin Kameral təsviri.
Vedibasar mahalı. 1842-ci il.
№41.AĞKİLSƏ KƏNDİ
1834-cü ildə Göyçə nahiyəsinin Gözəldərə kəndindən 
buraya köçüblər.
1.Molla Qasım Molla Yusif oğlu 25 y; qardaşı Salman 
30 y; onun oğlu Yusif 7 y.
2. İmamqulu Alı oğlu 35 y.
3. Xıdır Alı oğlu 40 y; oğlu Cəfər 7 y.
4.Hüseynqulu Həsənalı oğlu 25 y; oğlu Alı 2 y”.
Azərbaycan Mərkəzi Dövlət Tarix Arxivi, F.25, siy.2, 
saxl. vah.5.
Bu siyahını 1831-ci ilə aid Aşağı Keyti kəndinin siyahı-
sı ilə tutuşdurduqda, asanlıqla görmək olur ki, Molla Qasım 
Molla Yusif oğlu əvvəlki siyahıda 24-cü yerdə, İmamqulu 
və Xıdır qardaşları əvvəlki suyahıda 26-cı yerdə, Hüseynalı 
Həsənalı oğlu isə 14-cü yerdədir. Kəndxuda isə 1831-ci ildə 
Salman olduğu halda, indi onun qardaşı Molla Qasımdır.
Bəs 1831-ci ildə Aşağı Keyti kəndində yaşayan millilə-
rin qalan ailələri, ən mühümü isə Aşıq Allahverdi  haraya 
köçüblər?
Yuxarıdakı sənədi diqqətlə gözdən keçirdikdə, məlum 
oldu ki, 1831-ci ildə Aşağı Keyti kəndində yaşayanlardan 
Kəndxuda  Şahhüseyn Barxudar oğlu, 5 nömrəli ailənin 
başçısı İbrahim Hüseyn oğlu, 9 nömrəli ailə-Bayram Qara 
oğlu, 12 nömrəli ailə-Məhəmməd Qara oğlu, 13 nömrəli 
ailə-Seyid Ağa Seyid Zaman oğlu və 22 nömrəli ailə-Nə-
cəf Həsən oğlu Vedibasar mahalının Haxıs kəndinə, 17 
nömrəli ailə-Süleyman Kəlbəli oğlu, 18 nömrəli ailə-Şah-
bəndə Kəndxuda Süleyman oğlu, 20 nömrəli ailə-Abdulla 
ağa Mansur Yüzbaşı oğlu həmin mahalın Ketuz kəndinə 
köçmüşlər və bütün bu 12 ailənin 1834-cü ildə Göyçə na-


248
Nazir Əhmədli
hiyəsinin Gözəldərə  kəndindən gəldiyi yazılıb. Qalan 17 
ailəni və o cümlədən Aşıq Allahverdini bu mahalın digər 
kəndlərində də axtarsaq da, tapmaq mümkün olmadı, görü-
nür onların qalanı və ya çoxu Göyçə mahalının digər kənd-
lərinə gediblər. O vaxtın ölçülərinə görə 29 ailənin yaşadığı 
böyük bir kəndin niyə öz yer-yurdlarını bu cür kütləvi şə-
kildə tərk etmələri müəmmalı və səbəbini bilmədiyimiz bir 
hadisədir. Həm də qeyd etməliyik ki, Dərəçiçək mahalının 
Ulaşıq kəndindən gələn bozçalı qarapapaqlar kimi, adını 
çəkdiyimiz kəndlərdə məskunlaşan keçmiş Aşağı Keytililər 
də çar məmurlarını aldadaraq, Gözəldərə kəndindən gəldik-
lərini bildirmişlər.
Müasir tədqiqatçıların hamısı Aşıq Allahverdinin Kər-
kibaş  kəndində yaşadığını  və orada da öldüyünü yazırlar. 
Ona görə də 1831-ci ildən sonrakı kameral siyahılarda onu 
məhz Kərkibaş  kəndində axtarmağımız məntiqi cəhətdən 
daha doğru olardı. 
1842-ci ildə Göyçə mahalının Kərkibaş kəndində kim-
lərin yaşadığına baxaq:
“GÖYÇƏ NAHİYƏSİ 
№5.KƏRKİBAŞ KƏNDİ. 1842-ci il.
İslam dininin şiə məzhəbinə mənsubdurlar. Köçəri hə-
yat tərzi sürürlər. 
Buranın qarapapaq sakinlərinin buraya köçməsi 10 il-
dən çox deyil. Onlar əsasən heyvandarlıqla məşğul olurlar 
və dolanışıqları kifayət qədər yaxşıdır. 
1.Kazım Hacı Əhməd oğlu 30 y; qardaşı İsmayıl 15 y; 
əmisi oğlu Hüseynalı Hacı oğlu 20 y.
10 xalvar əkin yeri, 3 xalvar buğda, 1 xalvar arpa, üçdə 
bir xalvar kətan əkini, 2 atı, 14 baş iribuynuzlu, 80 baş xır-
dabuynuzlu heyvanı var.


249
Haqq-nahaqq seçilər Haqq divanında
2.Şərif  Əmir oğlu 40 y; qardaşı Daşdəmir 50 y(onun 
oğlu Kərim 10 y).
5 xalvar əkin yeri, 1 xalvar buğda, 1 xalvar arpa, 0,5 
xalvar kətan əkini, 1 atı, 10 baş iribuynuzlu, 12 baş xırda-
buynuzlu heyvanı var.
3.Haxverdi Mustafa oğlu 30 y; oğlu Ocaqqulu 4 y.
5 xalvar əkin yeri, 1 xalvar buğda, 1 xalvar arpa, üçdə 
bir xalvar kətan əkini, 2 atı, 20 baş iribuynuzlu, 30 baş xır-
dabuynuzlu heyvanı var.
4.Allahverdi Əhməd oğlu 40 y; onun oğlu Əhməd 4 y; 
qardaşı Məşədi Tahirverdi 50 y(onun oğlanları: 1)Haxverdi 
15 y; 2)Şahverdi 6 y).
10 xalvar əkin yeri, 2 xalvar buğda. 2 xalvar arpa, 0,5 
xalvar kətan əkini, 4 atı, 20 iribuynuzlu. 100 baş xırdabuy-
nuzlu heyvanı var.
5.Haxverdi Mustafa oğlu 90 y; oğlu İsmayıl 15 .
2,5 xalvar əkin yeri, 1 xalvar arpa əkini, 6 baş iribuy-
nuzlu, 10 baş xırdabuynuzlu heyvanı var.
6.Məmirza Mustafa oğlu 40 y; oğlu Qulu 3 y.
2,5 xalvar əkin yeri, 1 xalvar arpa əkini, 1 atı, 8 baş 
iribuynuzlu, 15 baş xırdabuynuzlu heyvanı var.
7. Məhəmməd Mustafa oğlu 60 y; oğlu Hüseyn 12 y.
5 xalvar əkin yeri, 1 xalvar buğda, 1 xalvar arpa,  0,5 
xalvar kətan əkini, 2 atı, 10 baş iribuynuzlu, 75 baş xırda-
buynuzlu heyvanı var.
Kərkibaş kəndində cəmi 40 xalvar əkin yeri, 8 xalvar 
buğda, 8 xalvar arpa, 1,5 xalvar kətan əkini, 12 at, 88 iri-
buynuzlu, 322 baş xırdabuynuzlu heyvan var”.
(Erm.Milli Arxivi, F.93, S.1, sax.vah.79).
Göründüyü kimi, Aşıq Allahverdi Osman oğlu 1842-ci 
ilin Kərkibaş kəndinin siyahısında yoxdur və burada yaşa-
yan sakinlər 1831-ci ildə Daşkənd kəndində yaşayan kərki-
başı tayfasının nümayəndələridir.


250
Nazir Əhmədli
Ağ Aşıq Allahverdini hələlik burada qoyub tədqiqat-
çı jurnalist Ə.Şamilovun Kosacan kəndində müəyyənləş-
dirdiyi Aşıq Allahverdiyə,  II Ağ Aşığa qayıdaq. Kosacan 
kəndində əlbəttə, Allahverdi adında aşıq ola bilərdi, amma 
onun da göyçəli Allahverdi kimi Ağ Aşıq təxəllüsü daşıma-
sı ehtimal baxımından heç inandırıcı deyil. Əli müəllimin 
kosacanlı “Ağ  Aşıq” haqqında təqdim etdiyi məlumatla-
rı  cəmləşdirib ondan istifadə edərək yola çıxdım. Həmin 
məlumatlar isə bundan ibarət idi ki, kosacanlı Allahverdi 
1820-1840-cı illər arasında Şərur mahalının Kosacan kən-
dində anadan olub, atasının adı Babadır, Siyaqut kəndindən 
aldığı Zeynəb adlı qadından Abbas, Əli və Qiyas adında 3 
oğlu, Dərələyəz mahalının Zirək kəndindən aldığı Pəri adlı 
qadından isə Gülşən, Ərkinaz və Zülfünaz adlı 3 qızı olub, 
1919-1920-ci illərdə  İrana gedərkən sərhədyanı  Ərəblər 
kəndində 80-100 yaşlarında vəfat edib. Əli müəllim 1982-
ci ildə yazdığı “Aşıq Alının ustadı kimdir?” məqaləsində 
aşığın o vaxt həyatda olan 87 yaşlı  qızı Zülfünaz nənəyə 
istinad etdiyini yazmışdır. 
Müraciət etdiyim ilk sənəd  Şərur mahalının 1831-
ci ilə aid kameral siyahısıdır (Erm.Milli Arxivi, F.90, S.1, 
s.v.90).  Bu sənəddə Babanın adı var:
“№24. KOSACAN KƏNDİ . 1831-ci il.
9.Həsən Niyaz oğlu 45 yaşında(onun arvadı və qızı); 
oğlu Baba 7 y; iki qardaşı: Rüstəm 35 y(onun arvadı, iki 
qızı və anası; oğlu Ələkbər 1  y); Məhəmməd 20 y”.
Azərbaycan Mərkəzi Dövlət Tarix Arxivində saxlanan 
1842-ci, 1852-ci və 1859-cu illərə aid Kameral siyahılarda 
Baba Həsən oğlunun Allahverdi adında oğlunu aşkar etmək 
mümkün olmadı və bu qənaətə gəldik ki,  Zülfünaz nənənin 
1983-cü ildə  tədqiatçı  Əli  Şamilova söylədikləri həqiqətə 
uyğun deyil. Tam ümidsizliyə qapılmaq üzrə ikən, üzərində 
Şərur-Dərələyəz qəzasına, içərisində isə Naxçıvan qəzasına 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə