255
Haqq-nahaqq seçilər Haqq divanında
haqqındakı mülahizələri də özünü doğrultmur. Əvvəla ona
görə ki, Kosacanda Osmanın deyil, Allahverdinin
yaşama-
sından söhbət gedirdi. İkincisi, 1831-ci ilin kameral siya-
hısına görə, Aşağı Keyti kəndində yaşayan bütün 29 milli
ailəsinin və o cümlədən Aşıq Allahverdinin müsəlman di-
ninin şiə məzhəbinə mənsub olduğu qeyd olunur. Yəni Al-
lahverdi də kosacanlılar kimi şiə idi. Üçüncüsü, 1842-ci ilin
kameral siyahısında
(AMDTA, F.25, siy.2, sax.vah.5) Şərur
mahalının Əliməmməd qışlağı kəndində 70 yaşlı Osman
Məho oğlu, 40 yaşlı Ömər Hüso oğlu, 20 yaşlı Osman Qa-
sım oğlu və 50 yaşlı İsa Ömər oğlu adında
adamlar qeydə
alınmış və onların buraya İrandan gəldikləri göstərilmişdir.
Buradan aydın olur ki, atasının adı Osman olan Aşıq Allah-
verdinin-Ağ Aşığın Kosacan kəndində yaşaya bilməyəcəyi
mülahizəsi həqiqətə uyğun deyil.
A.O.Kərimlinin məqaləsində başqa ciddi yanlışlıqlar
da var. Məsələn, özünü Ağ Aşığın Bakıda yaşayan kötük-
cəsi kimi təqdim edən Əziz Əhmədovdan bu cür sitat gəti-
rir: “Əziz Əhmədovun 1977-ci ildə dünyadan köçmüş ata
babası Babaşov Əhməd söyləyirmiş ki, «mən 1870-ci ildə
dünyaya göz açmışam və öz gözümlə Ağ Aşığı görmüşəm.
O,
bir sinirli kişiydi, artıq saz çalmırdı. 10 yaşım olanda
həmin kişi rəhmətə getdi”. Göründüyü kimi, Ə.Əhmədo-
vun iddiasının həqiqətlə yaxından-uzaqdan əlaqəsi yoxdur,
çünki Ağ Aşıq onun babası anadan olmamışdan ən azı 11
il qabaq ölmüşdü və Əhməd Babaşov onu görə bilməzdi.
Bu iddianı mərhum Ə.Babaşovun, yoxsa Əziz Əhmədovun
uydurduğunu isə indi aşkar etmək mümkün deyil.
A.O.Kərimlinin başqa bir uydurmasına da aydınlıq gə-
tirməliyik. O, yazır: “...əldə olan bilgiyə görə, tanınmış To-
vuz-Şəmşədil ustadı Öysüzlü Səməd 7 il Ağ Aşığa «qulluq»
edibmiş. Əgər Aşıq Səmədin 1918-ci ildə 70,
yaxud bir qə-
dər artıq yaşında dünyadan köçdüyünü nəzərə alsaq, onun
256
Nazir Əhmədli
şagirdliyinin haradasa 1865-1870-ci illərə düşdüyü aşkarla-
nacaq. Lakin bircə çətinliyimiz ondadır ki, Ağ Aşıq son 10-
15 ilini çalıb-çağırmırmış. Bəlkə də, ancaq öyrədirmiş?!”
Yenə də xatırlatmalıyıq ki, Aşıq Səmədin şəyirdliyi
üçün uydurulan 1865-1870-ci illərdə də Ağ Aşıq
sağ deyil-
di. Beləliklə, Aşıq Səmədin onun şəyirdi olması da həqiqətə
uyğun deyil, Aşıq Səmədi şöhrətləndirmək üçün uydurulub.
Son olaraq qeyd etməliyik ki, Göyçə mahalında XIX
əsrdə yaşamış bu üç sənət ustadını müqayisə edəndə Ağ
Aşıqdan Aşıq Ələsgərə doğru yüksəlişi görməmək müm-
kün deyil. Təbii ki, Ələsgər sənəti bu iki şair-aşığın, həm
də təkcə onların deyil, özündən əvvəl yaşamış böyük us-
tadların-Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın
və başqalarının yaratdıqları nadir
sənət inciləri üzərində
ucalan dağdır. Bu dağın zirvəsi Ələsgərdir. Nə Ələsgərin
müasirləri, nə də ondan sonra gələnlər bu zirvəni onunla
bölüşəcək qədər yüksəkliyə qalxa bilməyiblər.
Yatıb, oyanmaz, oyanmaz
XIX əsr Göyçə aşıq məktəbinin görkəmli nümayəndələ-
rindən biri də Şair Məmmədhüseyn sayılır. Folklorşünasla-
rın, tədqiqatçıların əksəriyyəti onun 1800-cü və ya 1801-ci
ildə Göyçə mahalının Daşkənd kəndində doğulduğunu və
elə orada da 1880-ci ildə vəfat etdiyini yazırlar.
Professor
Q.Namazov isə onun 1800-1884-cü illərdə yaşadığını göstə-
rir
(“Ozan-aşıq sənətinin tarixi”
. Bakı,2013. səh.282 ).
Başqa bir professor S.Paşayev doğum tarixində həm-
karı Q.Namazovla həmfi kir olsa da, Məmmədhüseynin və-
fat tarixi haqqında başqa fi kirdədir:“Şair Məmmədhüseyn
1800-cü ildə Göyçənin Daşkənd kəndində anadan olmuş və
1880-ci ildə orada vəfat etmişdir.
Məmmədhüseyn təxminən altmış illik yaradıcılığı döv-
ründə sazdan, sözdən ayrılmamış, Azərbaycan aşıq yaradı-
cılığını zənginləşdirən qiymətli gəraylılar, qoşmalar, diva-
nilər yaratmışdır. Zil səsələ oxunan “Məmmədhüseyni” saz
havası onun adı ilə bağlıdır”
(S.Paşayev. “XIX əsr Azər-
baycan aşıq yaradıcılığı”. Bakı, 1990. səh.31).
Şair Məmmədhüseynin yaradıcılığından
söz açan bü-
tün tədqiqatçılar onun
“Yatıb, oyanmaz, oyanmaz” gəray-
lısını misal gətirirlər. Gəraylı doğrudan da gözəldir. Qeyd
edə bilərik ki, aşıq yaradıcılığında hər bir aşığı yaddaşlarda
yaşadan müəyyən bir şeir olur və bu şeir də sanki Məmmə-
dhüseynin şəxsiyyət vəsiqəsi rolunu oynayır:
Yönü bəri baxan dağlar,
Yarıb, oyanmaz, oyanmaz.
Üstündəki ağır ellər,
Yatıb oyanmaz, oyanmaz.
258
Nazir Əhmədli
Qurbanam qələm qaşına,
Gör nələr gəldi başıma.
Səs verrəm dostun guşuna,
Yatıb, oyanmaz, oyanmaz.
Gəldim yarın xanəsınə,
Laçın qonmaz binəsinə.
Əlim qoydum sinəsinə,
Yatıb, oyanmaz, oyanmaz.
Yarım yaman yatmış idi,
Mişk-ənbərə batmış idi.
Rübəndini atmış idi.
Yatıb, oyanmaz, oyanmaz.
İyidin dönməsin əhdi,
Yana çevrilməsin təxti.
Məmmədhüseynin qara baxtı
Yatıb, oyanmaz, oyanmaz.
Göyçəli Şair Məmmədhüseynin
“Xəbər al, deyim”
adlı qoşması da bu qəbildən olan spesifi k, onu başqaların-
dan fərqləndirən və yaddaşlarda yaşadan bir şeirdir. Bu şeir
hər birinin əlamətlərinin təsvir olunduğu on iki imamın
haqqındadır və dindarlar arasında geniş yayılmışdır:
Qoç igidlər, ərəb atlar meydanı,
Müxənnət sərindən tökülən qanı
Birinci imamımız Şahi Mərdanı,
İkinci imamı xəbər al, deyim.
Atını minəndə yel kimi əsən,
Üç günlük yolları bir günə kəsən.