Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   2   3   4   5   6   7   8   9   ...   32

Artıq səlahiyyət vermirik sizə. 
 Nəzakət göstərin danışıq vaxtı, 
 Qanun sərhədindən kənar çıxmayın.  
Gedin, zirək olun, qoy cəldliyiniz  
Sədaqətinizi sübut eyləsin. 
Korneli,  V o l t i m a n d .  
Yenə də hər zaman olduğu kimi,  
Sizə sədaqəti sübut edərik. 
Kral. 
Bir şübhəmiz yoxdur, sizə yaxşı yol. ( Voltimand və 
Korneli gedirlər).  
Hə, Laert, danışın, təzə nə xəbər? 
 Deyirdiniz, bizdən xahişiniz var.  
O nədir ki, Laert? Xeyirlidirsə,  
Siz öz arzunuza çatacaqsınız.  
Dünyada nə varsa, nə mümkündürsə,  
Onu heç vaxt sizdən əsirgəmərəm.  
Danimarka taxtı atanız üçün  
Əllərin ağıza, başın ürəyə  
Xidmət etdiyindən az xidmət etmir.  
Deyin arzunuzu! 
L a e r t. 
Böyük hökmdar, 
Lütf edin, qayıdım mən Fransaya.  
Bu şanlı tacqoyma mərasimində 
 Sizə göstərməkçün məhəbbətimi  
Mən özüm oradan gəldim vətənə.  
Etiraf edim ki, indi yenidən  
Fikirlər, arzular, vəzifə borcu  
Məni Fransaya çəkir birbaşa.  
Təvəqqe edirəm, icazə verin. 
 
 
K r a 1. Atanız nə deyir, razılaşırmı?  
Pol oni. 
Hökmdar, o, sonsuz yalvarışıyla 
Meni cana yığdı, təngə gətirdi. 
Nəhayət, razılıq verdim mən ona. 


Xahiş eyləyirəm, izin veriniz. 
 Kral. 
Uğur olsun, Laert, öz vaxtınızı 
Necə istəyirsiz, elə keçirin. 
Hə, indi əzizim, mehriban Hamlet, 
Ey mənim qohumum, ey mənim oğlum... 
H a m 1 e t (kənara). Qohumdan çox yaxın, oğuldan uzaq. 
K r a 1. Yenə qəm buludu alıb üzünü? 
Hamlet. 
 
Əksinə, hökmdar, şadlıq günəşi 
Onu daha artıq nura qərq edib.  
K r a 1 i ç a. 
Ah, Hamlet, gecətək tökmə qaş-qabaq, 
Krala səmimi bir dost təki bax. 
Gözünü zilləyib sən nə vaxtacan 
Atanı torpaqda axtaracaqsan? 
Bilirsən, əzəldən dünya belədir. 
Canlılar öləcək, bax təbiətə, 
Hamı bir-bir köçür əbədiyyətə. 
 H a m 1 e t. Hə, dünya belədir.  
K r a 1 i ç a. 
Bəs nədən sənə 
Bu matəm görünür təkcə, yeganə?! 
 H amlet. 
Görünür! Yox, xanım, düzü belədir. 
"Görünür?!" sözünü bilmirəm qəti. 
Nə qara plaşım, nə yas paltarım, 
Nə acı fəryadım, sonsuz göz yaşım, 
Nə də ki üzümü tutan qəm-kədər, 
Dünyada əzabı, dərdi əks edən 
Heç bir şey, heç bir şey mənim qüssəmi 
Heç vaxt həqiqətən göstərə bilməz, 
"Görünmək", bu özü bir tamaşadır,  
Bunu hər bir adam oynaya bilər.  
Mənim qəlbimdədir dərdim, möhnətim,  
Göstərmək deyildir onu adətim. Kral. 
Atana bu qədər yas saxlamağın  


Tərifəlayiqdir, gözəldir, Hamlet,  
Fəqət bilməlisən, sənin atan da,  
Onun atası da atalarmı  
Taleyin hökmüylə itirib bir vaxt.  
Oğulluq borcudur, atamız üçün  
Biz gərək bir müddət matəm saxlayaq.  
Ancaq ömür boyu qəmə qərq olub  
Yas içində qalmaq günahdır, inan. 
 Kişiyə yaraşmaz belə bir kədər.  
Bu kədər iradə zəifliyini,  
Ağıl azlığını, qəlb korluğunu,  
Avamlığı aydın göstərir, oğlum.  
Ən adi, təbii bir hadisətək  
Olacaq bir işə zidd çıxıb nədən  
Deyinək, biz onun dərdini çəkək?  
Yox, yox, bu günahdır göylər önündə,  
Təbiət önündə, mərhum önündə,  
Dünya yaranandan bu günə kimi 
Ölən ataların cənazəsini  
"Belə olmalıdır" sözləri ilə  
Qəbrə yola salan insan ağlının  
Qarşısında böyük bir qəbahətdir.  
Bu sonsuz kədəri dəfn et torpağa,  
Bu gündən özünə ata say bizi.  
Qoy aləm bilsin ki, bu tacın-taxdın  
Ən yaxın adamı sənsən dünyada.  
Oğluna ən böyük sevgi bəsləyən  
Atadan mən səni az sevməyirəm.  
Təhsilini davam eyləmək üçün  
Vittenberqe getmək niyyətindəsən.  
Bu heç cür yatmayır ürəyimizə. 
Ey əziz oğlumuz, vəliəhdimiz!  
Xahiş eyləyirik, dəyiş fıkrini,  
Gözümüz önündən getmə uzağa,  
Sənin hər qayğını çəkək özümüz. 
K r a 1 i ç a. 
Qoyma yerə düşsün ananın sözü,  


Getmə, bizimlə qal, burda qal, Hamlet. 
H a m 1 e t. Sizə tabe olmaq borcumdur, xanım. 
Kral. 
Bu necə də həlim, gözəl cavabdır.  
Ev sənindir, oğlum. Xanım, gəl gedək. 
 Hamletin bu zərif, qəşəng sözləri  
Mənim ürəyimə sevinc gətirdi.  
Bunun şərəfinə badə içəndə „  
Hər qədəhdən sonra top nərələri  
Gərək buludları lərzəyə salsın.  
Yerdə çaxan şimşək göylərdə bu gün 
 Əks-səda versin. Gəlin gedəyin.  
 
(Hamletdən başqa hamı gedir). 
H a m 1 e t. 
Ah, insan bədəni, necə möhkəmsən!  
Əriyib dönmürsən göz yaşlarına. 
 Ey qadir yaradan, intiharı kaş  
Yasaq etməyəydin biz insanlara.  
İlahi, ilahi! Mənə bu dünya 
 Necə də mənasız, miskin görünür. 
 Hər yanda rəzalət, hər yanda dəhşət! 
 Baxımsız bağçanı kol-kos basantək,  
Əclaflıq, alçaqlıq tutub dünyanı.  
Bu iş nə tez oldu, nə cür baş verdi!  
İki aydır ölüb, iki ay olmaz. 
 Elə gözəl kral, nəcib bir insan...  
O, günəş Allahı Apollon idi,  
Bu, içki tanrısı yaramaz Satir.  
O mənim anamı elə sevirdi,  
Qoymurdu üzünə meh də toxunsun.  
Ey yerlər, ey göylər, yada salımmı? 
Atamın boynuna sarmaşıb anam,  
Ona məftunluqla baxar, baxardı,  
İndisə aradan bircə ay keçmiş... 
 Bunu düşünməsəm daha yaxşıdır.  
Qadınlar, qadınlar, sizin adınız  


Etibarsızlıqdır aləmdə yalnız.  
Bircə ay! Matəmli Niobeyatək 
 Göz yaşı içində mərhum atamın  
Tabutu dalınca getdiyi zaman  
Geydiyi başmaqlar köhnəlməmişdən 
 O qadın, o anam, aman ilahi...  
Ağılsız, duyğusuz vəhşilər belə 
 Ondan daha artıq yas saxlayardı.  
O mənim əmimə ərə gedibdir. 
 Gör kimə? Atamın öz qardaşına. 
 Mənim Herkulesə bənzədiyimtək  
Onun da atama bənzəri vardı.  
Ancaq tək bircə ay! Saxta göz yaşı  
Hələ qurumamış yanaqlarında  
O ərə gedibdir. Qorxunc sürətlə, 
 Belə bir tezliklə izdivac etmək!  
Yox, yox, xeyir deyil bu işin sonu.  
Partla, ey ürəyim, partla, parçalan;  
Dilim susmalıdır, mən susum gərək! 
Horatsio, Marsel ve Bernardo daxil olurlar. 
H o r a t s i o. Möhtərəm prinsə salam, ehtiram!  
H a m let. 
Sizi sağ-salamat görməyə şadam. 
Horatsio! Bu nədir, səhv görür gözüm?!  
H o r a t s i o. Özüdür, ömürlük sizin qulunuz.  
H a m l et. 
Horatsio, sən dostum olasan deyə 
Mən özüm olardım ömürlük qulun. 
Mənim əziz dostum! Vittenberqdən 
Səni nə gətirib axı buraya? 
O da Marseldirmi? 
M a r s e 1. Mehriban prins...  
H a ml e t .  
Mən sizi görməyə ürəkdən şadam... 
(Bernardoya). 
Axşamınız xeyir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə