Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

Əgər lütf eləyib razılaşsanız, 
Doğrultsanız bizim ümidimizi, - 
Bir azca müddətə sarayda qalıb, 
Dərdimizə şərik olsanız, sizə 
Mükafat verərik krala layiq.  
R o z e n k r a n s .  
Siz əlahəzrətlər, hər ikiniz də 
Üstümüzdə sahib-ixtiyarsınız, 
Bizdən xahiş deyil, bizə əmr edin. 
 Q i l d e n s t e r n .  
Sizə tabe olmaq bir səadətdir, 
Sizin qədəmlərə baş qoyuruq biz. 
Bütün gücümüzlə, qüvvətimizlə 
Hazırıq durmağa xidmətinizdə.  
K r a 1. Əhsən, Rozenkrans, mərd Qildenstem.  
K r a 1 i ç a. 
Əhsən, Qildenstern, mərd Rozenkrans, 
Xahiş eyləyirəm, zəhmət olmasa, 
Mənim dəyişilib tanınmaz olan 
Oğlumun yanına gedin bu saat. 
Sizdən bir neçəniz bu cənabları 
Hamletin yanına aparın indi.  
Q i 1 d e n s t e r n. 
Allah eləsin ki, ünsiyyətimiz 
Ona kömək olsun!  
K r a 1 i ç a. Kaş, amin, amin! 
Rozenkrans, Qildenstern və bir neçə məiyyət gedirlər. 
Poloni gəlir. 
Po 1 on i. 
Gözəl müjdələrlə, böyük hökmdar, 
Norveçdən qayıdıb elçilərimiz.  
K r a 1. Hər vaxt atasısan xoş xəbərlərin.  
P o 1 o n i. 
Doğrudan beləyəm, böyük hökmdar? 
İnanın, Allahın yanında mənim 
Qəlbim necədirsə, borcumu o cür 


Əziz kralıma ödəyəcəyəm. 
İndi düşünürdüm: ya mənim beynim 
İtirib iybilmə bacarığını, 
Ya da ki Hamletin dəliliyinin 
Əsl səbəbini öyrənmişəm mən. 
  
K r a 1. Ah, necə! Tez söylə, o nədir, axı? 
 
Po 1 on i. 
Əvvəl elçiləri qəbul eyləyin, 
Sonra mənim kəşfım - bu təzə xəbər 
Böyük qonaqlıqda bir çərəz olsun. 
 Kral. 
Lütf elə, içəri gətir onları. 
 
(Poloni gedir). 
 
Əziz Gertruda, bax, o deyir ki, 
Oğlunuzun bütün şaşqınlığının 
Əsas səbəbini axtarıb, tapıb.  
K r a 1 i ç a. 
Əminəm ki, bunun bir səbəbi var: 
Əziz atasının qəfil ölümü, 
Bizim tez-tələsik evlənməyimiz.  
Kral. 
Yaxşı, öyrənərik. 
 
(Poloni Voltimand və Korneliya ilə birlikdə qayıdır). 
Xoş gördük, dostlar! 
Bir danış, Voltimand, o qardaşımız - 
Norveç kralından nə gətirmisən?  
V olti ma nd .  
Səmimi arzular, çoxlu salamlar. 
Səadət dilədi sizə ürəkdən. 
Biz ağız açantək ölkədə dərhal 
Dayandırdı əsgər toplanışmı.  
O elə bilib ki, qardaşı oğlu 
 Hazırlıq aparır Polşaya qarşı.  


Diqqət yetirdikdə gördü, doğradan 
 Siz əlahəzrətə qarşıdır bunlar.  
Yaşı, xəstəliyi, zəifliyindən  
Belə istifadə eyləyib, onu  
Aldatdığı üçün gənc Fortinbras 
 Yaman kədərləndi qocaman kral.  
Tezcə çağırtdırdı Fortinbrası,  
O gəldi, yamanca tənbeh olundu, 
 Aldı əmisindən şiddətli töhmət  
Kralın önündə baş endirərək,  
And içib söz verdi, bir də heç zaman  
Sizə qarşı silah qaldırmayacaq.  
Bundan çox sevindi qoca hökmdar. 
 Bir illik gəlirin düz üç minini,  
Yığılmış qoşunu ona verdi ki
 Polşanın üstünə hücuma keçsin. 
 Sonu göstərilib xahişnamədə.  
 
(Bir kağız verir).  
Rica eyləyir ki, hərbi qoşuna  
Keçib getmək üçün torpağınızdan  
İzn verəsiniz. Həmin yerlərin  
Toxunmazlığına zamin durur o. 
 Məktubda yazılıb lazımi şərtlər. 
Kral. 
Olduqca razıyıq bu xoş xəbərdən, 
 Boş vaxtı məktubu oxuyarıq biz,  
Ətraflı düşünüb cavab yazarıq.  
Zəhmətiniz üçün sizə səmimi  
Təşəkkür edirik. Gedin, dincəlin.  
Axşam qonaqlığa buyurun mütləq,  
İndidən deyirəm, xoş gəlmisiniz!  
(Voltimandla Korneli gedirlər). 
Poloni. 
Çox yaxşı qurtardı bu işin sonu  
-Ey möhtərəm kral, hörmətli xanım! 
Hakimin bir hakim, nökərin nökər, 
Gündüzün bir gündüz, gecənin gecə, 


Vaxtın vaxt olduğun isbat etməkçün 
Mübahisə etmək, bəhsə girişmək 
Gecəni, gündüzü, vaxtı boş yerə 
İtirmək deməkdir ömürdən ancaq. 
Müxtəsər danışmaq ağlın ürəyi, 
Uzunçuluq etmək ağlın bədəni, 
Onun libasıdır, bər-bəzəyidir. 
Kəsə deyəcəyəm. Sizin o nəcib 
Oğlunuz dəlidir. Dəlidir dedim, 
Çünki dəliliyi müəyyən etmək... 
Dəli dəli olur, başqa nədir ki? 
Qoy bu iş hələlik bir yana dursun.  
K r a 1 i ç a. Sözün məğzini aç, boyasız danış.  
Po loni. 
Xanım, and içirəm, yoxdur bir boyam. 
Onun dəliliyi bir həqiqətdir. 
Bu bir həqiqətdir, əfsuslar olsun, 
Əfsuslar olsun ki, bu həqiqətdir. 
Axmaq  ifadədir, yetər bu sözlər, 
Heç vaxt işlətmərəm bir rəng, bir boya. 
Belə fərz edək ki, o dəli olub, 
İndi səbəbini gərək tapaq biz, 
Bunun bir səbəbi vardı, şübhəsiz. 
Dünyada hər işin bir səbəbi var. 
Budur indi qalan, qalan tək budur. 
Ətraflı düşünün. 
Mənim bir qızım var, mənim 
qızımdır. 
 O qızlıq borcuna itaət edib,  
Bunu mənə verdi. Diqqət yetirin,  
Nəticə çıxarın indi özünüz.  
Oxuyur. 
"Ruhumun məlikəsi, qəlbimin ilahəsi, gözəl Ofeliyaya..." 
Bu pis ifadədir, köhnəlmiş ifadədir. "Gözəl" sözü 
köhnəlmiş ifadədir. Nə isə gerisinə qulaq asın (Oxuyur). 
"Sənin füsunkar ağ sinəndə..." və sair, və sair. 


K r a 1 i ç a. Ona bu sözləri Hamlet 
yazıbdır?  
Poloni. 
Bir az səbir eləyin, mehriban xanım, 
Hamısını sizə oxuyum bir-bir (Oxuyur). 
"İnanma ki, gün dolanır səmada, 
İnanma ki, ulduz saçır şəfəq, nur. 
İnanma ki, həqiqət var dünyada, 
Ancaq inan, mənim eşqim doğrudur. 
Ah, əziz Ofeliya, mən şer yazmağı bacarmıram. Könlümün 
fəryad-larını qafıyələrlə qəşəng deyə bilmirəm. Fəqət səni çox 
sevirəm, lap çox sevirəm, buna inan. Əlvida, sevimli dilbər! 
Ürəyi köksündə çırpındıqca əbədi sənin olan Hamlet. 
Övladlıq borcuna əməl eyləyib, 
Qızım bu kağızı mənə gətirdi., 
O hətta dedi ki, nə zaman, harda, 
Necə açıb ona eşqini Hamlet.  
K r a 1. Qız onun eşqinə nə cavab verib?  
P o 1 o n i. Necədir fikriniz mənim 
haqqımda?  
Kral.  Siz namus, sədaqət timsalısınız.  
Poloni. 
Canla-başla sübut edərəm bunu. 
Nə düşünərdiniz, bu odlu eşqin 
İlk qığılcımını gördüyüm halda - 
Mən hiss eləyirdim, deməliyəm ki, 
Hələ qızım bunu mənə açmamış - 
Nə düşünərdiniz, sevimli kral
Əziz kraliça! Lal-dinməz qalıb 
Yazı masasıtək, qələm-kağıztək, 
Qəlbimin gözünü qapasaydım mən, 
Bu eşqə baxsaydım barmaqarası, 
Nə düşünərdiniz? Yox, qətiyyətlə 
Cavan süsənimə belə dedim ki: 
"Lord Hamlet prinsdir, sənə tay deyil, 
Bu iş ola bilməz". Tapşırdım ona, 
Hamletin gözünə görünməsin heç, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə