Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

Deyinib söyürəm bütün gün boyu  
Pinti qabyuyantək! Tfu! Ayıb olsun! 
 Oyan, ey beynim!  
Mən eşitmişəm ki, hər hansı cani  
Qətl səhnəsinə baxdığı zaman  
Elə sarsılır ki, onun varlığı  
Tez büruzə verir cinayətini.  
Cinayətin dili yoxsa da, ancaq  
Danışır qəribə işarələrlə.  
Gedib tapşıraram aktyorlara,  
Atamın qətlinə bənzər səhnəni  
Əmimin önündə canlandırsınlar.  
Əmim dəhşət ilə ona baxanda  
Mən de diqqət ilə izlərəm onu.  
Özünü itirib şaşırsa əgər,  
Onda mən bilirəm nə edəcəyəm.  
Bəlkə də, gördüyüm həmin o kölgə  
Qorxulu şeytandır. Şeytan ən gözəl 
Cildlərə girməyi bacarır, axı.  
Bəli, ola bilsin, ruhumu əzən  
Ağır sarsıntıdan, sonsuz kədərdən  
Sui-istifadə edir o məlun.  
Əziz görkəmində əziz atamın 
Gəlib çəkir məni fəlakətlərə.  
Təsdiq etmək üçün şübhələrimi     
 Mənə daha möhkəm bir əsas gərək. 
 Bu əsas - bu güzgü yalnız səhnədir,  
Göstərər kralın vicdanı nədir. 
 
Gедир. 
 
 
ÜÇÜNCÜ PƏRDƏ  
 
BİRİNCİ   SƏHNƏ  
 
  Qəsrdə bir otaq 


 
Kral, kraliça, Poloni, Ofeliya, Rozenkrans və Qildenstern daxil 
olurlar. 
Kral.        
 
 
Dolanbac, dolayı suallarla siz         
Öyrənə bilmədiz dinc həyatım       
Bu cür təhlükəli əsəbiliklə,           
Qorxunc dəliliklə keçirir nədən?    
Rozenkrans.  
Etiraf edir ki, pozulub halı,  
                 Ancaq səbəbini demək istəmir.  
Qild e n st e r n. 
 
Heç vəchlə söz ala bilmədik ondan     
Biz əsl mətləbi hər soruşanda        
Qoyub dəliliyə özünü bu vaxt           
Sözü sapdınrdı çox məharətlə.      
K r a 1 i ç a. O sizi yaxşımı qəbul eylədi?     
Rozenkr ans. Lütfkar, mehriban centlmen kimi 
Qildenstern. Fəqət danışırdı yaman könülsüz. 
Rozenkrans. 
Olduqca xəsisdi sual verməkdə,       
Cavab verməkdəsə səxavətliydi.       
Крал i ç a. Onu əylənməyə razı saldınız?  
Розенkrans.                                  
Xanım, iş düzəldi özü-özünə 
Biz yolda rast gəldik aktyorlara, 
Ona deyən kimi sevindi qəlbən. 
Yəqin saraydadır o aktyorlar.  
Prins əmr elədi, məncə, bu axşam  
Tamaşa versinlər. 
Poloni. 
Bu çox doğrudur.  
O mənə tapşırdı, zati-alilər,  
Dəvət edim sizin hər ikinizi.    .  
Lütf edin, gəlin! 
Kral. 
Məmnuniyyətlə! 
 


Onun belə işlə maraqlanmağı 
Mənim ürəyimi çox sevindirir. 
Cavan centlmenlər, həvəsləndirin 
Onu daim bu cür əyləncələrə. 
R o z e n k r a n s .   Biz  öz  canımızı əsirgəmərik. 
              
               Rozenkransla Qildenstern gedirler. 
 
Kral. 
Əziz Gertruda, gülüm, sən də get. 
 Hamletin dalınca gizlicə, xəlvət 
 Adam göndərmişik, dilə tutaraq  
Hamleti buraya gətirəcəkdir.  
Prins təsadüfən görürmüş kimi.  
Ofelyam burda görəcək indi. 
 Qızın atasıyla mən də bir yanda  
Qanuni casustək gizlənib onun          
 İzləyərik hər bir hərəkətini,  
Öyrənib bilərik onu üzən dərd  
Məhəbbət qəmidir, yaxud başqa şey. 
Kraliça. 
Bu saat gedirəm. Ah, Ofeliya,  
Arzu edirəm ki ulu göylərdən,  
Hamletin bu ağır xəstəliyinə  
Sənin gözəlliyin səbəb olaydı.  
Ümid edirəm ki, təmiz ismətin  
Onu qaytarardı adi yoluna,  
Ona da, sənə de şərəf olardı 
O f e 1 i y a. Kaş Allah eləsin! 
Kraliça gedir. 
Poloni, 
Ofeliya, sən 
Qızım, hərlən burda. Siz əlahəzrət, 
Lütf edin, buyurun biz də gizlənək. 
 
(Ofeliyaya). 


Bu kitabı oxu, onda tək-tənha 
Gəzməyin heç kəsdə şübhə oyatmaz. 
Əzəldən belədir dünyada insan. 
Mömin görkəmində, pir libasında 
Hətta şeytanı da aldada bilir. 
K r a 1 (kənara). 
Oh, necə də düzdür! Bu sözlərlə o  
Mənim vicdanımı qamçılayır ki!  
Ənlik, kirşan altda qəhbənin üzü  
Qəşəng sözlər altda gözə çarpmayan  
İyrənc əməlimtək çirkin deyildir.  
Dəhşətdir daşımaq bu ağır yükü! 
P o 1 o n i. O gəlir, bir yana çəkilək, milord. 
Kral ve Poloni gedirler. Hamlet gəlir. 
H a m 1 e t. 
Olum, ya ölüm, budur məsələ. 
Hansı şərəflidir? Azğın taleyin 
Müdhiş oxlarına susub dözməkmi, 
Yoxsa fəlakətlər nəhrinə qarşı 
Silaha sarılıb üsyanmı etmək?         
Ya qələbə çalmaq, ya həlak olmaq? 
Ölmək - yuxulamaq, yalnız budur, bu! 
Bununla ürəyin ağrılarını, 
Əzəldən insanın nəsibi olan 
Minlərlə dərdləri, iztirabları           
Bir anın içində unuduruq biz. 
Bumu gecə-gündüz dua oxuyub 
Arzu etdiyimiz gözəl aqibət? 
Ölmək- yuxulamaq, əbədi yatmaq, 
Sonra yuxu görmək! Bax, budur əngəl.  
Biz canı qurtarıb işgəncələrdən  
Ölüm yuxusunda nə görəcəyik?  
Budur yolu kəsən. Bu səbəb bizi  
Məcbur edir çəkək ömrümüz boyu  
Bütün zillətləri, müsibətləri.  
Yoxsa kim dözərdi, kim dözərdi, kim  


Zamanın cövrünə, həqarətinə,  
Zalımın zülmünə, haqsızlığına,  
Lovğa əyanların təkəbbürünə,  
Tapdanmış sevginin əzablarına,  
Acgöz hakimlərin əclaflığına,  
Qansız nazirlərin sırtıqlığına,  
Hər cür şərəfsizin şərəfliləri  
İyrənc təhqirinə, istehzasına?  
Bunlardan əbədi qurtarmaq üçün  
Bir xəncər zərbəsi kifayət ikən  
Həyatın rəzalət yükü altında  
Neçin sürünürük inildəyərək?  
Bizi vadar edən buna nədir, nə? 
 Yalnız bircə qorxu, bircə vahimə: 
 Biz dərddən qurtarıb öləndən sonra  
O məchul aləmdə nə olacaqdır?  
Ordan qayıtmayıb hələ heç bir kəs.  
Bu fikir sarsıdır iradəmizi,  
Bizi məcbur edir daim, həmişə 
 Çəkək bu tükənməz məşəqqətləri,  
Məlum əzablardan yaxa qurtarıb  
Naməlum dərdlərə can atmayaq biz.  
Bu dəhşət qorxağa çevirir bizi,  
Puç olur ağlımız, qətiyyətimiz,  
Solur cürətimiz bir çiçək kimi.  
O böyük təşəbbüs, o ali məqsəd  
İtirir adını, öz mənasını.  
Sus... sus! Ofeliya?  
Ey qəşəng pəri,  
Hər zaman özünün dualarında  
Xatırla mənim də günahlarımı. 
 
O f e l i y   a. 
Milord, çoxdandır ki, görmürəm sizi, 
Bu müddət ərzində 
yaxşıydınızmı?  
H a m 1 e t. Təşəkkür edirəm, yaxşı, lap 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə