H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

37 
 
12.
 
 
Saçaqlı meyvəli  araxis  -  Arachis  villosulicarpa  Hoehne  
13.
 
 Marti  araxisi  - Arachis  martii  Handro  
14.
 
 
Xırda (kiçik)  araxis  -  Arachis  pusilla   Benth. 
Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  Araxis bitkisi mey-
vəsi  (geokarpı)  torpaq  altında  inkişaf  edən  az  sayda  bitkilərdən 
bi
ridir. Araxisin birillik və çoxillik olmaqla 15 növü müəyyən edil-
mişdir.  Yalnız  Arachis hypogeae adlanan  növü  becərilir.  Becərilən 
bu forma kolşəkilli və yerə səriləndir. Azərbaycanda kolşəkilli forma 
yayılmışdır. Onun hündürlüyü 50-60 sm- ə çatır. Kökü torpağın 180-
200 sm dərinliyinə, ətrafa isə 140 sm- ə qədər yayılır. Yarpağı cütlə-
ləkşəkillidir 
(r
əngli şəkil 4).
  
Yarpaqlarının səthi mum təbəqəsi ilə örtülü olduğu üçün parıl-
dayır. Gövdəsi, budaqları, yarpaq saplağı və yarpaqaltlıqları alt tərəf-
dən  tüklü  olur.  Çiçəkləməsi  aşağıdan  başlayır.  Çiçəkləri  gövdənin 
aşağı  hissəsindəki  yarpaq  qoltuğunda  2-2, 3-3  əmələ  gəlir.  Çiçəyi 
qısa saplaqlıdır. Cücərtilərdən 30 gün sonra 1- ci çiçək görünür. Ve-
ge
tasiya müddətində 1 bitkidə 2000-ə qədər çiçək əmələ gəlir. Araxis 
bitkisi öz-
özünü  tozlayandır.  Bu  bitkidə  az  hallarda  (1-6%) çarpaz 
tozlanma  da  baş  verir.  Çarpaz  tozlanma  trips  və  başqa  xırda  həşə-
ratların köməyi ilə baş verir. Arachis cinsinin fərqli əlamətləri cütlə-
ləkşəkilli  yarpaqları,  yarpaq  qoltuğundakı  çiçəkləri,  açılmayan  pax-
laları  və  hinofor  adlanan  meyvə  kökləri  əmələ  gətirməsidir.  Çiçək 
maya
landıqdan sonra dişiciyin yumurtalığının aşağı hissəsi uzununa 
böyüyərək hinofor adlanan xırda boru şəklində xaricə çıxır. Hinofor 
əvvəl yuxarıya doğru uzanır, sonra aşağı əyilərək torpağa daxil olur. 
Torpağın 8-10 sm dərinliyində üfüqi vəziyyətdə yerləşir, böyüməsini 
dayandırır,  nəhayətində  olan  yumurtalıq  inkişafını  davam  etdirərək 
meyvə  (paxla)  əmələ  gətirir.  Torpağa  daxil  ola  bilməyərək  açıq 
havada qalan hi
noforlar quruyaraq məhv olurlar. 
Yerfındığının meyvəsi (paxlası) silindrvari, barama formalı, düz, 
yaxud bir-
iki hissəsindən boğulmuş olur. Paxlasının uzunluğu 1-6 sm 
olmaqla  biryuvalıdır.  Paxlanın  qabığı  boz  rənglidir,  üzəri  az-çox 
dərəcədə torlu və uzununa qabırğalıdır. Hər paxlada 1-7, əksər hal-
larda 2-
3 toxum əmələ gəlir. Toxumları yuvarlaq, uzunsov-oval, zəif 
oval formalı, uzunluğu 1,0-1,8 sm, eni 0,8-1,0 sm, qalınlığı 0,5-1,0 


38 
 
sm olur. Toxum qılafı qırmızı, çəhrayı, qəhvəyi, bəzən ağ və başqa 
rənglərdə  olur.  Mütləq  kütləsi  (1000  ədəd  toxumun  kütləsi)  xırda 
toxumlularda 200-
500  qr,  orta  irilikdə  olanlarda  500-800 qr, iri 
toxumlarda isə 800-1200 qramdır.  
Araxis isti sevən bitkidir. Toxumları 12 
0
C temperaturda cücər-
məyə başlayır. Cücərtilər –1
  0
C şaxtalarda məhv olur. Bitkinin inki-
şafı üçün optimal temperatur 25-28
 0
C- dir. 12
 0
C- 
dən aşağı tempera-
turda meyvə əmələ gəlmir. Suya ən çox çiçəkləmə fazasının başlan-
ğıcından  paxlaların  əmələ  gəlməsinə  qədər  tələbkardır.  Bu  dövrdə 
nəmliyin  çatmaması  çiçəkləməni  dayandırır,  meyvə  əmələ  gəlməsi 
azalır  və  məhsuldarlıq  aşağı  düşür.  Qida  elementlərinə  tələbkardır. 
Bir ton əsas və əlavə məhsulla torpaqdan 62 kq azot, 11 kq fosfor və 
40 kq kalium elementi aparır.
 
Araxis işıq sevən bitkidir. Vegetasiya müddəti 120-160 gündür. 
Becərilmə zonaları. Afrikada araxisi 8 və 14
0
 
şimal enliliklərin-
də becərirlər. Buranın torpaq-iqlim şəraiti araxisin bioloji xüsusiyyət-
lərinə uyğundur. Bu qurşaqda 4 zona ayırd edilir: 
Sahil  (saxel, 
sərhəd,  sahilboyu)  zonası.  Burada 150-400 mm 
yağıntı düşür. Havanın orta aylıq temperaturu 20,9-34
0
 C-dir. Torpaq 
qumsaldır, gil hissəciklərinə rast gəlinmir. Qum qatının qalınlığı bir 
neçə  metrə  çatır.  Toz  şəkilli  (tərkibində  3-4%  gil  olan)  qırmızımtıl 
rəngli torpaqlara rast gəlinir. pH 6-7-yə bərabərdir. Bu torpaqlar ara-
xis üçün əlverişli hesab olunur.  
Sahi
l zonasında araxis üçün torpağın hazırlanması martın ortala-
rından  başlanıb,  iyunun  ortalarına  qədər  davam  edir.  Səpin  iyunun 
ortalarında aparılır. Yığım isə sentyabrın ortalarında başlayıb yanva-
rın ortalarına qədər davam edir. Yığım yağışlar başladıqda dayandı-
rılır. Sahil zonasında araxisin tezyetişən sortları əkilib becərilir. 
Sudan zonası. Bu zona 7-8
0
 
şimal enliklərində yerləşməklə eni 
700 km-
ə qədər olan ərazini əhatə edir. Bu zona Seneqalın, Namibi-
yanın,  Qvineyanın  və  Malinin  çox  hissələrini  əhatə  edir.  Havanın 
orta aylıq temperaturu 21,3-35,4
0
C-
dir. Torpaqları ferrallit tipli (qır-
mızı-qonur rəngdə) olmaqla turşuluğu (pH) 5,6-6,0 arasında, humus 
qatının qalınlığı 15-25 sm, tərkibində humus 1%-ə qədər olur. Sudan 
zonasında araxisin orta yetişən sortları kiçik sahələrdə becərilir.  


39 
 
Qvineya  zonası.  Bu  zona  Seneqalın  bir  hissəsini  Qvineyanın 
cənub rayonlarını Nigeri və başqa ölkələri əhatə edir. Bu zonada il 
ərzində  1500  mm-ə  qədər  yağıntı  düşür.  Havanın  orta  illik  tempe-
raturu 25-26 
0
C-
dir. Torpaq qırmızı və sarı ferrallit tipli olub, humus-
la  zəngindir.  pH  5-dən  aşağıdır.  Bu  zonada  araxisin  tezyetişən  və 
gecyetişən sortları birlikdə becərilir. 
Subkanar zonası. Bu zonaya Seneqalın sahil rayonları və Kabo-
Verde  daxildir.  İldə 400-800 mm  yağıntı düşür.  Havanın orta aylıq 
temperaturu 21,3-28,0 
0
C-
dir. Əsas torpaqları bataqlaşmış, duzlaşmış 
və manqır torpaqlardır. Bu zonada araxis kiçik sahələrdə becərilir. 
Qərbi Afrikada becərilən araxis sortları 3 sorttipində birləşdirilir. 
Virciniya, Valensiya və İspan sorttipi. Qərbi Afrika ölkələrində xisi 
sorqo, qarğıdalı, pambıq və s. bitkilərlə qarışıq səpirlər. 
Növbəli əkində yeri. Hindistanda araxis bir sahədə 3-4 il becə-
rilir. Quraqlıq şəraitdə (Tamilnad ştatı) araxis növbəli əkində darıya-
bənzər taxıllarla, qarğıdalı, pambıq, küncütlə, suvarılan sahələrdə isə 
çəltik, kartof və tərəvəz bitkiləri ilə növbələşdirilir. Araxisdən sonra 
əkilən dənli bitkilərin məhsuldarlığı 30 %-ə qədər, pambığın məhsul-
dar
lığı isə sorqodan sonra əkilənlərə nisbətən 45% artır. Hindistanda 
araxisin kolşəkilli və sərilən gövdəli tipə daxil olan çoxlu sortları be-
cərilir. 
Təmiz  araxis  əkinlərində  isə  aşağıdakı  növbəli  əkin  sxemləri 
həyata keçirilir: 
1.
 
Araxis - sorqo-araxis-sorqo-araxis -
5 il dincə qoyma  (herik) 
2.
 
 Sorqo - 
tüklü darı (Pennisetum alopecuroides) 2 il - araxis 2 
il - 
10 il dincə qoyma (herik). 
3.
 
Viqna - sorqo 2 il - araxis - 
tüklü darı - araxis – 10-15 il herik. 
4.
 
Sorqo - araxis - sorqo - araxis -5 il herik (d
incə qoyma). 
Azərbaycan şəraitində araxisi köküpöhrəli və kökümsovgövdəli 
alaqlardan təmiz, cərgəarası becərilən qarğıdalı və payızlıq taxıllar-
dan sonra əkmək məsləhət görülür.  
Torpağın  əsas  becərilməsi  kövşən  yerinin  üzlənməsi  və  don-
dur
ma şumunun aparılmasından ibarətdir. Kövşənlik 5-7 sm dərinlik-
də üzlənir, aldadıcı suvarma aparılır, sentyabr- oktyabr aylarında 25-
30  sm  dərinlikdə  şum  aparılır.  Qışda  dekabr-fevral  aylarında  şum 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə