4
ridir
lər.Yağların tərkibində 75-79% karbohidrogenlər, 11-13% hidro-
gen və 10-12% oksigen vardır. Sulu karbonlar və zülallarla müqayi-
sədə yağlar daha az oksidləşən birləşmədirlər, həm də onlar zülal və
sulu karbonlara nisbətən iki dəfə kalorilidirlər.
Yağların xassələri müxtəlif bitkilərin tərkibində olan doymuş
(pal
mitin, stearin və s.) və doymamış (olein, linolin, linolein və s.)
yağ turşularının miqdarından asılıdır.
Efir
yağlı bitkilərin də toxumlarında, çiçəklərində, yarpaqların-
da, budaqla
rı və digər orqanlarında uçucu aromatik maddələr saxla-
yan -
tərkibi müxtəlif üzvi birləşmələr: sulu karbonlar, spirtlər, fenol-
la
r, efirlər, aldehidlər, ketonlar və üzvi turşular olan efir yağı vardır.
Efir yağlarının əksəriyyətinə bitkilərdə sərbəst halda rast gəlinir.
Onların miqdarı müxtəlif bitki növlərində çox böyük intervalda,
0,001%-
dən 22%-ə qədərdir. Elə bitki növü ola bilər ki, efir yağının
miqdarı və tərkibi əhəmiyyətsiz olsun. Bu başlıca olaraq becərilən
böl
gədən, bitkinin yaşında, inkişaf fazasından və digər şərtlərdən
asılı ola bilər. Müəyyən edilmişdir ki, soyuq və rütubətli şəraitə nis-
bətən quru və isti hava şəraitində bitkilərdə efir yağı daha çox top-
lanır. Bitkidə efir yağının miqdarı daha çox çiçəkləmə və yetişmə
döv
ründə olur.
Efir yağı istehsal etmək üçün becərilən bir qrup bitkilərə efir
yağlı bitkilər deyilir. Bunların tərkibində müxtəlif kimyəvi tərkibə
ma
lik uçucu ətirli (aromatik) maddələr vardır. Bitkinin toxumlarında,
çiçəklərində, yarpaqlarında, budaqlarında və digər orqanlarında olan
bu yağların miqdarı becərilmə texnologiyası və torpaq-iqlim şəraitin-
dən asılı olaraq dəyişilir. Efiryağlı bitkilərə keşniş, nanə, cirə, zirə,
rey
han, mixək, mərsin və s. bitkilər aiddir.
Efir yağları yeyinti, tibb və ətriyyat-kosmetika sənayesində geniş
istifa
də olunur. Meyvə və toxumlarının emalından sonra alınan tul-
lan
tıları heyvandarlıq və quşçuluq sahəsində yem kimi istifadə edilir.
Q. Y. Məmmədov
5
I FƏSİL. YAĞLI BİTKİLƏR
Meyvə və toxumlarının tərkibində yağ (bitki yağı) olan bitkilər
yağlı bitkilər qrupuna aid edilir. Bitki toxumlarından yağların çıxarıl-
ması qədim zamanlardan məlumdur. Yağlı bitkilərin növ tərkibi ol-
duq
ca genişdir.
Bitki yağları təsərrüfatın müxtəlif yerlərində istifadə edilir. Hər
şeydən əvvəl bitki yağları insanların normal qidalanması üçün və
marqarin sənayesində xammal (günəbaxan və raps yağları) kimi əhə-
miy
yət kəsb edirlər.
Bit
ki yağları konserv, çörəkbişirmə və qənnadı sənayesində, elə-
cə də texniki məqsədlər üçün əlif, boya (lak), yağlı boya, sabunbi-
şirmə və ətriyyat sənayesində, tibdə (ritsin yağları) və başqa sahə-
lərdə geniş istifadə olunur. Yağlı bitkilərin yağları çıxarılmış meyvə
və toxumları da heyvandarlıqda qiymətli yem (jmıx, şrot) kimi isti-
fadə edilir. Gövdə və yarpaqları da heyvanların yemləndirilməsində
istifadə edilir.
Dünyada hər il 60 milyon tona yaxın bitki yağları istehsal edilir.
Onlardan təxminən 48 milyon tona qədəri insanların qidasında isti-
fadə olunur. Bitki yağları içərisində soya, palma və günəbaxan
yağları üstünlük təşkil edir. Sonrakı yerləri raps, pambıq, araxis, ko-
kos və zeytun yağları tutur. Bitki yağları dünyanın bir çox ölkələrinin
ixrac v
ə idxalında (import və eksportunda) əsas predmet hesab edilir.
Bitki mənşəli yağlar üçatomlu spirtlərin mürəkkəb efirləri olub,
gliserinlə müxtəlif yağ turşularının birləşmələri hesab olunurlar. Belə
yağlar ehtiyat qida maddələrinin daha energetik formaları hesab
olunur. Bir qram bitki yağının orqanizimdə yanmasından 9500 kal.
(39,8 kCol.), bir qram zülalın yanmasından 4400 kal (18,4-23,0
kCol.), bir qram karbohidratların yanmasından isə 3900-4200 kalori
(16,7-
17,6 kCol.) enerji alınır. Bitki yağlarının tərkibi doymamış
(olein, linol, linolen) və doymuş (palmitin, sfearin, araxin) yağ turşu-
larından ibarətdir. Doymamış yağ turşularının oksidləşməsi (turşu-
ma
sı) nəticəsində yağ sərt (möhkəm) qaysaq (plyonka) - linoksin
əmələ gətirir.
6
Yer kürəsinin müxtəlif enliklərində bitən bitkilərdə fərqli keyfiy-
yətdə yağlar əmələ gəlir. Yağın əsas keyfiyyət göstəricilərindən biri
onun quruma qabiliyy
ətidir. Yağın quruma qabiliyyəti onun əsas
keyfiyy
ət göstəriçisi hesab edilir. Bitki yağlarının quruma qabiliyyəti
yod
ədədi ilə təyin edilir. Yod ədədi - 100 qram yağın özünə neçə
qram yod birl
əşdirməsi deməkdir. Yod ədədi nə qədər yüksək olarsa
yağın quruma qabiliyyəti bir o qədər çox olar.
Quruma qabiliyyətinə görə bitki yağları 3 qrupa bölünür.
1)
Quruyan yağlar – (yod ədədi 130-dan artıq). Kətan, yağçiçəyi,
perilla, lallemantiya –
əsasən texniki məqsədlər üçün istifadə olunur.
2)
Yarımquruyan yağlar – (yod ədədi 85-dən 130-a qədər).
Günəbaxan, soya, saflor, raps və s. qida məqsədi üçün istifadə
olunur.
3)
Qurumayan yağlar - (yod ədədi 85-dən aşağı). Yerfındığı,
gənəgərçək və s. tibb sahəsində və texniki məqsədlər üçün istifadə
olunur.
Bitki yağlarının əsas keyfiyyət göstəricilərindən biri də sabunbi-
şirmə sənayesində əsas götürülən və yağın tərkibindəki sərbəst yağ
turşularını və sabunlaşma ədədini göstərən turşuluq ədədi hesab edi-
lir.
Yağın sabunlaşma qabiliyyəti sabunlaşma ədədi ilə təyin edilir.
Yəni 1 qram yağın sabunlaşması zamanı əmələ gələn turşuların ney-
tral
laşmaşına sərf edilən kalium əsasının (KOH) mq-la miqdarını
gös
tərir.
İsti iqlim şəraitində bitki yağlarının tərkibində doymuş turşular
üstün, yod ədədi isə aşağı olur. Mülayim iqlim şəraitində isə əksinə
doymamış yağ turşularının miqdarı və yod ədədi yüksəlir.
Dostları ilə paylaş: |