H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə21/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

61 
 
vasitələrin tətbiqidir. Ayrı-ayrı illərdə onların uzun lifli kətana vurdu-
ğu zərər 30%-ə çatır. 
Əkinlər ikievli birillik alaqlarla zibilləndikdə hektara 0,6-1,2 kq 
80%-li 2M-
4X və ya pantera - 40 КЭ 0, 7 - 1,5 l/ha) herbisidi çilənir. 
Su sərfi 200-300 litrdir.  
Yaxşı olar ki, kətan əkinlərinə herbisid çilənməsi bitkinin boyu 5 
sm-
dən 8 sm-ə qədər olduqda həyata keçirilsin. Bu dövrdə yarpaqlar 
gövdələrdə iti bucaq altında yerləşir və mum təbəqəsi ilə örtülü olur, 
herbisidin onlara təsiri daha gec çiləmə aparılmasına nisbətən nəzərə 
çarpacaq dərəcədə aşağı düşür. Aydın və quru hava şəraitində 15-17 
0
C temperaturda əkinlərin çilənməsi daha səmərəlidir. Sərin havada 
(12 
0
C) herbisid məhlulunun alaqların bədəninə daxil olması ləngiyir, 
ancaq,  quru  və  isti  havada  güclənir,  lakin  bu  zaman  da  kətanın 
soluxmasına səbəb olur. 
Əkinlərin  hər  hektarına  0,75  kq  2M-4X  və  9  kq  ammonium 
ni
trat yaxud 13 kq ammonium karbonat qarışığının çilənməsi kətanın 
yaxşı boy atmasına və onun alaqlardan daha tam təmizlənməsinə sə-
bəb olur. Herbisidin tək çilənməsinə nisbətən azotlu gübrələrlə qarı-
şıq çilənməsi kətanın toxum məhsulunu 12-13%, lif çıxımını isə 12-
27%  artırır.  Həmin  qarışığa  hektara  0,25  kq  bor,  0,1  kq  sink  və 
molibden  mikrogübrələrinin  əlavə  edilməsi  məhsuldarlığa  nəzərə 
çarpacaq dərəcədə təsir  göstərir. Bu halda lif çıxımı hektardan 1,5-
2,0  sentner  və  toxum  məhsulu  isə  1,3-1,5 sentner artır  ki,  bu  da 
bitkidə  fotosintez  prosesinin  güclənməsi  ilə  əlaqədardır.  Beləliklə 
kətanın bakterioz, fuzarioz, pas və digər xəstəliklərlə yoluxması nə-
zərə çarpacaq dərəcədə aşağı enir. 
Kətan  əkən  təsərrüfatlarda  daha  çox  yayılmış  ən  qəddar  alaq  - 
sürünən ayrıqla mübarizə aparılmasına böyük əhəmiyyət verilir. Bu 
alaqla  güclü  sirayətlənmiş  sahələrdə  kətan  lifinin  məhsulu  20-25% 
aşağı düşür. Bu alağı məhv etmək üçün natrium üçxlorasetat tətbiq 
olunur. Preparat dənli taxıl bitkilərinin və çoxillik otlar layının üzlən-
məsindən sonra verilir. Qumsal torpaqlarda hektara təsir edici maddə 
hesabı ilə 20 kq, gillicəli torpaqlarda isə 30 kq natrium üçxlorasetat 
verilir.  


62 
 
Kətan əkinlərində böyük əhəmiyyət kəsb edən qulluq işlərindən 
biri də  bitkilərin zərərvericilərdən, xüsusən hər yerdə yayılmış kətan 
birəsindən  mühafizəsidir.  Birəyə  qarşı  cücərtilərin  alınmasına  1-2 
gün qalmış  kətan əkinləri  aqreqatın 3-4 gedişi enində hektara 0,8 kq 
fos
famid preparatı (Bi-58 insektisidi) və ya desis ekstra (12,5 % k. e. 
0,06 l/ha
) ilə işlənilir. Bu məqsəd üçün hektara 0,8 kq 80%-li xloro-
fos da tətbiq edilir.  
Kətan birəsinin miqdarı quru və isti havada 1 m
2
-
də 10-dan artıq 
və nəmişli havada 1 m
2
-
də 20-dan artıq fərd olarsa çiləmə qollu cilə-
yi
cilərlə aparılır. Məhlul sərfi hektara 200-300 litrdir.  
Tripslrələrlə mübarizə məqsədi ilə hektara 15-25 kq 12%-li hek-
sa
xloran dustu ilə küknarabənzər fazadan sonra tozlandırılır. 
Məhsul yığımı. Uzun lifli kətanın dörd yetişmə fazası fərqləndi-
ri
lir: yaşıl, erkən sarı, sarı və tam. Yaşıl yetişmə çiçəklərin tökülmə-
si
nin  arxasınca  başlayır.  Bu  fazada  gövdə  və  qutucuqlar  hələ  yaşıl 
olurlar. Yalnız aşağı yarpaqları saralır və quruyur. Toxumu əzərkən 
süd rəngli duru maye ayrılır. Kətanı bu fazada yığdıqda liflər naziklə-
şir, ancaq zəif olur. 
Erkən  sarı  yetişkənlik  fazasında  gövdənin  aşağı  yarısının  yar-
paq
ları tökülür, qalanları isə uc yarpaqlar istisna olmaqla, saralırlar. 
Qutu
cuqdakı  toxumlar  yaşılımtıl-sarı  rəng  alır.  Kətan  bu  fazada 
yığıldıqda lif ən yaxşı keyfiyyətə malik olur. 
S
arı  yetişkənlik  fazasında  bütün  yarpaqlar  saralır,  yalnız  onlar 
gövdənin təpə hissəsində qalırlar, qutucuqlar qonurlaşmağa başlayır, 
toxumlar açıq-qəhvəyi rəng alır, lifin keyfiyyəti bir qədər pisləşir. 
Tam 
yetişmə fazasında bütün yarpaqlar tökülür, gövdə və qutu-
cuqlar qonur rəng alırlar, aşağı keyfiyyətli lif alınır.  
Uzun lifli kətanın kombaynla yığımına başlanılmasına erkən sarı 
yetişkənlik fazasından 2-3 gün əvvəl başlanılması tövsiyə olunur. Bu 
dövrdə  yığılan  kətan  daha  çox  yüksək  keyfiyyətli  uzun  liflər  verir. 
Toxum  bu  vaxtı  tam  formalaşmış  olur  və  yetişdikdən  sonra  səpin 
üçün yararlı olur.  
Toxumçuluq təsərrüfatlarında uzun lifli kətanın seleksiya sortları 
sarı yetişkənlik fazasında, yağlıq kətan isə tam yetişkənlik fazasında 
yığılır. 


63 
 
Uzun lifli kətanın texniki yetişkənliyi təxminən 8-10 gün, lakin 
isti hava şəraitində bir qədər qısa ola bilər. Ona görə də tələb olunan 
müddəti gecikdirdikdə çoxlu miqdarda məhsul itkisinə gətirib çıxarır.  
Kətan yığımı daha çox mürəkkəb və zəhmət tələb edən bir işdir 
və  kətançılıqda  bütün  xərclərin  70-80%-i  onun  üzərinə  düşür.  Ona 
görə də kətan məhsulunun yığım texnologiyasında səmərəli üsulların 
tətbiq edilməsi böyük istehsalat və iqtisadi əhəmiyyət kəsb edir. 
Kətan  yığımında  proqressiv  və  səmərəli  üsul  uzun  illər  yaxşı 
işlənılmış və geniş sürətdə yoxlanılmış kombayn üsuludur. 
Kombaynla yığım zamanı alınan qalaqda (koma) 52-84% qutu-
cuq, 2-7% toxum, 12-
16% digər qarışıqlar olur. Adətən qalaqda nəm-
lik yüksək, 60-65%, o cümlədən toxum qutucuqlarında 40-50% olur. 
Ona g
örə  də  kətan  qalağı  dərhal  quruducu  şaxtalarda  qurudulur, 
sonra isə toxum ayrılır və təmizlənir. Kətan qalağının qurudulması və 
emalı  məhsulun  saxlanması  və  keyfiyyətindən  asılıdır.  Nəm  kətan 
qalağını 2-3 saat müddətində saxladıqda qızışma getdiyindən, mikrob 
yoluxması və  toxumların xarab olması artır. Toxumun nəmliyi 10 ± 
2% qalana qədər qalağın qurudulması davam edir. Qalağın (tığın) qu-
ru
dulması qurtaran kimi 2-5 saat müddətinə qalın qatlarda nəmliyin 
tarazlaşdırılması üçün soyuq hava üfürülür. Qalaq MB-2,5A taxıldö-
yəndə daima keyfiyyətə nəzarət etməklə xırdalanır.  
Uzun  lifli  kətanın  ilkin  emalı  realizə  olunan  məhsulun  növünə 
görə  böyük  müxtəlifliyə  malikdir.  İsladılmış  kətan  gövdəsi,  onun 
təmizlənməsi  və  qurudulmasından  ibarətdir.  Müasir  dövrdə  kətan 
göv
dəsini təsərrüfatlarda döşəmə üçün hazırlanmış yerlərdə sərirlər. 
Kətan  küləşi,  (sərilən  kətan  küləşi),  şehləndirmək  və  su  buxarında 
işləməklə isladılır.  
Əsasən  ən  yaxşı  tədqiq  olunmuş  üsul,  kətan  gövdəsinin  nazik 
təbəqədə sərilərək şeh damcı ilə nəmləndirilməsidir. Gövdənin nəm-
li
yinə müvəffəq olmaq üçün yağıntılar və şehin düşməsi zəruridir. Bu 
zaman  mikroorqanizmlərin  həyat  və  fəaliyyəti  nəticəsində  pektin 
maddələri parçalanır. Sərmə üsulu ilə hazırlanan isladılmış gövdənin 
alınması üçün iştirak edən əsas mikroorqanizmlər, ibtidai göbələklər 
və  bakteriyalardır,  onlardan  əsas  Cladsporium herbarum Zink, 
Alternarica tenuis Nees 
və s., eləcə də anaerob bakteriyalar və maya 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə